PEYĞƏMBƏRİMİZ (SAV) GÖZƏL SÖZLƏRİ

 

Peyğəmbərimizin birlik və bərabərliklə bağlı sözləri

Ata əl-Xorasan nəql edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurmuşdur ki: "Musafaha edin ki, (əllə görüşün ki), qəlblərdəki kin getsin, hədiyyələşin ki bir-birinizə qarşı sevgi yaransın və aradakı düşmənçilik bitsin."
(Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908)

• "Allah Qatında ən sevimliniz dostluq quran və özü ilə dostluq qurulanlardır. Allah Qatında ən xoşagəlməziniz də yoldaşlarının arasını vurandır."
(İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.365)

• "Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin saxlamayın. Bir-birinizi qısqanmayın. Bir-birinizlə dostluğu kəsməyin. Ey Allahın qulları qardaş olun."
(Müslim İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.407)

• Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda bir bədənə bənzəyirlər. Bədənin bir üzvü xəstə olduğu zaman, digər üzvlər də bu səbəbdən yuxusuz qalar və xəstələnər.
(Buharî, Edeb 27; Müslim, Birr 66)

• Bir-birinizi qısqanmayın, bir-birinizə kin saxlamayın, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə üz çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları qardaşlar olun.
(Buhari ve Müslim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, s. 315)

• İman bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün sevgidir.
(Kütüb-i Sitte, 10. cilt, s.141)

• Allaha və axirət gününə iman gətirən şəxs qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə iman gətirən qonağına ikram etsin. Allaha və axirət gününə iman gətirən şəxs, ya xeyir söyləsin, ya da sussun.
(Buhârî, Edeb, 31, 85; Müslim, Îmân, 74-75)

• Hz. Əbu Zərr (radiyallahu ənh) nəql edir: Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurmuşdur: "Əməllərin ən fəzilətlisi Allah üçün sevmək, Allah üçün nifrət etməkdir (sevməməkdir)."
(Kütüb-i Sitte, 10. cilt, s.140; Ebû Dâvud, Sünnet 3, 4599)

• Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: "İki qardaş (iki yoldaş) iki əl kimidir, biri o birini yuyar.
(İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 2, s.365)

• Əbu Musadan (belə demişdir): Peyğəmbər (səv): "Mömin ilə mömin (bir-birinə qarşı) divar kimidir, bir-birinə sıx bağlıdır" buyurdu və bunu söyləyərkən barmaqlarını bir-birinə keçirib möhkəm sıxdı.
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 2 syf.569)

• Əbu Musadan (əl-Əş'ari-R) rəvayət edilmişdir: Peyğəmbər (səv) "Möminin möminlə həmrəyliyi, parçaları bir-birinə bağlayıb qüvvətləndirən bina kimidir" buyurdu.
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987)

• "Allaha və axirət gününə iman gətirən qonşusuna əziyyət verməsin". (Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 13 syf.6009)
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 13 syf.6009)

• Əbu Hureyrə belə demişdir: Rəsulullah (səv) belə buyurdu: "Allaha və axirət gününə iman gətirən şəxs qonaqlarına ikram etsin. Yenə Allaha və axirət gününə iman gətirən hər insan xeyir söyləsin, yaxud sussun".
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 13 syf.6009)

• Əbu Hureyrədən xəbər verdi ki, Peyğəmbər (səv) belə buyurmuşdur: "Zənndən çəkinin. Çünki zənnlə deyilən sözlər yalanı daha çox olandır. Bir-birinizin əskikliyini görməyə və eşitməyə çalışmayın, şəxsi və məhrəm həyatınızı da araşdırmayın. Bir-birinizə həsəd etməyin, bir-birinizlə küsməyin, bir-birinizlə düşmənçilik də etməyin. Ey Allahın qulları, bir-birinizə qardaş kimi olun!".
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 13, syf.6046)

• "Kim bir iş görmək istər və bu barədə müsəlman biri ilə müşavirə (məsləhət) etsə Allah onu işlərin ən doğrusuna müvəffəq edər."
(Alauddin Aliyyu'l-Muttaki, a.g.e. 3, 409, Kütüb-i Sitte, 16. Cilt)

• "Həsəddən çəkinin. Çünki o, atəşin odunu yeyib bitirdiyi kimi, bütün xeyirləri də yeyib bitirir."
(Ebu Davud, Edeb 52, kütüb-i sitte, 6.cilt s. 325)

• "Kim dünyada bir möminin eyibini örtsə, qiyamət günü Allah da onun eyibini örtər."
(Ukbe r.a. Kütüb-i Sitte, 1.cilt, sf. 368)

• "Qardaşını gülər üzlə qarşılamağın, öz qabından qardaşının qabına su verməyin də xeyir əməldir."
(Tirmizi, Hz. Cabir'den rivayet etti, Kütüb-i Sitte2. Cilt)

• ...Əbu Hüreyrədən (Radiyallahu ənh) rəvayət edildiyinə görə Rəsulullah (Səlləllahu Əleyhi və Səlləm) belə buyurmuşdur:
"Kim bir müsəlmanın dünya kədərlərindən bir kədərini aradan qaldırsa, Allah ondan axirət günü kədərlərindən bir kədər aradan qaldıracaq. Kim də müsəlmanın qüsurlarını örtsə, Allah onun qüsurlarını dünya və axirətdə örtəcək. Kim kasıb borcluya asanlıq göstərsə, Allah ona dünyada və axirətdə asanlıq göstərəcək. Qul, (din) qardaşının köməyində olduğu müddətcə Allah da onun köməkçisidir. Kim bir yola gedərək onda elm axtarsa, bu çalışmasına görə Allah ona Cənnətə gedən yolu asanlaşdıracaq. Allahın evlərindən birində toplanıb Quran oxuyaraq onu bir-birlərinə öyrədən hər camaatı mələklər ziyarət edər, onların ətrafında fırlanarlar, o cəmiyyətin üzərinə daxili rahatlıq gələr, ilahi rəhmət onları örtər, qatında olan mələklər yanında Allah onları (tərif ilə) xatırlayar. Əməli üzündən geri qalan şəxs nəsəbi (nin şərəfi) ilə sürət götürə bilməz."
(İbni Mace/ 1. cilt/ syf.389)

Peyğəmbərimizin (səv) namaz və dəstəmazla bağlı sözləri

 

• Cabir radiyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurmuşdur: "Beş vaxt namaz sizdən birinizin qapısı qarşısından axıb gedən və hər gün içində beş dəfə yuyunduğu bol sulu çay kimidir."
(Müslim, Mesâcid 284)

• Osman İbni Affan radiyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurdu: "Kim gözəl şəkildə dəstəmaz alarsa, o şəxsin günahları dırnaqlarının altına kimi bütün bədənindən çıxar."
(Müslim, Tahâret 33. Ayrıca benzer rivayetler için bk. Nesâî, Tahâret 84; İbni Mâce, Tahâret 6)

• Osman İbni Affan radiyallahu ənh belə dedi: Rəsulullah səlləllahu əleyhi və səlləmi mənim bu dəstəmazıma bənzər şəkildə dəstəmaz aldığını gördüm. Sonra da belə buyurdu: "Bir şəxs belə dəstəmaz alsa, keçmiş günahları bağışlanar. Onun namazı və məscidə qədər getməsi də əlavə qazanc sayılar."
(Müslim, Tahâret 8. Benzerleri içi bk. Ebû Dâvûd, Tahâret 50; Nesâî, Tahâret 84; İbni Mâce, Tahâret 6)

• Əbu Züheyr Ümid İbni Ruveybe radiyallahu ənh Rəsulullah səlləllahu əleyhi və səlləmi belə buyurduğunu söylədi: "Günəş doğulmadan və batmadan əvvəl namaz qılan şəxs cəhənnəmə girməyəcək." Rəsulu Əkrəm bu sözü ilə səhər və ikindi namazlarını nəzərdə tutmuşdu.
(Müslim, Mesâcid 213-214. Ayrıca bk. Ebû Dâvûd, Salât 9)

• Cündüb İbni Süfyan radiyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurmuşdur: "Səhər namazını qılan şəxs Allahın himayəsindədir. Diqqət yetir, ey Adəmoğlu! Allah, şəxsən himayəsində olan bir mövzuda səni sorğuya çəkməsin."
(Müslim, Mesâcid 261-262. Ayrıca bk. Tirmizî, Salât 51, Fiten 6; İbni Mâce, Fiten 6)

• Cərir İbni Abdullah əl-Beceli radiyallahu ənh belə dedi: Peyğəmbər səlləllahu əleyhi və səlləmin yanında idik. Bütöv şəkildəki aya baxaraq belə buyurdu: "Siz bu Ayı çətinlik çəkmədən gördüyünüz kimi, Rəbbinizi də açıqca görəcəksiniz. Günəş doğulmazdan və batmazdan əvvəlki namazları qaçırmamaq əlinizdən gəlirsə, qılın." Buxarinin bir rəvayətində: "Rəsulu Əkrəm ayın on dördüncü gecəsi Aya baxmışdı" deyilir.
((Buhârî, Mevâkît 16, Tefsîru sûre (50) 2, Tevhîd 24; Müslim, Mesâcid 211. Ayrıca bk. Ebû Dâvûd, Sünnet 19; Tirmizî, Cennet 16; İbni Mâce, Mukaddime 13)

• İbni Məsud radıyallahu ənh belə dedi: Rəsulullah səlləllahu əleyhi və səlləmdən: Hansı əməllər daha fəzilətlidir? deyə soruşdum. "Vaxtında qılınan namaz" buyurdu. "Sonra hansı?" dedim. "Ana ataya yaxşılıq etmək" cavabını verdi.
((Buhârî, Mevâkît 5, Cihâd 1, Edeb 1, Tevhîd 48; Müslim, Îmân 137-139. Ayrıca bk. Tirmizî, Salât 14, Birr 2; Nesâî, Mevâkît 51)

• Aişə radiyallahu ənhə belə dedi: Peyğəmbər səlləllahu əleyhi və səlləm günorta namazının fərzindən əvvəlki dörd rükət ilə səhər namazının fərzindən əvvəlki iki rükəti heç tərk etməzdi.
(Buhârî, Teheccüd 34. Ayrıca bk. Nesâî, Kıyâmü'l-leyl 56)

• İbni Ömər radiyallahu ənhumədən rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurmuşdur: "Camaatla qılınan namaz tək başına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir.
(Buhârî, Ezân 30; Müslim, Mesâcid 249. Ayrıca bk. Nesâî, İmâmet 42; İbni Mâce, Mesâcid 16)

