Peyğəmbərimizin (səv) gələcəklə bağli verdiyi xəbərlər

Hər insan, hər cəmiyyət və hər ölkənin bir qədəri var. Dünya üzərində hələ heç kəs yaradılmamışdan əvvəl hər insanın gələcəkdə nələr yaşayacağı, bir ölkənin hansı hadisələrə şahid olacağı, bir cəmiyyətin keçirəcəyi mərhələlər və bunun kimi hər bir hadisə Allah Qatında əvvəlcədən təyin olunmuşdur. Ancaq insanlar əvvəldən təyin olunmuş, Allahın Qatında yaşanmış və hətta bitmiş bu hadisələrin heç birindən xəbərdar deyillər. Bunları ancaq yaşadıqca görür və bilirlər. Bu səbəbdən gələcək insanlar üçün qeybdir, yəni naməlumdur.

Ancaq Allah bəzi qullarına qeybə dair məlumatlar verdiyini Quranda bildirmişdir. Bu insanlardan biri də hz. Yusufdur. Hz. Yusuf (əs) zindanda olarkən Allahın varlığının dəlillərini izah etdiyi iki yoldaşına belə demişdir:

“O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam.” (Yusuf surəsi, 37)

Ayədə də bildirildiyi kimi, hz. Yusuf (əs) qeyb xəbərini bildiyini söyləyir. Bu, Allahın hz. Yusufa (əs) bəxş etdiyi elm və möcüzədir. Allah hz. Yusufa (əs) yuxuları yozmaq elmini də vermişdir. Hz. Yusuf (əs) Allahın diləməsi ilə gələcəkdə baş verəcək bəzi hadisələri bilmişdir.


“Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-biriləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin.”

(Ali İmran surəsi, 44)

 

 

 

 

Hz. Yusufa (əs) verilən elmin bənzəri başqa peyğəmbərlərə də verilmişdir. Allah ayələrdə elçilərindən seçdiyi kəslərə qeyb xəbərlərini açıqlayacağını belə bildirmişdir:
Bu xəbərlərin bir çoxu reallaşmışdır və insanlar da bu möcüzəyə şahid olublar. Bu, həm Peyğəmbərimizin (səv) Allahın elçisi olduğunu, həm də Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən biridir.

“O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa …” (Cin surəsi, 26-27)

Əlbəttə, Rəbbimiz Peyğəmbərimizə (səv) də qeybə aid bir çox xəbər vermişdir. Peyğəmbərimiz (səv) həm keçmişdə baş vermiş və kimsənin bilmədiyi hadisələri, həm də gələcəkdə reallaşacaq bir çox hadisəni Allahın izni ilə bilmişdir. Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:

“Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.” (Yusuf surəsi, 102)

Bu bölmədə Allahın Peyğəmbərimizə (səv) həm Quran vasitəsilə, həm də özünə xüsusi olaraq bildirdiyi və Peyğəmbərimizin (səv) hədisləri vasitəsilə bizə çatan bu qeyb xəbərlərindən bir neçəsinə yer veriləcək. (Ətraflı məlumat üçün baxın: Quran Möcüzələri, Harun Yəhya

“Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-biriləri ilə mübahisə etdikdə də sən onların yanında deyildin.” (Ali İmran surəsi, 44)


PEYĞƏMBƏRİMİZƏ (SƏV) QURAN İLƏ BİLDİRİLƏN QEYB XƏBƏRLƏRİNDƏN BƏZİLƏRİ


 

“Əlif. Ləm. Mim. Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər.”
(Rum surəsi, 1-4)

 

Peyğəmbərimizə (səv) Quran vasitəsilə gələcək haqqında verilən xəbərlərdən biri Rum surəsinin əvvəlində bildirilir. Bu ayələrdə Bizans İmperiyasının məğlubiyyətə uğradığı, amma çox qısa zamandan sonra yenidən qalib gələcəyi bildirilmişdir.

Bu ayələr xristian bizanslıların bütpərəst farslar qarşısında çox ağır məğlubiyyətindən təxminən 7 il sonra, Miladi təqvimlə 620-ci illərdə endirilmişdi. Ayələrdə Bizansın çox yaxında qalib gələcəyi xəbər verilirdi. Halbuki o ərəfələrdə Bizans elə ciddi itkilərə məruz qalmışdı ki, nəinki qalib gəlməsi, ayaqda qalması belə qeyri-mümkün idi. Tək farslar deyil, avarlar, slavyanlar və lanqobardlar da Bizans dövlətinə qarşı ciddi təhlükə meydana gətirirdi. Avarlar İstanbula qədər gəlmişdilər. Bizans kralı Herakl ordunun xərclərini qarşılaya bilmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarının əridilib pula çevrilməsini əmr etmişdi. Hətta bunlar da kifayət etməmişdi, bürüncdən heykəllər belə pul istehsalı üçün əridilməyə başlanmışdı. Bir çox qubernator kral Herakla üsyan etmiş, imperatorluq parçalanmaq həddinə çatmışdı. Əvvəldən Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin, Misir və Ermənistan bütpərəst farsların işğalı altına girmişti. 216

Qısacası, hər kəs Bizansın yox olmasını gözləyirdi. Məhz bu dövrdə Rum surəsinin ilk ayələri vəhy edildi və Bizansın doqquz il keçmədən yenidən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət elə qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri Quranda xəbər verilən bu zəfərin əsla həyata keçməyəcəyini düşünürdülər.

Ancaq Quranın bütün xəbərləri kimi, bu da şübhəsiz ki, baş verdi. Rum surəsinin ilk ayələrinin göndərilməsindən təxminən 7 il sonra, 627-ci ilin dekabr ayında, Bizans və Fars imperatorluqları arasında Nineviya xarabalıqları yaxınlığında böyük döyüş oldu. Bu dəfə Bizans ordusu farsları məğlubiyyətə uğratdı. Bir neçə ay sonra da farslar işğal etdikləri yerləri Bizansa geri qaytarmaq üçün razılaşma imzalamaq məcburiyyətində qaldılar.Ancaq Quranın bütün xəbərləri kimi, bu da şübhəsiz ki, baş verdi. Rum surəsinin ilk ayələrinin göndərilməsindən təxminən 7 il sonra, 627-ci ilin dekabr ayında, Bizans və Fars imperatorluqları arasında Nineviya xarabalıqları yaxınlığında böyük döyüş oldu. Bu dəfə Bizans ordusu farsları məğlubiyyətə uğratdı. Bir neçə ay sonra da farslar işğal etdikləri yerləri Bizansa geri qaytarmaq üçün razılaşma imzalamaq məcburiyyətində qaldılar. 217 Beləcə, Allahın Quran ilə Peyğəmbərimizə (səv) bildirdiyi "Rumluların zəfəri" möcüzəvi şəkildə gerçək oldu.


“Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar.”
(Rum surəsi, 2-3)

 

 

 

 

Bu ayələrdə bildirilən başqa möcüzə də o dövrdə kimsənin bilməsinin mümkün olmadığı coğrafi həqiqətin xəbər verilməsidir. Bildirdiyimiz kimi, dəniz səviyyəsindən 417 metr aşağıda olan Ölü dənizin hövzəsi dünyanın ən aşağı bölgəsidir. Burada ayrıca diqqət yetirilməli digər mühüm məsələ Ölü dənizin ölçülərinin və fiziki-coğrafi şəraitinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının və s. yalnız müasir əsrdə texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda dünyanın ən aşağı yeri olaraq bildirilmişdir. Bu məlumat Quranın Allahın sözü olduğunun başqa bir dəlilidir.

“Rum” surəsinin 3-cü ayəsində rumluların dünyanın ən aşağı yerində məğlub edildikləri bildirilir. Ərəb dilində “ədna əl-ard” olan bu ifadə bəzi Quran tərcümələrində “ən yaxın yer” kimi də tərcümə edilir. Ancaq bu tərcümələr əsl ifadənin tam əvəzi deyil, məcazi tərcüməsidir. “Ədna” kəlməsi ərəb dilində “aşağı” mənasını ifadə edən “dəni” kəlməsindən törəmişdir və “ən aşağı” mənasına gəlir. “Ard” isə “yer üzü, dünya” deməkdir. Dolayısilə, burda “ədna əl-ard” ifadəsi “dünyanın ən aşağı yeri” deməkdir. Bəzi təfsirçilər bəhs edilən yerin ərəblərə yaxınlığını nəzərə alaraq kəlmənin “ən yaxın” mənasını qəbul edirlər. Ancaq kəlmənin əsl mənası Quranın göndərildiyi dövrdə heç kimin bilmədiyi və bilməsi də mümkün olmayan çox mühüm bir geologiya həqiqətinə işarə edir. Çünki dünyanın ən aşağı yerini müəyyən etməyə çalışanda görəcəyik ki, bu nöqtə məhz rumluların 613-614-cü illərdə məğlub olduğu yerlərdən biri olan Ölü dənizin (Dead Sea, Lut gölü) sahilləridir.

Bildirdiyimiz kimi, dəniz səviyyəsindən 417 metr aşağıda olan Ölü dənizin hövzəsi dünyanın ən aşağı bölgəsidir.


 

“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.”
(İsra surəsi, 1)

 

Burada ayrıca diqqət yetirilməli digər mühüm məsələ Ölü dənizin ölçülərinin və fiziki-coğrafi şəraitinin, yəni onun dərinliyinin, dəniz səviyyəsindən aşağı-yuxarı olmasının və s. yalnız müasir əsrdə texniki vasitələrin köməyi ilə dəqiqləşdirilməsidir. Əvvəllər heç kim Ölü dənizin dünyanın ən aşağı yeri olduğunu bilmirdi və bunu bilməsi də mümkün deyildi. Lakin bu bölgə Quranda dünyanın ən aşağı yeri olaraq bildirilmişdir. Bu məlumat Quranın Allahın sözü olduğunun başqa bir dəlilidir.

Bu ayədə Allah Peyğəmbərimizi (səv) bir gecə Məscidül-Əqsaya apardığını və oranı göstərdiyini bildirir. Bu, çox böyük bir möcüzədir. Bilindiyi kimi, Məscidül-Haram Məkkədə, Məscidül-Əqsa isə Qüdsdədir və Peyğəmbərimiz (səv) bu hadisə baş verdiyi vaxt Məkkədə olmuşdur. O dövrün şərtlərində isə bir gecə içində Məkkədən Qüdsə getmək qeyri-mümkün idi. Ayrıca bunu da ifadə etməliyik ki, Peyğəmbərimiz (səv) Qüdsü və Məscidül-Əqsanı daha əvvəl görməmişdir.

Səhəri gün bu böyük möcüzəni ətrafındakı insanlara danışarkən Məkkəli müşriklərin ona inanmadıqları və dəlil gətirməsini istədikləri rəvayət edilir. Qureyşlilərin içində Məscidül-Əqsanı görənlər vardı və Peyğəmbərimiz (səv) Məscidül-Əqsanı təsvir etməsini istəmişlər, bununla əlaqədar ona suallar vermişdilər.


“Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün xələfləri təyin edən, birinizi digərinizin fövqünə dərəcə-dərəcə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verəndir. Bilin ki, O, Bağışlayandır, Rəhmlidir.”
(Ənam surəsi, 165)

 

 

 

 

Peyğəmbərimiz (səv) Məscidül-Əqsanı dəqiq təsvir edəndə müşriklər Peyğəmbərimizin (səv) Məscidül-Əqsanı eynilə təsvir etdiyini söyləmişlər, sonra da o yoldan gələn karvanlar ilə qarşılaşıb-qarşılaşmadığını soruşmuşdular. Peyğəmbərimiz (səv) bu suala: "Bəli, onun karvanları ilə qarşılaşdım, Revhâda idi. Bir dəvə itirmişdilər, axtarırdılar. Onların yüklərinin içində bir su qədəhi vardı. Susuzlamışdım, onu götürüb su içdim və yerinə qoydum. Evə qayıdanda baxın, qədəhdə suyu tapdılarmı? "– buyurdu. Qureyşlilər "bu da digər bir əlamətdir" dedikdən sonra Peyğəmbərimizə (səv) karvanla əlaqədar detallar soruşmağa davam etmişlər. Peyğəmbərimiz (səv) isə soruşulanların hamısına cavab vermiş və belə demişdir: "İçlərində bu adam qabaqda, boz rəngli dəvə üzərində qoyulmuş iki tuluq var və bu gün günəşin doğulması ilə birlikdə gələcəklər". Bundan sonra: "Bu da digər bir işarədir" deyərək o gün sürətlə Səniyyəyə doğru yola çıxaraq günəşin doğuşunu gözlədikləri rəvayət edilir. Həqiqətən də, günəşin doğulması ilə həmin karvan da görünmüşdür. Karvanın qarşısında isə eyni Peyğəmbərimizin (səv) təsvir etdiyi kimi, bir boz dəvə də olmuşdur. 218

Allahın Peyğəmbərimizə (səv) həyatı boyunca heç görmədiyi bir məkanı oraya getmədən göstərməsi çox böyük möcüzədir. O dövrdə Məkkədən Qüdsə bir gecədə getməyin qeyri-mümkün olması isə bu möcüzəni bir daha təsdiq edir.