• İbni Ömər radiyallahu ənhumədən rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurmuşdur: "İslam beş təməl üzərində bina edilmişdir: Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın Elçisi olduğuna şahidlik etmək. Namazı düzgün qılmaq, zəkatı vermək, Allahın evi Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq."
(Buhârî, Îmân 1, 2, Tefsîru sûre(2) 30; Müslim, Îmân 19-22. Ayrıca bk. Tirmizî, Îmân 3; Nesâî, Îmân 13)

• Əbu Hüreyrə radiyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləmi belə buyurduğunu söylədi: "Nə deyərsiniz? Birinizin qapısının qarşısında bir çay olsa və o şəxs həmin çayda beş dəfə yuyunsa, çirkdən bir şey qalarmı?" Səhabələr: O şəxsdə çirkdən heç bir şey qalmaz,- dedilər. Rəsulu Əkrəm: "Beş vaxt namaz da bunun kimidir. Allah beş vaxt namazla günahları silib yox edər" buyurdu.
(Buhârî, Mevâkît 6; Müslim, Mesâcid 283. Ayrıca bk. Tirmizî, Emsâl 5; Nesâî, Salât 7; İbni Mâce, İkâmet 193)

• Cabir radiyallahu ənh belə dedi: Rəsulullah səlləllahu əleyhi və səlləmi: "Həqiqətən insan ilə şirk və küfr arasında namazı tərk etmək vardır" buyurarkən eşitdim.
(Müslim, Îmân 134. Ayrıca bk. Ebû Dâvûd, Sünnet 15; Tirmizî, Îmân 9; İbni Mâce, İkâmet 17)

• Əbu Hüreyrə radiyallahu ənh belə dedi: Rəsulullah səlləllahu əleyhi və səlləmi: "Şübhəsiz ki, mənim ümmətim qiyamət günündə, dəstəmaz izlərindən üzləri nurlu, əlləri və ayaqları parlaq olaraq çağırılacaq. Üzünün nurunu artırmağa gücü çatan şəxs bunu etsin" buyurarkən eşitdim.
(Buhârî, Vudû' 3; Müslim, Tahâret 35)

• Əbu Hüreyrə radiyallahu ənh belə dedi: Mən dostum səlləllahu əleyhi və səlləmi belə buyurarkən eşitdim: "Möminin nuru və ağlığı, dəstəmaz suyunun çatdığı yerə qədər çatar."
(Müslim, Tahâret 40. Ayrıca bk. Nesâî, Tahâret 109)

 

 

 

Peyğəmbərimizin (səv) şirklə bağlı sözləri

 

 

• (Ən böyük günah) Allah səni yaratmış ikən, Ona şərik gətirməyindir.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 130)

• Allah buyurur: "Bir insan bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayaram. O şirk etmədikcə, Mən onu bağışlayaram."
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 329/1)

• Mənə görə, sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verim mi? O, gizli şirkdir ki, insanın digərinin mövqeyinə nümayiş üçün əməl etməsidir.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 163/6)

• Şirk ümmətimdə düz daşda qaranlıq gecədə qarışqaların gəzinməsindən daha gizlidir. Əlaməti, ədalətsizliyi sevmək, ədalətə nifrət etməkdir. Din Allah üçün sevgi və Allah üçün nifrətdən başqa nədir? Allah Təala buyurdu ki: "Əgər siz Allahı sevirsinizsə Mənə tabe olun ki, Allah da sizi sevsin.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 215/16)

Peyğəmbərimizin (səv) qardaşının qüsurlarını araşdırmamaqla bağlı sözləri

 

• "Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu tək buraxmaz, kim ki, müsəlman qardaşının ehtiyacını qarşılasa, Allah da ona kömək edər. Kim müsəlmanın çətinliyini aradan qaldırsa, Allah da qiyamət günü onun çətinliklərindən birini aradan qaldırar. Kim din qardaşının eyibini örtsə, Allah da qiyamət günündə onun eyibini örtər."
(Tecri'di Sarih:7/360; Riyazüs-Salihin:1/284)

• "Bir-birinizin şəxsi və məhrəm həyatını araşdırmayın."
((Müslim, Birr ve Sıla, 30)

• "Kim bir müsəlman qardaşının eyib və qüsurlarını, heç kimin görmədiyi və görməsini istəmədiyi şeylərini örtsə, Allah da qiyamət günündə onun eyiblərini örtər. Hər kim müsəlman qardaşının üzə çıxmasını istəmədiyi bir şeyini üzə çıxarar və deyərsə; Allah da onun eyiblərini, heç kimin bilməsini istəmədiyi hallarını üzə çıxarar. Bu surətlə öz evi içində olsa da, onu alçaldar. Müsəlman qardaşının eyiblərini örtən, bir ölünü diriltmiş kimidir. "
(Buhârî, Mezâlim, 3; Müslim, Birr, 58; Tirmizî, Birr ve Sıla, 85)

• "Kim bir müsəlmanın eyibini örtsə, Allah da qiyamət günündə onun eyibini örtər. "
(Ebû Dâvud, Edeb, 39)

• "Kim bir eyib görüb örtərsə, sanki qəbrinə diri basdırılmış bir balaya can vermiş kimi olar. "
(Ebû Dâvud, Edeb, 38)

• "İnsanların eyibini araşdırmayıb öz eyibini görən şəxsə müjdələr olsun."
(Aclûnî, Keşfu'l-Hafa, II, 46)

 

Peyğəmbərimizin (səv) təvəkküllə bağlı sözləri

 

• Əbu Hureyrə (rə) Rəsulullahın belə buyurduğunu xəbər vermişdir: "Qüvvətli mömin Allah Qatında zəif mömindən daha xeyirli, (daha üstün) və daha sevimlidir. (Bununla birlikdə) hər ikisində də xeyir vardır. Sənə faydalı olan şeyi əldə etməyə çalış. Allahdan kömək dilə və əsla acizlik göstərmə. Başına bir şey gəlirsə, ''Kaş ki belə etsəydim, belə olardı!'' deyib heyiflənmə. '' Bu Allahın təqdiridir. O, nə istəsə edər.'' de. Çünki "kaş ki" sözü, şeytanı məmnun edəcək işlərin qapısını açar."
(Müslim, Kader 34. Tercüme: İsmail L. Çakan, Hadislerle Gerçekler, Erkam Yayınları, İstanbul 1990, s.231)

• "Bir şey istədiyin zaman Allahdan istə. Kömək dilədiyin zaman Allahdan dilə. Bunu yaxşı bil ki, bütün yaradılmışlar əlbir olub sənə mənfəət bəxş etmək istəsələr, Allahın sənə yazdığından daha çoxunu bağışlaya bilməzlər. Yenə yaradılmışların hamısı əlbir olub sənə zərər vermək istəsə, Allahın sənə təqdir etdiyindən çoxunu edə bilməzlər."
(Tirmizi, Sünen, fi sıfati'l-Kıyame, 60)

• "Ey Əbu Hureyrə! Allahdan başqa heç bir şeyə ümid bağlama. Allaha təvəkkül et. Bir arzun varsa, Allahdan istə. Allahın adət-i ilahiyyəsi (işi, qanunu) belədir ki; hər şeyi bir səbəb altında yaradar. Bir iş üçün səbəbinə yapışmaq və sonra Allah Təalanın yaratmasını gözləmək lazımdır. Təvəkkül də bundan ibarətdir."
(Hadis-i şerif-Ey Oğul İlmihali, http://www.kuranikerim.com/dini_sozluk/ds_t3.htm)

• "Kədərlənmə, Allah bizimlədir."
(Bera Ibnu'l Azib r.a. Kütüb-i Sitte, 16. cilt, Sf. 200)

• "Möminin vəziyyəti necə də qəribədir. Bu vəziyyət yalnız möminə xasdır, başqasına deyil : Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir: bir zərər gəlsə səbir edər bu da xeyirdir."
(Suheyb Ibnu Sinan r.a. kutub-ı sıtte, 2. Cilt , Sf. 208)

 

Peyğəmbərimizin (səv) təvazökarlıqla bağlı sözləri

 

• Allah üçün təvazökar olanı Allah ucaldar. Lovğalananı Allah alçaldar. Allahı çox ananı Allah sevər. (
İbn Mace İhya'u Ulum'id-Din Huccetü'l-İslam, İmam Gazali, cilt. 4, s.655)

• Allah gözəldir, gözəlliyi sevər. Qürur isə haqqın ləğvi, insanların təhqiridir (xor görülməsi).
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 24)

• İnsan özünü xalqdan üstün görüb uzaq tuta-tuta cəbbarlar arasına yazılar və onların başına gələn müsibətə düçar olar.
((Tirmizi, Birr 61, (2001); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.28) )

• İnsanlar ya cəhənnəm kömüründən başqa bir şey olmayan ölmüş əcdadları ilə öyünməkdən imtina edərlər, yaxud da Allah qatında, burnu ilə palçıq yumrulayan mayböcəyindən daha aşağı səviyyəyə düşərlər. Allah Təala sizdən cahiliyyə qürurunu təmizlədi. Artıq o, müttəqi bir mömin və ya bədbəxt bir facirdir. Bütün insanlar hz. Adəmin övladlarıdır. Adəm isə torpaqdan yaradılmışdır.
(Ebu davud, Edeb 120, (5116); Tirmizi, Menakıb (3950, 3951); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.29)

• Bir insan nəfsinin xoşuna gələn paltarda, saçları da bəzəkli halda gedərkən qürura düşmüşdü ki, birdən yerə batdı. Qiyamət qopana qədər orada çətinliklə batmağa davam edəcək.
(Buhari, Libas 5; Müslim, Libas 49, (2088); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 32)

• "Allah Təala mənə: Təvazökar olun, belə ki, heç kim heç kimə zülm etməsin və heç kim lovğalanmasın."
(Iyaz Ibnu Himar r.a.: Ebu Davud, Edeb 48, Kütüb-i Sitte, 16. Cilt , sf. 360)

• Malik'e İbn Ömərdən belə xəbər verdilər: Rəsulullah (səv): "Paltarını təkəbbürlə yerlərdə sürüyən şəxsə Allah (mərhəmət baxışı ilə) baxmaz" buyurmuşdur.
(Sahih-i Buhari, Cilt 13, syf.5846)

• ...Hərisə ibnu Vəhb əl-Huzai belə demişdir: Mən Peyğəmbərdən (səv) eşitdim: "Sizə cənnət əhlinə dəlalət edib bildirim: Hər zəif olan insanlar tərəfindən zəif görülən (təvazökar) mömindir. O əgər bir şey üzərinə and içsə, Allah, şübhəsiz, onu andında gerçək çıxarardı. Sizə cəhənnəm əhlini də bildirim: Onlar da hər daş ürəkli, xudbin və hiyləgər, təkəbbür göstərən kəslərdir." buyururdu.
(Sahih-i Buhari, Cilt 14, syf.6537)

• ... Əbu Səiddən( Hudri) (rə) rəvayət edildiyinə görə; Rəsulullah (səv) belə buyurmuşdur: "Kim Allahın razılığı üçün bir dərəcə təvazökarlıq etsə, Allah o şəxsi buna qarşılıq olaraq bir dərəcə yüksəldər. Kim də Allahın (razılığı) əleyhinə bir dərəcə təkəbbür göstərsə, Allah bu şəxsi təkəbbür göstərməsinə qarşılıq olaraq bir dərəcə alçaldar ki, nəhayət onu aşağıların ən aşağısında qoysun."
(Mace Cilt10, Syf.448)

• ... Iyaz ibn Himardan (rə) rəvayət edildiyinə görə: Peyğəmbər (səv) onlara belə buyurmuşdur:
"Allah (Əzzə və Cəllə): Bir-birinizə qarşı təvazökarlıq edin ki, heç kim heç kimə üstünlük göstərməsin,- deyə mənə vəhy etdi."
(Mace Cilt10, Syf.453)

 

Peyğəmbərimizin (səv) imanla bağlı sözləri

 

• Sənə, ərşin altından, cənnət xəzinələrindən bir sözə dəlalət edimmi? Belə deyərsən: "La havlə vəla qüvvətə Mütləq Billah" (Allahdan başqa nə məhrum edəcək və nə də var edəcək qüvvət vardır.) O zaman Allah buyurar ki: "Qulum təslim oldu və salamatlıq tapdı."
(Ramuz el-Ehadis-1, s. 166/3)

• Allahdan başqa ilah yoxdur, o təkdir, şəriksizdir. Ərş və səmanın mülkü ONA aiddir. Bütün həmdlər ONADIR, O hər şeyə qadirdir." de... Daşlanmış şeytandan Allaha sığın.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, s. 311)

• Əbu Hüreyrə radiyallahu ənhdən rəvayət edildiyinə görə, Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurdu: "Canım qüdrət əlində olan Allaha and içərəm ki, sizlər iman gətirmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız. Etdiyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyimmi? Aranızda salamı yayın!"
(Müslim, îman 93-94. Ayrıca bk.Tirmizî, Et'ime 45, Kıyamet 56; İbni Mace, Mukaddime 9, Edeb 11)

• Allah sizin nə xarici görünüşünüzə, nə də mallarınıza baxar. Amma o sizin ürəklərinizə və işlərinizə baxar.
(Müslim, Birr, 33; İbn Mâce, Zühd, 9; Ahmed b. Hanbel, 2/285, 539)

• "İman, ürəkdən bilib təsdiq etmə, dil ilə söyləyib təsdiq etmə, bədən üzvləri ilə də əməl etməkdir."
(Hz. Ali r.a. Kütüb-i Sitte, 16. Cilt , Sf. 492)

 

Peyğəmbərimizin (səv) yalandan uzaq durmaqla bağlı sözləri

 

• "Əgər siz, Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, sizə verilən əmanəti yerinə qaytarın. Söylədiyiniz vaxt doğru söyləyin, qonşularınız ilə gözəl münasibət qurun." (Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.278; Taberani'den)
(Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.278; Taberani'den)

• "Qiyamət günü Allah Qatında məxluqların ən xoşagəlməzləri yalançılar, təkəbbürlülər və qardaşlarına qarşı qəlblərində kin saxlayanlar olacaq ..."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.355)

• "Qiyamət günü Allah qullarının ən səfillərinin, bəzilərinə bir sözlə, bəzilərinə də başqa sözlə gələn ikiüzlü şəxslərin olduğunu görəcəksiniz."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.355; Buhari ve Müslim'den)

• "Yoldaşına söylədiyin sözdə o səni təsdiq edərkən, sənin ona yalan danışmağın böyük xəyanətdir."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.299)

• "Qul yalan danışa-danışa və yalanı axtara-axtara Allah Qatında yalançı yazılır."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.299)

• "Yalan ruzini azaldar." (İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.300)

• "Allah adına and içən insan andına iti ağcaqanad qanadı qədər (kiçik) yalan qatarsa, bu yalan qiyamət gününə qədər ürəyində ləkə olaraq qalar."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.300; Tirmizi ve Hakim'den)

• "Sənə Allah qorxusunu, yalan danışmamağı, əmanəti yerinə yetirməyi, əhdə vəfanı, yemək yedirməyi və təvazökar davranmağı, bol-bol salam verməyi tövsiyə edirəm."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.304; Ebu Nuaym, el-Hılye'de tahriç etmiştir)

• "Allahım, könlümü nifaqdan, bədənimi zinadan, dilimi də yalandan təmizlə."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.301; el-Hatib, et-Tarih'te tahriç etmiştir)

• "Yalan olduğunu bilə-bilə mənə bir söz istinad edən, yalançılardan biridir."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.303; Müslim'den)

• "Siz doğruluğa davam edin, çünki düzgünlük, şübhəsiz, sahibini xeyirlərə qovuşdurar. Yaxşılıqlar da cənnətə hidayət edər, aparar. Doğruluğa davam etdikcə və doğrunu axtardıqca qul Allah qatında sadiq olaraq yazılar. Yalandan çəkinin, şübhəsiz yalan insanı fücura aparar, fücur isə atəşə, yəni cəhənnəmə aparar, qul yalana davam etdikcə və yalanı axtardıqca Allah qatında yalançı yazılar."
(Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.279; Buhari ve Müslim'den)

• "Bir nəfər Rəsulullaha (səv) "Cənnət əməli nədir?" dedi. Peyğəmbər də "sədaqətdir, düzgünlükdür, doğru söz söyləməkdir. Çünki qul doğru söz söyləyincə yaxşılıq edər, lütfkarlıq edər, belə lütfkarlıq edincə Allah Təala da iman nəsib edər, qul Allahı təsdiq edər və Ondan qorxub- yaxşı əməllər və ibadətlər edib, günahlardan da çəkinər, beləcə iman sahibi olunca da cənnətə girər." Yenə o şəxs: "Cəhənnəm əməli nədir?" deyə soruşdu, Peyğəmbər də: "yalandır, yalan danışmaqdır. Qul yalan danışınca fasiq olar, facir olar, haram və maasi (günah) işlər görər. Facir (günahkar), fasiq olunca neməti İlahiyyəni (Allahın nemətini) görə bilməz, tüğyan (təxribatçılıq) edər, küfranı nemət (neməti inkar) edər. Küfranı nemət edincə də cəhənnəmə girər."
(Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, Seha Neşriyat, İstanbul 1984, s.281)

• "Münafiqin əlaməti üçdür: Danışdığı vaxt yalan danışar; vəd edəndə hulf edər (sözündən dönər), əmanət edilən şeyə xəyanət edər."
(Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.14)

• "Yalanda xeyir yoxdur."
(Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 14. cilt, s.554)

• "Müsəlmanda xainlik və yalan ola bilməz."
(İmam Gazali, İhya'u Ulum'id-din, 3. Cilt, s.303; İbn Ebi Şeybe, el-Musannaf'ta tahriç edilmiştir.)

• Heç şübhə yoxdur ki, düzgünlük yaxşılığa, yaxşılıq isə cənnətə aparar. İnsan doğru söyləyə-söyləyə, Allah Qatında siddiq (doğru sözlü) olar. Yalançılıq pisliyə, pislik isə cəhənnəmə aparar. İnsan yalan danışa-danışa Allah Qatında kəzzab (çox yalançı) olar.
(Buhârî, iEdeb, 69; Müslim, Birr, 103-104)

A• Allahın yəvmi qiyamətdə ən mənfur məxluqu yalançı və təkəbbürlü və bir də din qardaşlarına qarşı içlərində buğz (nifrət) saxlayanlardır, siz bunlara mülaki olsanız, onlar kimi davranın. Bunlar Allah və Rəsuluna itaətə çağırılsalar çox ağır davranarlar, şeytanın yoluna və əmrinə çağırılsalar tez razılıq verərlər.
(Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s. 45))

Peyğəmbərimizin (səv) İslam dini ilə bağlı sözləri

 

• Din asandır. Heç kim dinə qarşı şədid ola bilməz. Çünki dinə məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır. (Ramuz El-Hadis, 1. Cilt, s.98)
(Ramuz El-Hadis, 1. Cilt, s.98)

• Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin." (Hz. Said ibni Ebu Berde r.a.) (Ramuz El-Hadis 2. Cilt, s. 510)
(Hz. Said ibni Ebu Berde r.a.) (Ramuz El-Hadis 2. Cilt, s. 510)

 

Peyğəmbərimizin (səv) qədərlə bağlı sözləri

 

• "Bir nəfsə təqdir edilmiş şey mütləq olar!"
(Hz. Cabir r.a. Kütüb-i Sitte, 16. Cilt, Sf. 499))

• "Qul, xeyir və şəri ilə, yaxşı və pisi ilə qədərə inanmadıqca iman əldə edə bilməz."
(Hz. Enes r.a. Kütüb-i Sitte, 2. Cilt sf. 133)

 

Peyğəmbərimizin (s.v) ölümlə bağlı sözləri

 

• "Ölümü ən çox zikr edən və özlərinə gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlığı edənlərdir. Bunlar ağıllılardır."
(Hz. Enes r.a.: Ibnu Mace, Zuhd 31, Kütüb-i Sitte, 16. Cilt , Sf. 330)

 

Peyğəmbərimizin (səv) cənnətlə bağlı sözləri

 

• ... Qadının boynundakı incilərin biri qərblə şərq arasını işıqlandırar... Başında olan tacın ən kiçik incisi də yenə şərqlə qərb arasını işıqlandırar.
(Ramuz el-Ehadis-1, s. 99/8)

• Bir kərpici gümüş, bir kərpici qızıl, suvağı gözəl qoxulu müşk, döşəməsi inci və yaqut, torpağı isə zəfəran olub, oraya girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi olar, ölməz...
(Büyük Hadis Külliyatı-5, s. 408/10088)

• ... Cənnət tikililərinin bir kərpici qızıl, bir kərpici gümüş, suvağı müşk, çınqılı inci və yaqut, torpağı zəfərandır...
((Tirmizi); Kütüb-i Sitte-14, s. 451/6)