 

“Allah Öz Elçisinin həqiqət kimi gördüyü yuxusunu gerçəyə çevirdi. Allah qoysa, siz əmin-amanlıqla, başlarınızı qırxdırmış, (bəziləriniz də saçlarını) qısaltmış halda və qorxmadan Məscidul-Hərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir.”
(Fəth surəsi, 27)

 

Peyğəmbərimiz (səv) Mədinədə ikən yuxusunda möminlərin güvən içində Məscidül-Harama girdiklərini və Kəbəni təvaf etdiklərini görmüş və möminləri bu xəbərlə müjdələmişdir. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər o zamandan bəri Məkkəyə girməmişdilər. , Rəvayətlərə görə, Peyğəmbərimizin (səv) bu yuxusundan sonra möminlər Məkkəyə ümrə niyyəti ilə getmişlər, ancaq müşriklər onların Məkkəyə girmələrinə icazə verməyiblər. Münafiqlər isə fitnə-fəsad salmaq üçün bunu fürsət bilmişlər, nə Kəbəyə gedə bildiklərini, nə də saçlarını qırxdıra bildiklərini söyləyərək Peyğəmbərimizin (səv) gördüyü yuxunu yalanlamağa çalışmışlar.

Allah Peyğəmbərimizə (səv) Qatından kömək və dəstək olaraq Fəth surəsinin 27-ci ayəsini vəhy etmiş və yuxusunun doğru olduğunu, əgər Allah istəsə, möminlərin Məkkəyə girə biləcəklərini bildirmişdir. Həqiqətən də, əvvəlcə Hudeybiyə sülhü və ondan sonra Məkkənin fəthi ilə müsəlmanlar ayədə bildirildiyi kimi, inam içində Məscidül-Harama girmişdilər. Beləcə, Allah Peyğəmbərimizin (səv) xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdir. 219

Burada əhəmiyyətli başqa məqam isə budur: Peyğəmbərimiz (səv) möminlərə bu müjdəni verəndə belə vəziyyət yox idi. Hətta şərtlər tam əksini göstərirdi: müşriklər möminləri qətiyyən Məkkəyə soxmaq istəmirdilər. Bu isə ürəyində xəstəlik olanların Peyğəmbərimizin (səv) söylədiklərinə şübhə ilə baxmaqlarına səbəb olmuşdur. Ancaq Peyğəmbərimiz (səv) Allaha inanaraq, insanların nə deyəcəklərinə əhəmiyyət vermədən Allahın özünə bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır. Söylədiklərinin Quran ayələri ilə təsdiq edilməsi və yaxın gələcəkdə söylədiklərinin reallaşması isə Peyğəmbərimizin (səv) və Quranın əhəmiyyətli bir möcüzəsidir.


 

“Biz, Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik. İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb (sizi) axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi. Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (İsra surəsi, 4-6)

 


Peyğəmbərimizə (səv) İsrail xalqının yenidən güclənəcəyini bildirən ayənin vəhy edildiyi dövrdə yəhudilər çox çətin şərtlər altında yaşayırdılar və dövlətləri yox idi. Ancaq illər sonra Quranın möcüzəsi reallaşdı və 1948-ci ildə David Ben-Qurion (solda) İsrail dövlətinin yaranmasını elan etdi.

İsra surəsindəki bu ayələrdə bildirildiyi kimi, İsrail oğulları yer üzündə iki dəfə fitnə-fəsad törədəcəklər. Birinci "fəsadçı və təkəbbürlü yüksəliş" lərinin sonra Allah onların üzərinə güclü ordu göndərdiyini bildirir. Həqiqətən də, İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdən sonra, yəni b.e 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edildilər. Qüdsdəki hz. Süleyman məbədi isə darmadağın edilmişdir.

Bizim eranın 70-ci ilində Fələstindən sürgün edilən yəhudilər bütün dünyaya yayılmışlar. Avropada olduqları ölkələrdə, əsasən, alçaldılmış və çətin şərtlər altında yaşamışlar, əksər vaxt dinlərini gizlətmək məcburiyyətində qalmışlar. Peyğəmbərimizə (səv) bu ayə vəhy olunduğu zaman da yəhudilər belə çətin şərtlər altında yaşayırdılar və dövlətləri belə yox idi. Ancaq Allah ayələrdə İsrailə təkrar güc verəcəyini xəbər vermişdir.

Peyğəmbərimizin (səv) yaşadığı dövrdə olduqca imkansız və çətin görünən bu hadisə baş verdi. Yəhudilər Fələstinə geri döndülər və 1948-ci ildə İsrail dövlətini qurdular. Bu bir həqiqətdir ki, İsrail müasir dövrdə həm siyasi, həm də hərbi gücü ilə tanınan dövlətlərdəndir.

“Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə və Allah da bunu (Peyğəmbərə) aşkar etdikdə o, bunun bir qismini (sirr verdiyi) zövcəsinə bildirdi, digər qismindən isə imtina etdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah) xəbər verdi!” (Təhrim surəsi, 3)

İsrail oğulları ilə əlaqədar bu ayədə və digər ayələrdə əhəmiyyətli məqamlardan biri də o dövrdə qeyri-mümkün və imkansız görünən hadisələrin gələcəkdə gerçəkləşəcəyinin xəbəri verilməsidir. Əlbəttə, bunlar Quranın möcüzəsidir.

Bu ayədə bildirildiyi kimi, Peyğəmbərimiz (səv) xanımlarından birinə sirr vermişdir. Ancaq o bu sirri tutmayaraq digərinə demişdi. Allah Peyğəmbərimizə (səv) onların bu əməlini bildirmiş və aralarındakı gizli söhbəti onlara xəbər vermişdir. Bundan sonra Peyğəmbərimiz xanımlarına aralarındakı gizli danışdıqlarından agah olduğunu söyləmişdir.