• Gurfələr (cənnət köşkləri) qırmızı, yaqut, yaşıl zəbərcət (zümrüd) və ağdır. Onlarda heç bir qüsur və ayıb yoxdur. Cənnət əhli bunlara, sizin göydə, şərq və qərbdəki parlaq ulduzlara baxdığınız kimi baxarlar...
(Ramuz el-Ehadis-1, s. 225/6)

• Cənnətdə elə köşklər vardır ki, içindəki çölü, çölündəki isə içini görər...
(Ramuz el-Ehadis-1, s. 125/9)

• Cənnətdə gurfələr vardır. Çölü içindən, içi çölündən görünər.
(Kütüb-i Sitte-14, s. 447/2)

• Cənnətdə bir köşk vardır. Ətrafı bürclər (hasar, qüllə), otluq, sularla əhatəlidir. Beş min də qapısı vardır...
(Ramuz el-Ehadis-1, s. 125/5)

• Bir gün Rəsulullah, "Cənnətdə elə köşklər vardır ki, nə özünü yuxarıya bağlayacaq çəngəlləri, nə də altında dirəkləri vardır" buyurdu. Bunu dinləyən səhabələr, "Ey Allahın elçisi, o köşklərin əhli oraya necə girəcək?" deyə soruşdu. Rəsulullah (səv), "Onlar quşlar kimi uçaraq girəcəklər" buyurdu. Cənnətdə "Reyyan" adlanan çay vardır. Üzərində mərcandan şəhər qurulmuşdur. Onun qızıl və gümüşdən yetmiş min qapısı var.
(Ramuz el-Ehadis-2, s. 326/4)

• Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, suvağı müşk, çınqılı inci və yaqut və torpağı da zəfərandır...
(Ramuz el-Ehadis-1, s. 200/6)

• Cənnətdə qızıldan bir dirək və üzərində zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli daş) şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq verərlər...
(Ramuz el-Ehadis-1, s. 125/6)

• Cənnətin içində incidən bir saray vardır. O sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli bir daş) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxt üzərində də hər rəngdən yetmiş yataq vardır. Hər evin içində yetmiş süfrə, hər süfrənin üzərində də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş ədəd xidmətçi vardır...
(Tezkireti'l Kurtubi, s. 323/554)

• Şübhəsiz ki, cənnət saraylarından bir sarayın içində yetmiş mənzil (yer, dünya, ev) var. Hər mənzildə, içərisinə girmək üçün yetmiş qapı, hər qapının da digərindən gələn qoxudan başqa, cənnət qoxularından qoxu girər...
(Tezkireti'l Kurtubi, s. 323-324/555)

• Şübhəsiz ki, cənnətdə (mömin üçün) içi boşaldılmış bir tək incidən bir çadır vardır. Bu çadırın eni altmış mil (təxminən 100 km) məsafə genişliyindədir. Bunun hər küncündə (möminə məxsus) bəzi ev xalqı vardır ki, onlar başqalarını (yəni bir-birlərini) görə bilməzlər. (Ancaq) Mömin onları gəzib ziyarət edər.
(Tezkireti'l Kurtubi, s. 325/560)

• Cənnətdə möminin yüksəkliyi altmış mil (təxminən 100 km) olan inci çadırı vardır.
(Büyük Hadis Külliyatı-5, s. 408/10091))

• Genişliyi də elə (yəni altmış mildir). Orada möminin ailələri olacaq. Mömin onları bir-bir gəzəcək...
([(Buhari, Müslim ve Tirmizi); Büyük Hadis Külliyatı-5, s. 408/10092)

• Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi vardır. Onun üçün incidən, zəbərcəddən (zümrüdə bənzər qiymətli daş) və yaqutdan bir çadır qurular. Bu çadır, Cabiyədən San'a'ya qədər uzanan böyüklükdədir.
((Tirmizi), Büyük Hadis Külliyatı- 5, s. 412/10114)

• Şübhəsiz, cənnətdə bir bazar vardır ki, mələklər oranı ziyarət edərlər. Orada gözlərin mislini görmədiyi, qulaqların eşitmədiyi və ürəklərə gəlməyən nemətlər vardır. Ürəyimizin istədiyi hər şey bizə gətirilər. Lakin orada satılan və satın alınan heç bir şey yoxdur. O bazarda cənnət xalqının bəzisi digər bəzisi ilə qarşılaşar. Yüksək mənzil və mövqe sahibi mövqe baxımından özündən aşağı dərəcə olan kimsə ilə qarşılaşar. Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki, qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötrü narahat olsun. Sözünün sonu gəlmədən üzərində daha gözəl bir paltar görünər. Bu qətidir ki, cənnətdə heç kimin kədərlənməsi yoxdur.
(Tezkireti'l Kurtubi, s. 325-326/563)

• Şübhəsiz ki, cənnətdə bir bazar vardır. Lakin orada heç bir şeyi satın almaq və heç bir şeyi satmaq yoxdur. Ancaq kişi və qadınların surət və şəkilləri vardır. Buna görə də orada hansı surətə girmək istəsə ona girəcək.
(Tezkireti'l Kurtubi, s. 326/564)

• Şübhəsiz, cənnətdə elə bazarlar var ki, orada alver yoxdur. Lakin cənnət əhalisi oraya çatdığı zaman təzə və parlaq inci və müşk torpaq üzərinə söykənərək oturarlar. Dünyada olduqları kimi o cənnətlərdə tanış olarlar. Dünyada necə olduqlarını və Rəbblərinə ibadətlərinin necə olduğunu, gecələri necə hidayətə səbəb olduqlarını, gündüzləri necə oruc tutduqlarını, dünyanın zənginliyi ilə kasıblığının necə olduğunu, ölümün necə olduğunu və ... necə cənnət əhalisindən olduqlarını danışıb müzakirə (və söhbət) edərlər.
(Tezkireti'l Kurtubi, s. 326/565)

• Sidrətü'l-Müntəha ağacının meyvəsindən hər bir meyvə yarılınca içindən yetmiş iki rəng və növ yemək çıxar ki, orada o birisinə bənzəyən heç bir rəng və növ yoxdur.
(Tezkireti'l Kurtubi, s. 312/517)

• ... Cənnətin meyvəsindən qoparınca, yerinə yenisi bitər.
(Ramuz el-Ehadis-1, s. 98/9)

• Bir kəndli ərəb, "Ey Allahın Elçisi, cənnətin içində meyvə varmı?" deyə soruşdu. Rəsulullah: "Bəli, Tuba deyilən bir ağac var" buyurdu. O şəxs: "Ya Rəsulullah, bizim ərazimizdəki hansı ağac ona bənzər?" dedi. Rəsulullah: "Sənin ərazindəki ağaclardan heç biri ona bənzəməz. Lakin sən heç Şama gəldinmi? Çünki orada qoz deyilən bir ağac var ki, bir gövdə üzərinə bitərək yuxarısı -yəni budaqları- yayılar. İşdə bu ağac Tuba ağacına bənzər" buyurdu. O şəxs: "Ya Rəsulullah, o ağacın dib gövdəsinin qalınlığı nə qədərdir?" dedi. Allahın Elçisi: "Sənin ev xalqının dəvələrindən beş yaşına çatan gənc bir dəvə yola çıxsa, dibini gəzib əhatə edə bilməz və nəhayət qocalığından boynu qırılar" buyurdu. Kəndli ərəb: "Cənnətdə üzüm varmı?" deyə təkrar soruşdu. Rəsulullah: "Bəli vardır" buyurdu. O şəxs: "O üzümün salxımının böyüklüyü nə qədərdir?" dedi. Rəsulu Əkrəm: "Alaca qarğanın heç dayanmadan bir aylıq uçub gedəcəyi məsafə qədər" buyurdu. O şəxs: "O üzümün dənələri(nin böyüklüyü) nə qədərdir?" dedi. Allahın Elçisi: "Böyük vedrə kimidir" buyurdu. O şəxs: "Ey Allahın Rəsulu, o üzüm dənəsi məni və ev xalqımı şübhəsiz doyurar" dedi. Rəsulullah: "Bəli səni və ev xalqını və qohumun əksəriyyətini doyurar. Cənnətin xurması ağacın dibindən budaqlarına doğru intizamlı şəkildə yığılmışdır. Meyvələri çox böyükdür. Nə vaxt bir meyvə qoparılsa, yerinə başqası gəlir. Cənnətin suyu çuxur olmayan yerlərdən axar. Cənnət üzümünün hər bir salxımı on iki arşındır."
(Tezkireti'l Kurtubi, s. 312-313/518)

• Bir şəxs "Ya Rəsulullah cənnətin içində xurma vardırmı? Çünki mən xurmanı sevirəm" deyə soruşdu. Rəsulullah: "Bəli vardır. ... cənnət xurmalarının qızıldan budaqları vardır. Budaqlarının başları qızıldandır. Aləmlərdən hər hansı bir kimsənin gördüyü paltarların ən gözəli kimi yarpaqları vardır. Qızıldan xurma salxımları vardır. Xurma salxımlarının budağı da qızıldandır. Qızıldan xurma dənəsinin dibində yapışqan pul kimi şeylər vardır. Böyük küplər kimi meyvələr var ki, (onlar) köpükdən yumşaq, baldan şirindir."
(Tezkireti'l Kurtubi, s. 315/522)

• Cənnətdəki xurma ağacının budaqları qırmızı qızılıdır. Sapları yaşıl zümrüddür. Yarpaqları ipək kimidir. Meyvəsi qüllə kimi iri dənəli, qaymağdan yumşaq və çəyirdəksizdir.
(Ramuz el-Ehadis-2, s. 451/4)

• Cənnətdə xurma ağaclarının budaqları yaşıl zümrüddür. Budaqları qırmızı qızılıdır. Yarpaqları cənnət əhalisi üçün geyimdir. Onun bir qismi qısa (iç) paltarları, bir qismi də içi astarlı xarici paltarıdır. Süddən daha ağ, baldan şirin, köpükdən yumşaqdır. İçində də çəyirdək yoxdur.
(Tezkireti'l Kurtubi, s. 314)

• Peyğəmbərimiz (səv) bir qab əncir hədiyyə edilib ondan yedi və səhabələrinə: "Bundan yeyin. Əgər mən bir meyvənin cənnətdən endiyini söyləsəm, həmin meyvə bu əncirdir." buyurdu.
(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 313)