 

“Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu (onun digər zövcəsinə) xəbər verdikdə və Allah da bunu (Peyğəmbərə) aşkar etdikdə o, bunun bir qismini (sirr verdiyi) zövcəsinə bildirdi, digər qismindən isə imtina etdi. (Peyğəmbər) bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah) xəbər verdi!” (Təhrim surəsi, 3)

 

PEYĞƏMBƏRİMİZİN (SƏV) HƏDİSLƏRİNDƏ BİLDİRDİYİ QEYB XƏBƏRLƏRİNDƏN BƏZİLƏRİ MİSİRİN FƏTHİ


 

“Siz Misiri fəth edəcəksiniz. Misir (pula) "kirat" deyilən yerdir. Oranın xalqına xeyir tövsiyə edin. Onların bir zimmət (qorunma), bir də rahim (qan qohumluğu) haqqı vardır.”220

 

Peyğəmbərimiz (səv) bu hədisində Misirin fəth ediləcəyini müjdələmişdir. Peyğəmbərimiz (səv) bu müjdəni verdiyi vaxt Misir romalıların hakimiyyəti altında idi. Bundan əlavə, müsəlmanların gücü hələ o qədər də çox deyildi. Ancaq Peyğəmbərimizin (səv) bu sözləri həqiqətə çevrilmiş, vəfatından çox keçmədən hz. Ömərin (ra) xəlifəliyi dövründə, yəni 641-ci ildə Əmr ibn Asın rəhbərliyi ilə müsəlmanlar Misiri fəth etmişlər. Bu hadisə Peyğəmbərimizin (səv) baş verən qeyb xəbərlərindən biridir. 221 Bu olay, Peygamber Efendimiz (sav)'in gerçekleşen gayb haberlerinden biridir.


 

"“Kəsra öldükdə ondan başqa Kəsra olmayacaq. Qeysər də ölsə, ondan sonra başqa Qeysər olmayacaq. Nəfsimi qüdrəti altında tutan Zati-Zülcəlala and olsun, siz hər ikisinin xəzinələrini Allah yolunda xərcləyəcəksiniz.” 222

 

Bu hədisdə keçən "kəsra" sözü keçmişdə İran krallarına verilən addır. Qeysər isə Roma imperatoruna deyilirdi. Peyğəmbərimiz (səv) hədisində bu iki kralın sahib olduğu xəzinənin müsəlmanlara qalacağını müjdələmişdir.



Fatih Sultan Mehmetin İstanbulu fəth etməsi və Roma İmperatorluğunun dağılması qeysər (sezar) titulunun yox olması demək idi.

Burada bir məqam diqqət yetirmək lazımdır: Peyğəmbərimiz (səv) bu xəbəri müjdələdiyi dövrdə müsəlmanlar hərbi, iqtisadi və siyasi baxımdan belə böyük qələbəyə gücləri yox idi. Bundan əlavə, bu dövrdə İran və Bizans imperiyaları da güclü dövlətlər idi. Ona görə Peyğəmbərimiz (səv) bu iki fəthi xəbər verəndə siyasi və hərbi şərait buna əl vermirdi. Lakin Peyğəmbərimizin (səv) xəbər verdiyi bu hadisələr eynilə baş vermişdir. Hz. Ömərin xəlifəliyi dövründə İran fəth edilmiş və bu fəthlə birlikdə kəsraların hakimiyyətinə son qoyulmuşdur. 223
Qeysərin ölümü və xəzinələrinin müsəlmanlara qalması isə müsəlmanların Rəşidilərin dövründə Roma imperiyasına aid böyük mərkəzləri fəth etməsi ilə başlamışdır. Hz. Əbu Bəkir dövründən başlayaraq Qeysərin rəhbərliyi altındakı İordaniya, Fələstin, Şam, Qüds, Suriya, Misir kimi böyük mərkəzlərin hamısı fəth edilmişdir. İstanbulun 1453-cü ildə Osmanlı padşahı Fateh Sultan Mehmet tərəfindən fəth edilməsi və Roma İmperiyasının süqutu ilə qeysər rütbəsi də ləğv edildi.Beləliklə, Peyğəmbərimizin (səv) dövründə siyasi və iqtisadi baxımdan qeyri-mümkün görünən Allahın hz. Muhammədə (səv) bildirdiyi bu əhəmiyyətli fəthlər möcüzə kimi reallaşmışdır. 224

Amerikalı tədqiqatçı M.G.S. Hodcson “İslamın Macərası” adlı kitabında müsəlmanların Bizans və İran İmperatorluğuna məxsus yerlərin fəthini belə bildirir:

“Hz. Məhəmməd məkkəli ərəb kimi Mədinədə dini əsaslara görə cəmiyyət qurur. O Sasani (İran) və Roma İmperatorluqları üzərinə hücum edəcək, hətta onların ərazilərini ələ keçirəcək bu cəmiyyəti Ərəb yarımadasının çox hissəsinə yayır.”225

Beləcə, Peyğəmbərimizin (səv) dövründə siyasi və iqtisadi baxımdan qeyri-mümkün kimi görünən bu əhəmiyyətli fəthlər Allahın hz. Məhəmmədə xəbər verdiyi və baş vermiş möcüzələrdəndir.


 

Uca Allah Xosrov Pərviz şaha oğlu Şirəveyhi bəla etdi. Şirəveyh onu bu ayda, bu gecədə və gecənin də bu saatında öldürəcək!” 226
Mənim dinim və hakimiyyətim Kisranın (Xosrov Pərvizin) mülk və səltənətinin hakim olduğu yerə qədər çatacaq. 227

 

Peyğəmbərimiz (səv) hökmdarları İslama dəvət etmək qərarı almış və səhabələrindən Abdullah ibn Huzafəni (ra) İran hökmdarı Pərviz ibn Hürmüzə elçi göndərmişdi. İran hökmdarı isə təkəbbüründən hiddətlənmiş və Peyğəmbərimizin (səv) dəvətini qəbul etməmişdi. Hətta Peyğəmbərimizə (səv) iki elçi göndərib müsəlmanların təslim olmalarını söyləmişdi. Peyğəmbərimiz (səv) isə bu iki elçini əvvəlcə İslama dəvət etmişdi, ertəsi gün qərarını elçilərə bildirmək üçün hüzuruna çağırmışdı.228

Peyğəmbərimiz (səv) elçilərə Allahın ona bildirdiyi bu xəbəri çatdırmışdı:

“Uca Allah Xosrov Pərviz şaha oğlu Şirəveyhi bəla etdi. Şirəveyh onu bu ayda, bu gecədə və gecənin də bu saatında öldürəcək!”229

Peyğəmbərimiz (səv) həmçinin onlara xitabən belə demişdi:

“Bazana (Xosrov Pərvizin elçi göndərməsini əmr etdiyi mərziban) deyin ki: Mənim dinim və hakimiyyətim Kisranın (Xosrov Pərvizin) mülk və səltənətinin hakim olduğu yerə qədər çatacaq. Yenə ona deyin ki, əgər sən müsəlman olsan, indi idarə etdiyin yerləri sənə verəcəyəm, səni ebnalardan (Cənubi Ərəbistana yerləşən iranlılar) ibarət olan qövmə hökmdar edəcəyəm”. 230

Bundan sonra elçilər Yəmənə dönərək baş verənləri danışdılar. Eşitdiklərindən olduqca təsirlənən Bazan “Vallahi bu hökmdar sözü deyil. Elə hesab edirəm ki, bu şəxs dediyi kimi, bir peyğəmbərdir” 231 sözləri ilə fikrini ifadə etdi.