• Qarpızdan faydalanın və ona təzim (hörmət) edin. Çünki onun suyu cənnətdən, dadı da cənnət dadındandır... qarpız cənnət (meyvələrin)dəndir.
(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 313)

• Dünyada cənnət meyvəsinə bənzəyən şey ancaq banandır. Çünki Allah Təala (cənnətin meyvəsi haqqında), "Onun meyvələri davamlıdır", buyurmuşdur. Sən isə bananı, yaz və qış ilin hər mövsümündə tapa bilirsən.
(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 312-313))

• Cənnət xalqının yeməklərindən ən fəzilətlisi, ən gözəli ətdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.
(Tezkireti'l Kurtubi, s. 363/654)

• Cənnətdə sənin canın quş istəyəcək. Dərhal qızardılmış olaraq önünə gətirilib qoyulacaq.
(Büyük Hadis Külliyatı-5, s. 414/10123)

• Cənnətdəki hurilər yaqut və mərcan kimidirlər. Adam onlardan birinin üzünə baxar və özünü onun yanağında, aynada gördüyündən daha aydın görər. Onların incilərinin ən ədnası (ən kiçik, ən əhəmiyyətsiz) şərq ilə qərbi işıqlandırar.
(Ramuz el-Ehadis-2, s. 337/7)

• Cənnət əhlinin bədəni tüksüz, üzü saqqalsız, gözləri sürməlidir, gənclikləri zail olmaz (tükənməz), paltarları köhnəlməz.
((Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6)

• ... Ona girən nemətə məzhər olar, əziyyət görməz, əbədiyyət qazanar, ölümlə qarşılaşmaz. Paltarı köhnəlməz, gəncliyi itməz.
((Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6)

• "Ya Rəsulullah! Allah Təalanın: 'İri gözlü hurilərdir' (Vaqiə surəsi, 22) sözünü mənə izah et" dedim. "Onlar ağ bədənli, iri gözlü, qara quşun qanadları kimi sürməlidir" dedi. "Ya Rəsulullah! Allahın: 'sanki o qadınlar bir yaqut və mərcandır' (Rəhman surəsi, 58) ayəsini izah et" dedim. "Onlar əl dəyməmiş sədəfdəki inci kimi gözəldirlər" dedi. "Ya Rəsulullah! Allahın: 'O cənnətlərdə yaxşı əxlaqlı gözəl qadınlar vardır' (Rəhman surəsi, 70) ayəsini izah et" dedim. "Onlar çox gözəl xasiyyətli və gözəl üzlüdürlər" buyurdu. "Ya Rəsulullah! Allahın: 'Onlar, toz qonmamış yumurta kimidirlər' (Saffat surəsi, 49) ayəsini izah et" dedim. "Onlar yumurtanın pərdəsi kimi ağ və nazikdirlər" dedi. "Ya Rəsulullah! Allahın: 'Ərlərinə sevimli və bir-birlərinin yaşıdıdırlar' (Vaqiə surəsi, 37) ayəsini izah et" dedim. "Onlar dünyada qoca, gözləri tutulmuş, saçları ağarmış və zəif olaraq ölmüşkən, Allah onları cənnətdə bakirə, ərlərinə sevimli, aşiq və bağlı, bir-birlərinin yaşıdı edəcək" buyurdu. "Ya Rəsulullah! Dünya qadınlarımı üstündür, yoxsa iri gözlü hurilərmi?" dedim. "Paltarın üzü astarından qiymətli olduğu kimi, dünya qadınları da hurilərdən üstündürlər" dedi. "Niyə ya Rəsulullah?" dedim, belə açıqladı: "Namazları, orucları və Allaha ibadətləri səbəbindən Allah onların üzlərini nurlandırar, özlərinə ipək paltarlar geydirər. Onların bədənləri ağ, paltarları yaşıl, zinətləri sarı, buxurdanlıqları (tütsülükləri) inci və daraqları qızıldır. Onlar belə söyləyərlər: "Biz burada əbədi qalacağıq. Biz sevimli və xoşbəxtik. Əsla kədərlənib sıxılmarıq. Başqa aləmə köçmədən həmişə burada qalacağıq. Biz bu halımızdan məmnunuq və hər şeyə razıyıq. Heç kimə hirslənmirik. Bizim yoldaş olduğumuz və bizə yoldaş olan şəxslər necə də xoşbəxtdirlər."
(Gençlik ve Ölüm, s. 422-423)

• ... Hurilərdən hər qadının üzərində yetmiş qat paltar vardır ki, birinin rəngi digərində yoxdur. Həmçinin özünə digərində olmayan yetmiş növ rəngli qoxu verilər. Hurilərdən hər qadın üçün inci ilə bəzənmiş qırmızı yaqutdan yetmiş taxt, hər taxt üstündə yetmiş döşək, hər döşək üzərində kreslo vardır. Hurilərdən hər qadın üçün ehtiyacı və xidməti üçün yetmiş min xidmətçi qız və yetmiş min xidmətçi kişi vardır. Hər xidmətçinin bərabərində, içində müxtəlif yemək olan qızıldan nimçələr vardır ki, möminlərdən biri o birisində əvvəlki qabda tapa bilmədiyi dadı, ləzzəti tapar...
(Tezkireti'l Kurtubi, s. 333/591)

• Cənnət əhlinin bir bazarı vardır. Hər Cümə oraya gəlirlər. Şimal küləyi əsər, paltarlarını və üzünü oxşayar. Bunun təsiri ilə hüsün (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləcə ailələrinə, daha da gözəlləşmiş olaraq qayıdarlar. Xanımları: "Vallah, bizdən ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmış!" deyərlər. Kişilər də: "Sizlər də Allaha and olsun, bizdən sonra çox gözəlləşmisiniz." deyərlər.
(Müslim), Kütüb-i Sitte-14, s. 433/16)

• ... Əgər cənnət əhli qadınlarından bir qadın yer əhlinə görünsəydi, dünyanı və içindəkiləri işıqlığa qərq edər və ikisinin arasını da gözəl qoxu ilə doldurardı...
((Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409/10095)

• ... Orada böyük köşklər, geniş çaylar, bol və yetkin meyvələr, gözəl və füsunkar qadınlar, əbədi bir çox və rəngli gözəl paltarlar vardır. Ora yüksək, gözəl və səlim yurdlardan parlaq həyat olan yerdir...
(Ramuz el-Ehadis-1, s. 170/1)

• ... Onların içində hər hansı bir şeyi əskik olan kimsə yoxdur ki, qarşılaşdığının üzərində gördüyü bəzək paltarlarından ötrü narahat olsun. Sözünün sonu gəlmədən üzərində daha gözəl paltar görünər...
(Tezkireti'l Kurtubi, s. 325-326/563)

• ... Cənnətin geyimləri toxunmaz. Cənnətin meyvələri yarılar və ondan paltar çıxar...
(Tezkire-i Kurtubi-1, s. 21)

• Cənnətdə xurma ağaclarının budaqları yaşıl zümrüddür. Budaqları qırmızı qızıldır. Yarpaqları cənnət əhalisi üçün geyiniləcək paltarlardır. Onun bir qismi qısa (iç) paltarları, bir qismi də içi astarlı xarici paltarlarıdır...
(Tezkireti'l Kurtubi, s. 314)

• ... Üzərində yetmiş qat paltarı olar. Ən aşağısı Tuba ağacından hazırlanmış, gəlincik çiçəyi kimi...
(Ramuz el-Ehadis-1, s. 99/8)

• Cənnətdə elə bir ağac var ki, bir süvari, kölgəsində yetmiş, yaxud da yüz il gedər (lakin bitirə bilməz). O huld (əbədilik) ağacıdır... Cənnətdə bir ağac var ki, bir şəxs dörd yaşlı dişi dəvə balasına, yaxud da beş yaşlı dişi dəvəyə minmiş olsa da, sonra ağacın dib tərəfindəki gövdəsini fırlanmağa başlasa, hərəkət etdiyi yerə çatmadan dəvə qocalaraq əldən düşər... Onun təzə budaqları cənnət surlarının kənarındakılara çatır. Cənnətdəki hər çay, şübhəsiz, o ağacın dibindən çıxır...
(Tezkireti'l Kurtubi, s. 311/513)

• Cənnətdə bir ağac vardır ki, minikli şəxs yüz il kölgəsində getsə onu qət edə bilməz. İstəsəniz bu ayəni oxuyun: "Daimi kölgədədirlər, çağlayıb dayanan su başlarındadırlar."
((Tirmizi), Kütüb-i Sitte-14, s. 427/9))

• ... Tuba cənnətdə bir ağacdır. Böyüklüyü yüz illik yer tutar. Və cənnət paltarları da onun tumurcuqlarından düzələr.
(Ramuz el-Ehadis-2, s. 313/7)

• ... Cənnət ağaclarının dib gövdəsi inci və qızıl, yuxarısı da meyvədir.
(Tezkireti'l Kurtubi, s. 315/523)

• Cənnətdə elə bir ağac yoxdur ki gövdəsi qızıldan olmasın.
((Tirmizi), Kütüb-i Sitte-14, s. 427/10)

• Bu ağacların budaqları qurumaz, yarpaqları tökülməz, suyu itməz, meyvəsi tükənməz.
(İlahi Dinlerde Cennet İnancı, s. 54)

• Cənnət çayları, müşk dağlarının yaxud da müşk təpələrinin altından çıxar.
(Tezkireti'l Kurtubi, s. 307/501)

• Əhli cənnətin zinətləri, dəstəmaz suyunun çatdığı dəstəmaz yerlərini tapar.
(Ramuz el-Ehadis-1, s. 247/7)

• Cənnətdə qızıldan bir dirək və üzərində zəbərcəddən (zümrüd cinsindən parlaq, yaşıl, qiymətli daş) şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq verərlər...
(Ramuz el-Ehadis-1, s. 125/6)

• Cənnətdə, yay qədər bir yer Günəşin üzərinə doğulduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir.
(Kütüb-i Sitte-14, s. 429/2)

• Gümüş kərpicdən və qızıl kərpicdən! Suvağı da qoxulu müşk. Cənnətin çınqılları inci və yaqutdan, torpağı da zəfərandır...
((Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6)

• Sənə, ərşin altından, cənnət xəzinələrindən bir sözə dəlalət edimmi? Belə deyərsən: "La havle vela qüvvətə Mütləq Billah" (Allahdan başqa nə məhrum edəcək, və nə də edəcək bir qüvvət vardır.) O zaman Allah buyurar ki: "Qulum təslim oldu və salamatlıq tapdı.
(Ramuz el-Ehadis-1, s. 166/3)