Sonra da adamlarına “Onu necə tapdınız?” – deyə soruşdu. Peyğəmbərimizin (səv) heybətindən olduqca təsirlənən elçilər dedilər: “Biz ondan daha heybətli, heç nədən qorxmayan və mühafizəçisi olmadan gəzən hökmdar görmədik. Təvazökarlıqla yeriyərək xalq arasında gəzirdi”

Bazan bir müddət gözləyib Peyğəmbərimizin (səv) Kisra haqqında söylədiklərinin doğru çıxıb-çıxmayacağını görmək istədi. Əgər bu hadisə baş verərsə, bundan sonra Peyğəmbərimizin (səv) Allahın elçisi olduğuna əmin olacağını ifadə etdi. Aradan qısa müddət keçdikdən sonra Kisranın oğlu Şirəveyhdən Bazana bu məktub gəldi:

“Mən Kisranı (atamı) öldürdüm. Mənim adıma xalqın beyətini al, Kisranın sənə yazdığı şəxs haqqında da yeni əmrim gələnə qədər gözlə və heç bir şey etmə.”232

Bazan və adamları bu hadisənin Peyğəmbərimizin (səv) bildirdiyi zamanda baş verdiyini gördülər. 233 Bazan bu böyük möcüzəni gördükdən sonra iman gətirdi və müsəlman oldu. Onun ardınca Yəməndə məskən salan ebnalar müsəlman oldular. 234 Bazan Peyğəmbərimizin (səv) təyin etdiyi ilk vali idi və İran valilərindən iman gətirən ilk insan oldu .235

Peyğəmbərimizin (səv) 628-ci ildə İran Kisrası Pərvizə İslama dəvət edən məktub göndərməsi və İran Kisrasının oğlu tərəfindən 628-ci ildə öldürülməsi tarixi qaynaqlarda da göstərilən hadisələrdir.236

PEYĞƏMBƏRİMİZİN (SƏV) AXIRZAMAN ƏLAMƏTLƏRİ HAQQINDA BİLDİRDİKLƏRİ

Axırzaman qiyamətdən əvvəl yaşanacaq bir dövrdür. Peyğəmbərimiz (səv) axırzamanda reallaşacaq hadisələrlə əlaqədar bir çox xəbər vermişdir. Bu hadisələrin yaşadığımız dövrdə bir-bir reallaşması Peyğəmbərimizin (səv) möcüzələrindən biridir

(Ətraflı məlumat üçün baxın: Qiyamət Əlamətləri,, Hz. Süleyman,, Axırzaman Əlamətləri və Dabbətül-ərz,, Harun Yəhya, Kültür nəşriyyatı). Hz. Muhamməd (səv) yaşadığı dövrdən 1400 il sonrakı hadisələri sanki həmin dövrü görən adammış kimi ətraflı izah etmişdir.

Peyğəmbərimizin (səv) hədislərində bildirilən çox sayda axırzaman və qiyamət əlamətlərindən bunları saya bilərik:


 

"Qiyamətə yaxın dövrdə anarxiya və qarışıqlıq günləri olacaq" 237



Axırzaman əlamətlərindən olan terror və şiddət hadisələri bu gün bütün dünya ölkələrində şiddətlənərək davam edir.
Peyğəmbərimizin (səv) keçmiş və hal-hazırda yaşanan hadisələr haqqında verdiyi məlumatlar bu müqəddəs insanın saysız möcüzələrindən birini bizə göstərir.

 

 

"Dünya hərc-mərclik içində qaldıqda, fitnələr baş verdikdə, yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə." 238



Bu gün dünyanın bir çox ölkəsində yaşanan və səbəbsiz yerə günahsız insanların qətl edildiyi müharibələr də Peyğəmbərimizin (səv) xəbər verdiyi qiyamət əlamətlərindəndir.

 

 

"Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz." 239



Çox məşhur ateist saytlardan nümunələr

 

 

"Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar." 240



Hədislərdə rəvayət edilən qiyamət əlamətlərindən biri də şəhərlərin birdən yox olmasıdır. Yaxın dövrlərdə Meksika (sağda) və Tokioda (altda) reallaşan zəlzələlər hədislərin təcəllilərindəndir.

 

 

"Aclıq və həyat bahalılığı geniş yayılacaq." 241



Dünyadakı zəngin qaynaqlara baxmayaraq, bir çox ölkədə güclü aclıq yaşanır. Bu vəziyyət bütün dünyanın düşünməli olduqları qiyamət əlamətlərindəndir.

 

 

"Kişilər kişilərlə, qadınlar qadınlarla yaxınlıq etdikdə Qiyamət yaxınlaşacaq." 242
"Qiyamət yaxınlaşanda ... həya o qədər ortadan qalxar ki, qadınla yolun ortasında cinsi münasibətə girilər." 243
"Cinayətlər artmadıqca qiyamət qopmaz." 244

 

 

Talikana (Əfqanıstana) hayıf oldu. Həqiqətən, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə tanıyan insanlar vardır. 245

 

Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə vardır. Həqiqətən də, rusların Əfqanıstanı işğalı 1979-cu il – hicri 1400-cü il, digər bir ifadə ilə isə hicri 14-cü əsrin başlanğıcına düşür.

 


Şəkillərdə 1979-cu ildə rus ordusunun işğalı zamanı Əfqanıstan xalqının məruz qaldığı zülüm görülür.

 

 

"Rəsulullah: Fərat çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq..." 246
"Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini aşkar edəcəyi zaman yaxınlaşır. Hər kim o zaman orada olsa, o xəzinədən heç bir şey götürməsin." 247

 

Göründüyü kimi, Mehdinin çıxışının əsas əlamətlərindən biri olan Fərat çayının suyunun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında verilmişdir. Suyutinin kitabında bu hədis "suyun dayandırılması" olaraq keçir. Həqiqətən də, şəkildən də göründüyü kim, Keban Anbarı Fərat çayının suyunu kəsmişdir.


 

“Dünyanın xarab olmuş yerlərinin abadlaşdırılması, abadlaşdırılmış yerlərin dağıdılması qiyamətin şərt və əlamətlərindəndir.” 248



Alman Məclisinin (Reichstag) yıxılmış vəziyyəti (1945-ci il). Altdakı şəkildə isə eyni binanın 1999-cu ildə yenidən inşa edilmiş vəziyyəti. Bunun kimi bir çox bina bərpa edilir və köhnə vəziyyətinə qaytarılır.

 

 

“Mehdi üçün 2 əlamət vardır ki ... bunun birincisi Ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır.” 249
Mehdinin zühurundan əvvəl bir Ramazan ayı içində Günəş iki dəfə tutulacaq. 250
Ramazan'da iki defa Ay tutulması olacaktır.251

 

Sky Telescope jurnalı, (yuxarıda) 31 İyul 1981 tarixində reallaşan Günəş tutulması.
Yuxarıdakı hədis rəvayətlərindən çıxan ortaq nəticələr bunlardır:
1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
2. Bu tutulmalar təxminən 14-15 gün fasilə ilə olacaq.
3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Beləliklə, 1981-ci ildə (Hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə ikinci dəfə, 1982-ci ildə (Hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Həmçinin bu hadisədə "Ay"ın Ramazanın tam ortasında BÜTÖV AY şəklində tutulması və diqqətləri çəkəcək əlamət olaraq meydana çıxması da çox düşündürücüdür.


 

(Altda sağda) 31 iyul 1981-ci ildə reallaşan Günəş tutulmasının rəsmi
(Ən üstdə) 1981-ci ildə baş verən Ay tutulmasının Sky Telescope jurnalının iyul 1999 tarixli sayında nəşr olunan rəsmi
Soldakı təqvim isə 1981 və 1982 illərdə reallaşan Ay və Günəş tutulmalarının tarixləri görülür.

 

 

O gəlmədən əvvəl şərqdən işıq verən bir quyruqlu ulduz (kometa) görünəcək. 252
O ulduzun doğulması Günəş və Ay tutulmasından sonra olacaq. 253
Şərq tərəfindən bir kometa doğulub işıq verəcək. Onun hərəkət istiqaməti şərqdən qərbə doğrudur. 254

 

 ¬1986-cı ildə (Hicri 1406), yəni 14-cü əsrin başlanğıcında "Halley" quyruqlu ulduzu Dünyamızın yaxınından keçmişdir. Bu quyruqlu ulduz parlaq, işıqlı bir ulduzdur.

 Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.

 1981 və 1982-ci illərdə (Hicri 1401-1402) meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.


 

“Onun (hz.Mehdinin) çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər … Birlikdə Beyt-i Şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə cəmrəsinin üzərinə axacaq.” İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. 255

 


Türkiyə qəzeti, 12 avqust 1987


Türkiyə qəzeti, 2 avqust 1987

1979-cu ildə (Hicri 1400) reallaşan bu Kəbə basqınından 7 il sonra, Hicri 1407-ci ildə həcc zamanı daha böyük qanlı hadisə meydana gəlmişdi. Küçələrdə nümayiş edən hacılara hücumlar edilmiş, nəticədə 402 adam qətlə yetirilmiş və xeyli qan axıdılmışdı. Beytül Muazzam yanında müsəlmanlar (Səudiyyə Ərəbistanı əsgərləri ilə İranlı hacıları) bir-birlərini öldürərək böyük günahlar işləmişdir. Bu qanlı hadisələr hədislərdə təsvir edilən mühitə bənzəyir

1979-cu ildə (Hicri 1 məhərrəm, 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük qırğın olmuşdur. Bu hadisənin meydana gəlmə tarixi hicri 1400-cü ilin ilk günüdür. Bu zaman 30 adam həyatını itirmişdir. Peyğəmbərimiz (səv) hədisdə: "Hz. Mehdi (əs) zühur edəcəyi il" Kəbədə belə bir hadisənin olacağından bəhs edir. "Zühur edəcəyi il" ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də hz. Mehdinin (əs) çıxış tarixi 1979-cu ili göstərir. 1979-cu ildə reallaşan bu hadisədən 7 il sonra həcc əsnasında daha qanlı bir hadisə meydana gəlmişdir. Bu səfər də 402 adam öldürülmüşdür. Ancaq bu hadisənin ilkindən fərqi son hadisənin Kəbənin içində deyil, yanında reallaşmasıdır. Bu 2 hadisə də hədislərdə hz. Mehdinin (əs) çıxış əlaməti kimi bildirilən "Kəbə basqını və Kəbədə qan axıdılması" hadisələri ilə tam olaraq uyğun gəlir.

 

Şərqdən üç və ya yeddi gün dalbadal böyük alov zühur edəcək,səmada qaraltı və fərqli bir qırmızılıq yayılacaq. 256
"And içirəm ki, bir atəş sizi əhatəyə alacaq. O atəş bu gün Bərəhut deyilən vadidə sönük vəziyyətdədir. O atəş içində dəhşətli əzab olduğu halda insanları örtəcək. O atəş insanları, malları yandırıb söndürəcək. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılacaq. Gecəki istisi gündüzki hərarətindən daha şiddətlidir. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc səs-küyə səbəb olacaq” – buyurdu." (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 461)257

 

 Küveytə yanan neft insan və heyvanlar arasında ölümə səbəb olur. Mütəxəssislərə görə, gündə yarım milyon ton neft duman halında atmosferə qarışır. Hər gün 10 min tondan çox hiss, kükürd, karbon və böyük miqdarda xərçəng yayıcı xüsusiyyəti olan hidrokarbonların bulud kimi körfəz üzərində asılı dayanır ... Yalnız körfəz deyil, onun sayəsində dünya yanır.258

 Alovlanan iki quyu Türkiyənin bir gündə çıxara bildiyi qədər neft verir və tüstülər 55 km. uzaqlıqdakı Səudiyyə Ərəbistanından belə görülə bilir.259

 Körfəzdə sönməyən fəlakət xəbərləri: Küveytdə atəşə verilən yüzlərlə neft quyusu alovlanaraq yanır. Mütəxəssislərin "söndürmək son dərəcə çətin" dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bölgəni ən az 10 il müddətində təsir edəcəyi bildirilir.

Atəşə verilən neft quyularından çıxan alov və tüstülər atmosferi ciddi şəkildə çirklənəndirir. Küveyt gündüzləri sanki gecə mənzərəsinə bürünüb. Alovlarla birlikdə yüksələn hisli duman Küveyt səmalarında payızdan qış mövsümünə keçidi xatırladır ... Küveytin yaşamaq üçün əlverişli hala gəlməsi üçün ən az bir illik zamana ehtiyac var. Kilometrlərlə uzaqdan görülən alovlarla birlikdə yüksələn tüstü Küveyt səmalarını tamamilə örtərək ölkəni yaşanmaz hala gətirir və sərvət sahibləri Küveyti tərk edirlər.260


 

"O, (Mehdi) Günəşdə bir əlamət meydana gələnə qədər gəlməyəcək." 261


Günəşdə meydana gələn bu əlamət 20-ci əsrdə görünən böyük partlama ola bilər. Yandakı şəkildə solda görülən Günəşin 1996-cı ildə çəkilən şəklidir. Sağda görülən isə 2000-ci ildə çəkilən və partlamalar nəticəsində Günəşin son halının görünüşüdür.