• Əhli cənnətin ən aşağı dərəcəli olanının cənnətdəki mülkünü tamaşası (seyr etməsi, gəzməsi) iki min il davam edər və bu mülkün ən uzaq hissəsini ən yaxını kimi görər...
(Ramuz el-Ehadis-1, s. 113/8)

• Əgər cənnətdə olan şeylərdən bir dırnaq qədər hissə görünsəydi, yerlə göy arasını bəzəyə qərq edərdi. Əgər cənnət əhlindən bir insan görünüb bilərziklərini göstərsəydi, Günəşin ulduzların işığına üstün gəldiyi kimi, Günəşin işığına üstün gələrdi.
((Tirmizi), Büyük Hadis Külliyatı-5, s. 409/10096)

• Cənnətliklərin başlarında taclar vardır. Tacdakı tək inci məşriq (Şərq) ilə məğrib (Qərb) arasını işıqlandırar.
((Tirmizi), Kütüb-i Sitte-14, s. 451/6)

 

Peyğəmbərimizin (səv) gözəl əxlaqla bağlı sözləri

 

• Əbü Hüreyrə radiyallahu ənhdən rəvayət edildiyinə görə Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurmuşdur: "Özünü (birbaşa) maraqlandırmayan şeyi tərk etməsi, insanın yaxşı müsəlman olmağındandır."
(Tirmizî, Zühd 11. Ayrıca bk. İbni Mace, Fiten 12)

• Rəvayətə görə, Nəbi Səlləllahu əleyhi və səlləmə bir nəfər: Ya Rəsulullah! Mənə nəsihət et, -deyə xahiş etdi. Rəsulu Əkrəm: Qəzəblənmə,- buyurdu. Bunun üzərinə həmin insan, Rəsulu Əkrəmə təkrar- təkrar nəsihət etməsini xahiş etdi (hər dəfə) Rəsulu Əkrəm: Qəzəblənmə, - buyurdu.
((Ebu Hureyre, http://www.hadis.org/modules.php?name=es-Sahih)

• Rəbbim mənə doqquz şey əmr etdi: Gizli halda da, aşkar halda da Allahdan qorxmağımı, əsəbiləşəndə də və razılıq halında da ədalətli söz söyləməyimi, yoxsulluqda da, zənginlikdə də qənaətcil olmağımı, məndən ayrılanla da sila-i rəhm (dostluq) etməyimi, məni məhrum edənə də verməyimi, mənə zülm edəni bağışlamağımı, susma halımın təfəkkür olmasını, danışma halımın zikr olmasını, baxışımın ibrət olmasını, bilinəni (doğru və gözəl olanı) əmr etməyimi.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 317)

• Sənə zülm edəni bağışla. Səndən küsənə get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 317)

• Harada olursansa ol, Allahdan çəkin və pisliyin arxasından yaxşılıq et, bu onu yox edər. İnsanlarla gözəl rəftar et.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 328)

• "İnsanlarla gözəl rəftar et."
(İbni Kesir, Sire, 4:194-195; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.507)

• Peyğəmbərimiz (səv) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdir: "Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməli ifsad edir. (pozur)"
(İbn Hıbban; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111)

• Möminin şərəfi dini, zadəganlığı gözəl əxlaqı, mürüvvəti də ağılıdır.
(İbn Hıbban, Hakim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111-112)

• Rifk (yumşaqlıq, mülayimlik) bir şeyə girdimi, onu mütləq gözəl edər, bir şeydən də çıxarıldımı, onu mütləq qüsurlu edər.
(Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, cilt 7, s. 292)

• " Allaha təqva və gözəl əxlaq." (Ən çox nəyin insanları cənnətə soxacağını soruşurlar.)
(Tirmizi, Birr 62, kutub-ı sıtte, 16. Cilt , sf. 329)

• Ruhumu qüdrət altında tutan Allaha and içirəm ki, cənnətə yalnız gözəl əxlaq sahibləri girər.
(Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.792)

• Möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaqdır. Şübhəsiz ki, Allah Təala işi və sözü çirkin olan və həyasızca danışan kimsəni sevməz"
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 15/9)

• İmanın kamalı gözəl əxlaqladır.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 344/4)

• Gözəl əxlaq səhvləri əridər. Suyun buzu əritdiyi kimi. Pis əxlaq da əməli pozar. Sirkənin balı pozduğu kimi.
(Hz.İbni Abbas r.a.) Ramuz el-Hadis s.215

• "Sizlər insanları mallarınızla məmnun edə bilməzsiniz, onları gözəl üz və gözəl xasiyyətlə məmnun edərsiniz."
Bezzar, Ebu Yala, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111

• "Allah Təala asanlıq göstərən və gülər üzlü insanı sevər."
Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998,, s.444

• "Harada olursansa ol, Allahdan çəkin və pisliyin arxasından yaxşılıq et, bu onu yox edər. İnsanlarla gözəl rəftar et."
(Hz. Ebu Zerr r.a. : Tirmizi, Birr 55 Kütüb-i sitte, 16. Cilt , sf. 328)

• "Yeyin, sədəqə verin, geyinin. Lakin bunları edərkən israf və təkəbbür etməyin".
(Ibnu Amr Ibni'l-As r.a. : Nesai, Zekat 66 : Buhari, Libas 1, Kütüb-i sitte, 16. Cilt Sf. 361)

• "(Zarafat əsnasında da olsa) haqqdan başqa şey söyləmərəm."
(Musned-i Ahmed, 2,340 : Tirmizi, Birr 57 Kütüb-i Sitte, 16. Cilt)

• ...Abdullah ibn Ümər belə demişdir: Bir şəxs Peyğəmbərə (səv): Mən alver işlərində aldadılıram, - dedi. Peyğəmbər də ona: "Sən bir şey almaq istədiyin zaman: (İslamda) aldatma yoxdur, de", - buyurdu. Bundan sonra artıq o şəxs bu sözü söylədi.
(Sahih-i Buhari, Cilt 5, syf.2225)

• ...Ənəs ibn Malikdən (Radiyallahu ənh): Rəsulullahın (Səlləllahu Əleyhi və Səlləm) belə buyurduğu rəvayət edilmişdir:
"Sizin heç biriniz öz nəfsi üçün arzuladığını (din) qardaşı və ya qonşusu üçün də - istəmədikcə (tam) iman gətirmiş olmaz."
(İbni Mace/ 1. cilt/ syf.113)

• ... Cərir ibn Abdillah əl-Bəcəlidən (rə) rəvayət edildiyinə görə Rəsulullah (səv) belə buyurmuşdur: "Kim mülayim rəftar etməkdən məhrum olsa, xeyirdən məhrum olar.
(Mace Cilt 9, Syf.475)

• "... Abdullah ibn Əmr ibn əl-Asdan (rə) rəvayət edildiyinə görə, Rəsulullah (səv) belə buyurmuşdur:
İslam dinini qəbul edən, çatacaq dərəcədə ruzisi verilən və buna qənaətkar olan kimsə şübhəsiz fəlah (nicat) tapmışdır."
(Mace Cilt10, Syf.415)

• ... Əmr ibn Şüeybin babası (Abdullah ibn Əmr ibn əl-Asdan) (rə) rəvayət edildiyinə görə, Rəsulullah (səv) belə buyurmuşdur:
"İsraf və qürur qarışmadıqca yeyin, için, sədəqə verin və geyinin."
(Mace Cilt 9, Syf.385)

 

Peyğəmbərimizin (səv) sevgi, mərhəmət və ədalətlə bağlı sözləri

 

• Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: "Biriniz qardaşının əxlaqını (Allah üçün) sevirsə, bunu ona söyləsin.
(Kütüb-i Sitte, 10. cilt, s. 135; Ebû Dâvud, Edeb 122, (5124); Tirmizi Zühd 54, (2393))

• Sizə verdiyi nemətlərinə görə Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin.
(Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 4. cilt, s.594)

• Rəsulullah bir dəfə dua edərkən belə buyurdu: "Ya Rəbbim! Mənə Öz sevgini, sevdiklərinin sevgisini və məni Sənin sevginə yaxınlaşdıracaqların sevgisini nəsib et və Öz sevgini mənə hərarətdən, susuzluqdan yananların, soyuq suya qovuşmasını istəmələrindən sevimli et.
(İmam Gazali, Kimya-yı Saadet, s. 594 ((2) VI/253) ((5) VI/253)

• Ürəyinin yumşalmasını istəyərsənmi? Yetimə mərhəmət et, onun başını tumarla və ona yediyindən yedirt. Ürəyin yumşalar.
(Ramuz El-Ehadis, Musannif Ahmed Ziyaüddin Gümüşhanevi, Mütercim: Abdülaziz Bekkine, cilt 1, 11-9)

• "Qardaşını gülər üzlə qarşılamağın, öz qabından qardaşının qabına su verməyin də mərufdur."
Tirmizi, Hz. Cabir'den rivayet etti kutub-ı sıtte, 2. Cilt

• " Bir mömin başqa bir möminin divarı kimidir, bir-birlərini möhkəmləndirirlər."
(Nesai kutub-ı sıtte, 2. Cilt , Sf. 374)

• Sizə verdiyi nemətlərinə görə Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin.
(Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 4. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.594)

• Allah üçün bir-birini sevən şəxslər Onun kölgəsindən başqa kölgə olmayan gündə, Onun Ərşi Əlasının kölgəsindədirlər. Onlara nurdan kürsülər qurular. Onların Rəbbləri ilə olan məclislərinə peyğəmbərlər, siddiqlər və şəhidlər belə qibtə edərlər.
(Hz. Muaz İbni Cebel r.a.) Ramuz El-Hadis s.233

• "Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar."
( Buhari ve Müslim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 152)

• "Hədiyyələşin, bir-birinizi sevin. Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizdə genişlik yaradar." .239)
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s

• "Ziyarətləşin, hədiyyələşin. Çünki ziyarət sevgini artırar, hədiyyə də ürəkdəki pis duyğuları söküb atar."
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s.239)

• "Bir-birinizi qısqanmayın, bir-birinizə kin saxlamayın, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxanızı çevirməyin, bir-birinizin arxasından qiybət etməyin. Ey Allahın qulları, qardaşlar olun."
(Buhari ve Müslim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 315)

• "Sizdən əvvəlki cəmiyyətlərin dərdi sizə də keçdi: Həsəd və kin. Kin saxlamaq kökdən qazıyan şeydir. Allaha and içirəm ki, iman gətirmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman gətirmiş olmazsınız. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verimmi? Aranızda salamı yayın."
(Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 425)