 

11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını bu qədər uzun müddət izləyə bilmiş, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqət çəkən bir şey də Türkiyənin də bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartindən Silopiyə qədər təxminən 12 şəhər və 100 mahal tutulmanı müşahidə edə bilmişdir. 1999-cu ildəki Günəş tutulması ilə əlaqədar çıxan bəzi qəzet xəbərləri mövcuddur. Bu hadisə də hədisdə diqqət çəkilən "Günəşdə bir əlamət" olaraq qiymətləndirilə bilər (Ən doğrusunu Allah bilir).


 

Tozlu dumanlı, qaranlıq bir fitnə görünəcək, bunun ardınca digər fitnələr baş verəcək ... 262

 

Fitnə "insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən uzaqlaşdıran, zaval, azdırma, qarşıqlıq, ixtilaf, döyüş" kimi mənaları ifadə edən sözdür. Hədisdə bu fitnənin ardınca toz və duman olacağı göstərilir.
Həmçinin bu fitnənin "qaranlıq" olaraq xarakterizə edilməsi haradan gəldiyi müəyyən olmayan, gözlənilməz hadisə olduğunu göstərir. Bu prizmadan baxıldıqda həmin hədisin 11 sentyabr 2001 tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi kimi tanınan hücuma işarə edir.


 

“Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək...” 263
1970-ci ildə Misirin başına keçən və 11 il iqtidarda qalan Ənvər Sədat 1981-ci ildə rəsmi parad zamanı müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdi. Misir tarixində öldürülən idarəçilərdən digərləri 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali (Boutros Ghali), 1945-ci ildə öldürülən Misirin baş naziri Əhməd Maher (Ahmed Maher) Paşa (yuxarıda sağdakı şəkil) və eyni şəkildə, 1948-ci ildə sui-qəsd nəticəsində öldürülən Misirin baş naziri Mahmud Nukraşi (Mahmoud Nukrashy) Paşadır.

Şam sözü sadəcə Suriyadakı Şam şəhəri üçün istifadə edilmir. Şam sözü ərəbcədə “sol” mənasını verir və keçmişdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. Şam bölgəsi idarəçilərindən də sui-qəsdə məruz qalan çox sayda insan olub. Həmin sui-qəsdlərə bir neçə nümunə bunlardır: 1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Salah Al-Deen Beetar (altdakı sol), 1921-ci ildə öldürülən Suriyanın baş naziri Droubi Paşa, 1949-cu ildə sui-qəsdə məruz qalan Suriyanın baş naziri Muhsin al-Barazi, 1951-ci ildə öldürülən İordaniya kralı Abdullah (altdakı sağ), 1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanın falangist lideri Bəşir Cəmayel (üstdəki sağ), İraqın keçmiş kralı, dövlət başçısı Əbdül Kərim Kassim isə 1963-cü ildə İraq Hava qüvvələri tərəfindən edilən inqilab zamanı öldürülmüşdü.

 

 

“Şam əhli Misirli qəbilələri əsir alacaq.” 264


26 oktyabr 1956-ci ildə İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etməyə başladı. BMT-nin müdaxiləsi ilə baş verən qarşıdurmalar müəyyən müddət dayandı və BMT İsrail sərhədinə sülhməramlı qüvvələrini yerləşdi.
1967-ci ildəki 6 günlük müharibə isə İsrail-Misir arasındakı başqa mühribə idi. Bu müharibənin sonunda İsrail Qəzza zolağı ilə bütün Sina yarımadasını, İordan çayının qərb sahilini, Qüds şəhərini və Qolan təpələrini ələ keçirdi.

 

Bu gün həmin ərazidə yerləşən dövlətlər arasında İsrail də var. Beləliklə, bu hədis İsrail dövlətinin Misir ilə müharibələrinə və Misir torpaqlarının işğalına işarə edilə bilər.


 

“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq ... zəlzələlər çoxalacaq ...” 265
“Qiyamətdən əvvəl iki böyük hadisə var ... və sonra da zəlzələli illər”. 266

 

AXIRZAMAN ƏLAMƏTLƏRİ DÖVRÜMÜZDƏ BİR-BİRİNİN ARDINCA HƏYATA KEÇİR



Bunu qeyd etməliyik ki, bu bölmədə yer verdiyimiz hədislərdə bildirilən axırzaman əlamətlərinin bir qismi 1400 illik İslam tarixinin hər hansı dövründə, dünyanın müəyyən bölgəsində qismən şahid olunub. Belə vəziyyət o dövrün axırzaman olduğunu göstərmir. Çünki bir dövrün axırzaman olaraq xarakterizə edilməsi üçün qiyamət əlamətlərinin hamısının eyni dövrdə, bir-birinin ardınca həyata keçməlidir. Bu vəziyyət bir hədisdə belə ifadə edilir:

“Qiyamət əlamətləri bir-birini təqib edərək meydana gəlir. Bir sırada düzülmüş muncuqların dalbadal tökülməsi kimi”. 267
Axırzamanın başlanğıcı hədislərdə fitnələrin çoxaldığı, müharibə və qarşıdurmaların artdığı, dünya üzərində çox böyük əxlaqi pozuntuların baş göstərdiyi, din əxlaqından uzaqlaşıldığı xaos mühiti kimi təsvir edilib. Həmin dövrdə dünyanın dörd tərəfində təbii fəlakətlər olacaq, yoxsulluq heç bir dövrdə olmadığı qədər artacaq, cinayət çoxalacaq, cinayətlər və qətliamlar bir-birini təqib edəcək. Lakin bu axırzamanın sadəcə ilk mərhələsidir. İkinci mərhələdə Allah insanlığı bu xaos mühitindən xilas edəcək, bolluq, bərəkət, rahatlıq, barış və təhlükəsizlik dolu həyat ilə qullarını nemətləndirəcək.


 

“Yüksək binalar inşa edilmədikcə qiyamət qopmaz”. 268
“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. İnsanlar yüksək binalar inşa etməkdə bir-biriləri ilə yarışacaq.” 269
“Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. 270
Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da od vuracaq qədər qısa zaman olmadıqca qiyamət qopmaz”. 271

 

Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər inkişaf etmiş əlaqə vasitələri ilə keçmiş dövrlərdə aylar çəkən səyahətlər indi bir neçə saat içində, üstəlik daha etibarlı, rahat və komfortla edilə bilir. Hədisin işarə etdiyi də bu şəkildə həyata keçir.