• Möminlər bir-birlərini sevən və xeyirlidir, evləri və bədənləri ayrı olsa da. Facirlər isə bir-birlərini aldadandır. Evləri və bədənləri bir olsa da və bir-birləri ilə ixtilaf aparırlar.
(Hz. Enes r.a.) Ramuz El-Hadis s.233

• Mərhəmət edin ki, sizə də mərhəmət edilsin. Əfv edin ki, siz də əfv olunasınız. Təəssüf olsun sözlə vaxt itirənlərə. Təəssüf olsun günahlarına bilərək davam edib, bağışlanma istəməyənlərə.
( G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 70/10)

• Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı keçinin, ixtilafa düşməyin.
(Hz. Said İbni Ebu Berde; G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 510/5)

• Allah yolunda bir-birlərini sevənlər ərşin kölgəsindən başqa kölgə olmayan o gündə, ərşin kölgəsindədirlər. Nurdan minbərlər üzərində. Onların məkanlarına nəbilər və siddiqlər qibtə edər.
(Hz. Muaz r.a.) Ramuz El-Hadis s.233

• Allah üçün sevənlər Ərşi Əla ətrafında yaqutdan kürsülər üzərində olar.
(Hz. Ebu Eyyub r.a) Ramuz El-Hadis s.233

• "Sənə zülm edəni bağışla. Səndən küsənə get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə."
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 317)

• "Kasıbları sevin və onlara yaxın olun. Siz onları sevsəniz, Allah da sizi sevər. Siz onlara yaxın olsanız, Allah da sizə yaxın olar. Siz onları geydirsəniz, Allah da sizi geydirər. Siz onları yedirsəniz, Allah da sizi yedirər. Siz cömərd olun ki, Allah Təala da sizə qarşı cömərd olsun."
( G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 17/15)

• "Zülmdən qaçın. Çünki zülm, qiyamət günü qaranlıqlar olacaq. Xəsislikdən də qaçının, çünki xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birlərinin qanlarını tökməyə, haramlarını halal hesab etməyə sövq etmişdir."
(Muslim, Birr 56; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 357)

• Mömin alicənabdır və kərimdir (Hüsnü zənni səbəbindən aldanar). Facir isə hiyləgərdir.
(Hz. Ebu Hüreyre r.a.) Ramuz El-Hadis s.230

• Mömin hər halında xeyir üzərindədir. Ruhu, Allaha həmd edərkən alınar.
(Hz.İbni Abbas r.a.) Ramuz El-Hadis s.230

• Mömin qəlbi yumşaqdır (yaxşı dolanandır). O din qardaşına rahatlıq verər. Münafiq isə uzaq dayanar və qardaşına çətinlik verər. Mömin birinci salam verməkdən çəkniməz . Münafiq isə gözləyər ki, əvvəl özünə salam versinlər.
(Hz. Enes r.a.) Ramuz El-Hadis s.230

• Yaxşılıq cənnət qapılarındandır və pis ölümü rədd edər. Yaxşılıq adı kimi yaxşıdır və dünyada yaxşı olan axirətdə də yaxşılıq əhli olar.
(Hz.İbni Şihab r.a.) Ramuz El-Hadis s.236

• "Ey insanlar, diqqət yetirin! Rəbbiniz təkdir. Ərəbin ərəb olmayana, ərəb olmayanın ərəbə, qaranın qırmızıya, qırmızının qaraya, təqvadan kənar, heç bir üstünlüyü yoxdur. Şübhəsiz, Allah Təala qatında ən üstününüz Allah Təaladan ən çox qorxanınızdır." Müsned-i Ahmed b. Hanbel, 5/411
Müsned-i Ahmed b. Hanbel, 5/411

 

Peyğəmbərimizin (səv) səbr ilə bağlı sözləri

 

• "...Yanımda olan xeyirdən (yəni maldan) heç bir şeyi sizlərdən saxlamıram. Bu şübhəsiz ki, kim (istəməyib) iffətli qalmaq istəsə, Allah onu iffətli edər. Kim də səbir etməyə çalışsa, Allah ona da səbir lütf edər. Kim insanlardan müstağni (ehtiyacsız) olmaq istəsə, Allah onu müstağni edər. Sizlərə səbirdən daha xeyirli və səbirdən daha geniş heç bir keyfiyyət əsla verilməmişdir!" buyurdu.
(Sahih-i Buhari, Cilt 14, syf.6401)

• ... Sən, yəqin bir imanla, tam razılıqla Allah üçün çalışmağa qadir ola bilsən, çalış; əgər buna qadir ola bilməsən, xoşuna gəlməyən şeydə səbir etməkdə çox xeyir var. Bunu da bil ki, nüsrət səbirlə birlikdə gəlir, qurtuluş da çətinliklə gəlir, çətinlikdə də asanlıq vardır, bir çətinlik iki asanlığa əsla qələbə çala bilməyəcək.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 315)
Sabır imanın yarısı, yakin de imanın tamıdır. (Hz.İbni Mes'ud r.a) Ramuz El-hadis s.217

• Həya zinətdir. Təqvada kərəmdir. Ən xeyirli minik də səbirdir. Çətinlik halında insanın müsibətinin aradan qaldırılmasını Allahdan gözləmək ibadətdir.
(Hz.Cabir r.a). Ramuz El-Hadis s.204

• Möminin vəziyyəti nə qədər qəribədir. Çünki hər işi onun üçün xeyirdir. Bu vəziyyət yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir; bir zərər gəlsə səbir edər, bu da xeyirdir.
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, 1992, s. 208

 

Peyğəmbərimizin (səv) Quran və Sünnə ilə bağlı sözləri

 

• Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Muhəmmədin (əleyhissalatu vəssəlləm) yoludur. İşlərin ən pisi də dinə zidd olaraq sonradan çıxarılandır.
(3. Buhârî, I'tisam 2, Edeb70)

• Hər çalışanda bir şövq mövcuddur, hər şövqün də bir sonu vardır. Kimin şövqünün sonu sünnəmdə qalsa, doğru yoldadır. Kim də səhv edərsə (sünnəmin xaricində qalar) o da azmışdır." (
Kütüb-i Sitte, Hadis No: 83)

• Əbü Rukayyə Təmim İbni Əvs ət-Dari radiyallahu ənhdən rəvayət edildiyinə görə, Nəbi səlləllahu əleyhi və səlləm: "Din nəsihətdir" buyurdu. Biz ondan: Kimin üçün nəsihətdir? - deyə soruşduq. Peyğəmbərimiz: "Allah, Kitabı, Elçisi möminlərin idarəçiləri və bütün müsəlmanlar üçün nəsihətdir" buyurdu.
(Müslim, İman 95. Ayrıca bk. Buhari, İman 42; Ebü Davüd, Edeb 59; Tirmizî, Birr 17; Nesaî, Bey'at 31, 41)

• Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədənlərinizdir.
(Buharî, Fezailü'l-Kur'an 21)

• Kim mənə itaət etsə, şübhəsiz ki, Allaha itaət etmişdir. Kim də mənə üsyan etsə, şübhəsiz ki, Allaha üsyan etmişdir.
(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 482))

• Quran Allahın kəlamıdır. Elə isə Quran sahibi, Rəbbinin, qadağan etdiklərini etməmək surəti ilə ona təzim (hörmət) etsin.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 227/10)

• Kim ki, Quranı rəhbər etsə, Quran onu cənnətə aparar. Kim də etməsə, onu da cəhənnəmə aparar.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 227/9)

• Ey qövmüm, ixtilaf etməyin. Sizdən əvvəlki ümmətlər bu etdiyiniz şeylə həlak oldu. Peyğəmbərlərinə qarşı ixtilafları və kitablarının bəzisini bəzisinə qarışdırmaları səbəbindən.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 450/10)

• Hz. Peyğəmbər (səv)"sizə əmr etdiklərimi yerinə yetirin, qadağan etdiklərimi də gücünüz çatdığı qədər tərk edin" buyurmuşdur.
(Müslim, sf. 412; İbn Mace, Mukaddime, 1)

• Peyğəmbərimiz (səv) sünnəsinə itaət edilməsini əmr etdiyi kimi, öz səhabələrinə də itaət edilməsini əmr etmişdir: "İçinizdə məndən sonra yaşayanlar bir çox ixtilaflara şahid olacaq. Sizə sünnəmi, hidayətə çatdırılmış, doğru yolu tapmış xəlifələrimin sünnəsini (yolunu) tövsiyə edirəm. Ona möhkəm sarılın, sonradan çıxacaq şeylərdən çəkinin. Çünki hər uydurma bidət pozğunluqdur."
(Ebu Davud, Sünne, 5)

• "Ümmətimin fəsad zamanında unudulmuş sünnələrimdən birini canlandırana yüz şəhid savabı verilər"
(İbn-i Mace)

• Sizə iki şey əmanət edirəm. Bunlara sahib çıxdığınız müddətcə əsla azmazsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi. (İbn-i Mace)
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 328

• "Kim ki Quranı rəhbər etsə, Quran onu Cənnətə aparar. Kim də etməsə onu da Cəhənnəmə aparar."
G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 227/9

 

Peyğəmbərimizin (səv) dua ilə bağlı sözləri

 

• Peyğəmbərimizin Allaha gözəl əxlaq və yaxşı xasiyyət verməsi üçün dua etdiyi belə ifadə edilir: "Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni əxlaqın pisliklərindən uzaqlaşdır."
(Tırmizi, İmam Ahmed ve Hakim'den; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 789)

• ... Bir şey istəyincə Allahdan istə. Kömək tələb edəcəksənsə, Allahdan kömək dilə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydaya qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə gəlsələr, buna da qadir ola bilməzlər.
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, 1992, s. 314

• Qəbul olunacağından əmin olaraq Allaha dua edin.
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 327

• Dua ibadətdir. Allah buyurur ki: "Mənə dua edin, Mən də sizə cavab verim"
(Hz.Numan İbni Beşir r.a.) Ramuz El-Hadis s.207

• Dua möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur.
(Hz.Ali r.a.) Ramuz El-Hadis s.207

• Əbu Musa əl-Əşaridən belə nəql etdi: Peyğəmbər (səv) belə dua edərdi: "Ey Rəbbim! Mənim günahımı, məlumatsızlığımı, hər işimdə israfımı və məndən daha yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim səhvlərimi, qəsdən və məlumatsızlıqdan etdiklərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə var. Ya Allah! Əvvəlcədən etdiyim, sonradan edəcəyim; gizlətdiyim, ortaya çıxardığım bütün günahlarımı Sən bağışla! Önə keçirən ancaq Sənsən, sonraya buraxan da ancaq Sənsən. Sən hər şeyə gücü çatansan!)".
(Sahih-i Buhari ve Tercemesi, Mütercim: Mehmed Sofuoğlu, Ötüken Yayınları, İstanbul 1987, Cilt 14 syf.6336)

• " Ey qəlbləri bilən Rəbbimiz ! Bizi din əxlaqına yönəlt."
(Nevvas Ibnu Sem'an el-Kilabi Kütüb-i Sitte, 16. Cilt , Sf. 536)

 

Peyğəmbərimizin (səv) orucla bağlı sözləri

 

• Kim, fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutsa, keçmiş günahları bağışlanar.
(Buhari, İman 28, Savm 6; Müslim, Sıyam 203, Müsafirîn 175. Aynca bk. Ebu Davüd, Ramazan l, Savm 57; Tirmizî, Savm l. Cennet 4; Nesaî, Sıyam 39; İbni Mace, İkamet 173, Sıyam 2, 33) )

• Əziz və cəlil olan Allah "İnsanın oruc xaricində hər əməli özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm". Oruc qalxandır. Biriniz oruc tutduğu gün pis söz söyləməsin və mübahisə etməsin. Əgər biri onu söyərsə: 'Mən orucluyam' desin. Oruclunun rahatlayacağı iki sevinc anı vardır: Biri iftar etdiyi zaman, digəri də orucunun savabı ilə Rəbbinə qovuşduğu andır."
(Buharî, Savm 9; Müslim, Sıyam 163)

Peyğəmbərimizin (səv) təmizliklə bağlı sözləri

 

• Müsəlmanlıq təmizdir, çirksizdir. Siz də təmiz olun, təmizlənin, Çünki cənnətə təmizlər girər.
(G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 96/2)

• Cabir izah edir: "Peyğəmbər səllallahu 'əleyhi və səlləm buyurdu ki: "Hilal etmək dişləri təmizləyir, pak edir, diblərini sağlamlaşdırır və ağız qoxusunu gözəl edir."
(Önder ÇAĞIRAN, Tıbbi Nebevi,1. Baskı, Boğaziçi Yayınları, İstanbul 1996)

• Şübhə yoxdur ki, Uca Allah təmizdir, təmizliyi sevir. İkramı boldur, ikramı sevir. Cömərddir, cömərdliyi sevir. Elə isə evlərinizin ətrafını təmiz saxlayın.
(Et-Tıbbün Nebavi s.216)

• Mənim ümmətim qiyamət günündə üzləri parlaq, əlləri və ayaqları nurlu olaraq qalxacaqdır. Hər kəs gücünün çatdığı qədər bu parlaqlığı artırsın.
(http://www.diyanet.gov.tr/turkish/hutbe.asp?h_id=193)

 

Peyğəmbərimizin (səv) ailə ilə bağlı sözləri

 

• "... (Abdullah) ibn Abbasdan (rə) rəvayət edildiyinə görə: Rəsulullah (səv) belə buyurdu: "Sizin ən xeyirli olanınız ailəsinə ən yaxşı olanınızdır. Mən də ailəmə yaxşı olanam."
(Mace, Cilt5, Syf.461)

• "Allahdan qorxun. Uşaqlarınızın sizə itaətli olmalarını istədiyiniz qədər, siz də onların arasında ədalətlə davranın."
G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 13/10

• "Bir ata övladına gözəl əxlaqdan daha üstün miras qoya bilməz."
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.512

• "Övladlarınıza ikram edin və tərbiyələrini gözəl edin..."
Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.515

• "Ən yetkin imana sahib mömin, xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olanıdır."
Nesai, Tirmizi ve Hakim'in de yaklaşık anlamda rivayetleri vardır.; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105

• "Ən xeyirliniz, xanımlarına ən xeyirli olanınızdır. Mən xanımlarına qarşı sizlərin ən yaxşısıyam."
Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.10

 

Peyğəmbərimizin (səv) dünya hərisliyini tərk etməklə bağlı sözləri

 

• Malı yığıb xərcləmək barəsində xəsis davranma ki, Allah ruzisini səndən kəsər, saxlayıb əlində infak etmədən tutma ki, Allah da səndən alar.
(İbn-i Kesir, Peygamberimizin Şemaili Mu'cizeleri, Temel Neşriyat, sf. 87)

• Zənginlik mal və mülkün çoxluğu deyil, qəlbin genişliyi və comərdlikdir.
(Sünen-i Tirmizi Tercemesi Cilt: 4, Sf: 195)

• ... Ata Əbi Rəbah belə demişdir: İbn Abbasdan belə deyirdi: Mən Peyğəmbərdən (səv) eşitdim, belə buyururdu: "Adəm oğlunun iki vadi dolusu malı olsa, şübhəsiz üçüncüsünü istəyər. Adəm oğlunun iç boşluğunu (tamahını) torpaqdan başqa şey doldura bilməz. Allah (tamahdan) tövbə edən insanın tövbəsini qəbul edər".
(Sahih-i Buhari, Cilt 14, syf.6373)

• ... Mən Abdullah ibnu'z Zubeyrdən Məkkədə minbər üzərində xütbə oxuyarkən eşitdim; o belə deyirdi: - Ey insanlar! Peyğəmbər (səv) belə buyurdu: "Əgər Adəm oğluna qızıl dolu vadi verilsəydi, o özünə ikinci vadi verilməsini arzu edərdi. Əgər özünə ikinci vadi verilsə, üçüncüsünü istəyərdi. Adəm oğlunun iç boşluğunu ancaq torpaq örtər. Allah da (tamahdan) tövbə edən kimsənin tövbəsini qəbul edər".
(Sahih-i Buhari, Cilt 14, syf.6374)

• "... (Abdullah) ibn Abbasdan (r.a.) rəvayət edildiyinə görə: Rəsulullah (səv) belə buyurdu:
"Sizin ən xeyirli olanınız ailəsinə ən yaxşı olanınızdır. Mən də ailəmə yaxşı olanam."
(Mace, Cilt5, Syf.461)

• Hakim ibn Hizam belə demişdir: Mən Peyğəmbərdən (səv) istədim; o da mənə verdi. Sonra yenə istədim, o da mənə verdi, sonra yenə istədim, yenə verdi. Bundan sonra: "Bu mal." buyurdu. Peyğəmbər (səv) mənə: "Ya Hakim! Şübhəsiz bu mal yaşıldır, şirindir. Hər kim bu malı nəfs gözəlliyi ilə tamahsız olaraq götürsə, o mal özü üçün bərəkətli olar. Kim də bunu nəfs düşkünlüyü ilə, tamahla götürsə, mal alan üçün bərəkətli olmaz. O tamahkar adam yeyib də heç doymayan (it aclığı xəstəliyinə tutulmuş) şəxs kimi olar. Yüksək əl, alçaq əldən xeyirlidir!" buyurdu.
(Sahih-i Buhari, Cilt 14, syf.6376)

 

Peyğəmbərimizin (səv) gözəl söz söyləməklə bağlı sözləri

 

• Əbu Hureyrə Peyğəmbərdən (səv) "Gözəl və xoş söz sədəqədir" buyurduğunu nəql etmişdir.
(Sahih-i Buhari, Cilt 13, syf.6013)

• ... Adiyy ibn Xəttim belə demişdir: Peyğəmbər (səv) atəşi zikr etdi, ondan Allaha sığındı və üzünü ondan çevirdi. Sonra yenə atəşi, yəni cəhənnəmi zikr etdi, ondan sığındı və üzünü çevirdi.. "Sizlər tək xurmanın yarısı ilə, bunu da tapa bilməyən gözəl sözlə də olsa atəşdən qorunun" buyurdu.
(Sahih-i Buhari, Cilt 13 syf.6013)

• Əbu Hureyrə Rəsulullah (səv) belə buyurarkən eşitmişdir: "Qul bəzən içində nə olduğu müəyyən olmayan (yəni pisliyini və nə sabit olacağını düşünmədən) bir söz söyləyər və o söz səbəbindən atəşin içində, günəşin doğulduğu yer ilə batdığı yer arasında daha uzaq bir dərinliyə batıb gedər!".
(Sahih-i Buhari, Cilt 14, syf.6405)

• "... Əbu Hüreyrədən (rə) rəvayət edildiyinə görə: Rəsulullah (səv) belə buyurdu, demişdir:
"Biriniz oruc günü olduğu zaman əsla çirkin söz söyləməsin və cahillik etməsin. Əgər bir kimsə ona qarşı cahilcə davransa "mən orucluyam" desin.'")
(Mace Cilt4, Syf.592)

• "... İbni Ömərdən (rə) rəvayət edildiyinə görə: Rəsulullah (səv) belə buyurmuşdur:
Bir (mömin) qulun sırf Allah rizasını tələb etmək üçün udduğu hirs udumundan Allah qatında savab baxımından daha böyük udum yoxdur."
(Mace, Cilt10, Syf.462)

Peyğəmbərimizin (səv) bərabərliklə bağlı sözləri

 

• Peyğəmbərimiz (səv) insanları irqə və rəngə görə qiymətləndirmə anlayışının bəsitliyi üzərində dayanmış və vida xütbəsində ərəb qövmünə müraciət edərək belə söyləmişdir: Soylarla öyünülməz. Ərəblər ərəb olduqlarına görə əcəmlərdən, əcəmlər də əcəm olduqlarına görə ərəblərdən üstün sayıla bilməzlər. Çünki Allah Qatında ən uca olanınız ona qarşı gəlməkdən ən çox qorxanınızdır (ən təqvalınız). Ey insanlar diqqət yetirin! Rəbbiniz təkdir. Ərəbin ərəb olmayana, ərəb olmayanın ərəbə, qaranın qırmızıya, qırmızının qaraya, təqvadan kənar, heç bir üstünlüyü yoxdur. Şübhəsiz Allah Təala Qatında ən üstününüz Ondan ən çox qorxanınızdır.
(Müsned-i Ahmed b. Hanbel, 5/411)

• Sizin bu soyunuz heç kimə üstünlük və təkəbbür göstərməyə səbəb olacaq şey deyil. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin heç kimə qarşı din və təqva müstəsna olmaqla üstünlüyü yoxdur. İnsana pis olması üçün- başqalarını tənqid etməsi, kiçik görməsi, xəsis, pis xasiyyətli, həddi aşması yetər. (Müsned-i Ahmed b. Hanbel, 4/158, İbnu Kesir, 4/218)