Əsrlər əvvəl qitələr arasında həftələrlə çəkən xəbərləşmələr indi internet və rabitə (ünsiyyət) texnologiyaları ilə saniyələr içində həyata keçir. Keşmişdə karvanlar ilə aylar çəkən səyahətlər nəticəsində çatdırılan əşyaları indiki dövrdə lazım olan vaxtda təmin etmək mümkündür. Çox deyil, hələ bir neçə əsr əvvəl sadəcə bir kitabın yazılması üçün ehtiyac olan müddətdə bu gün milyardlarla kitab nəşr oluna bilir. Bütün bunlarla bərabər təmizlik, yemək bişirmək, uşağa qulluq kimi gündəlik işlər “texnoloji möcüzə” olan vasitələrin köməyi ilə artıq vaxtımızı çox almır. Bu nümunələr rahatlıqla çoxaldıla bilər. Əlbəttə, burada Peyğəmbərimizin (səv) VII əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin indiki dövrümüzdə eynilə həyata keçməsi üzərində durulmalıdır.

Bu nümunələr rahatlıqla çoxaldıla bilər. Əlbəttə, buradakı əsas məqam Peyğəmbərimizin (səv) 7-ci əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin indiki vaxtda eynilə həyata keçməsidir.


 

 

 

“İnsanın qamçısının ucu danışmadıqca... qiyamət qopmaz”. 272

 

Qamçı bilindiyi kimi keçmiş dövrlərdə, xüsusilə, at, dəvə kimi minik heyvanlarını sürərkən geniş istifadə edilmiş vasitədir. Dövrümüzdə yaşayan insanlara belə bir sual verək: “Qamçının görünüşünə bənzədə biləcəyimiz və danışan əşya nədir?”

Bu sualın ən məntiqli cavabı antenaları ilə diqqət çəkən radio, mobil telefon və ya bunlara oxşar ünsiyyət vasitələridir. Mobil telefonu və ya peyk telefonu kimi kabelsiz ünsiyyət vasitələrinin çox qısa keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimizin (səv) 1400 il əvvəl etdiyi təsvirlərin də nə qədər hikmətli olduğu aydın olur. Qiyamətə yaxın dövrdə yaşadığımıza dair xəbər də beləcə təzahür edib.


 

“İnsana (öz) səsi danışmadıqca... qiyamət qopmaz”. 273

 

Hədisdəki məlumat olduqca açıqdır: İnsanın öz səsini eşitməsinin axırzamanın əlaməti olduğu ifadə edilir. Şübhəsiz ki, insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini yazmalı və sonra da dinləməlidir. Səs yazma və reproduksiya texnologiyası da 20-ci əsrin məhsuludur. Bu inkişaf elmi dönüş nöqtəsi olmuş, xəbərləşmə və media sektorlarının yaranmasına yol açmışdı. Səs yazma əməliyyatı, xüsusilə, kompyuter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmməl səviyyəyə çatıbdır.

Qısacası, dövrümüzün elektronik alətləri, mikrofonları və dinamikləri səsin yazılmasına və dinlənilməsinə imkan yaradır və bizlərə yuxarıdakı hədisin verdiyi xəbərin təzahür etdiyini göstərir.


 

“O günün əlaməti: Səmadan (göy üzündən) bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər”. 274
“O günün əlaməti səmada (göy üzündə) uzadılmış və insanların ona baxdığı əldir”. 275

 

Yuxarıdakı hədisdə ifadə edilən “əl” sözünün ərəbcəsi “yed” dir. Bu sözün lüğəvi mənası “əl” ilə yanaşı “qüvvət, qüdrət, güc, vasitə”dir. Bu hədisdə də bu mənalardan istifadə edildiyi ehtimal olunur.
Baxdığımız zaman “qüvvət, qüdrət, güc, vasitə” insanlar üçün keçmiş dövrlərlə bağlı elə də böyük məna daşımır. Ancaq indiki dövrdə insanların həyatlarının əvəzsiz hissəsi olan televiziya, kamera və kompyuter kimi cihazlar hədislərdə təsvir edilən hadisəyə tam olaraq aydınlıq gətirir. Bu hədisdə keçən “əl” ifadəsi güc mənasında istifadə edilib və göydən dalğalar halında gələn görüntülərə, yəni televiziyaya işarə etdiyi başa düşülür.


 

"“İnsanlar bir ölçü buğda əkdiklərində qarşılığında yeddi yüz ölçü alacaqlar... İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc yığacaq... Çox yağış yağmasına baxmayaraq, bir damcısı belə puç olmayacaq”. 276

 

Peyğəmbərimiz (səv) axırzamanda yaşanacaq texnoloji inkişaflarla əlaqədar hələ bir çox məlumat verib. Hədislərdə müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum məhsuldarlığının artırılması və yağış sularının yeni anbarlar, gölməçələr yaradılaraq dəyərləndirilməsi nəticəsində meydana gələcək istehsal inkişafına diqqət çəkilir.


 

“Onun dövründə... ömürlər uzayacaq”. 277


İnsan ömrünün uzanması ilə əlaqədar inkişafların yarısından çoxu 20-ci əsrdə həyata keçirilib. Aşağıda qeyd etdiyimiz www.hsph.harvard.edu/review/special.html aid internet səhifəsində də bu mövzu ilə bağlı məlumatlar verilir. Bu səhifənin verdiyi məlumatlara görə, “Amerikada orta insan ömrü 1900-cü ildə 48 il ikən, 1995-ci ildə 78 ilə qədər uzandı... Birincisi, insanlar kasıb olduğundan daha gənc yaşda ölürdülər, adam başına düşən gəlir artdıqca insan ömrü də uzanmağa başladı. İkincisi, 1900-cu illərdə çox varlı birisi də olsanız, ömrünüzü uzada bilmək üçün ala biləcəyiniz bir şey yox idi, 1990-cı illərdə isə orta gəlirli belə olsanız, ala biləcəyiniz bir şey var idi”.

 

Peyğəmbərimizin (səv) verdiyi bu xəbərin üzərindən on dörd əsr keçib. Qeydlər keçən bu zaman aralığında orta insan ömrünün yaşadığımız dövrdə digər bütün dövrlərdən daha çox olduğunu açıq şəkildə ortaya qoyur. Hətta 20-ci əsrin əvvəlləri ilə sonları arasında belə böyük fərq var. Məsələn, 1995-ci ildə doğulan uşağın 1900-cü ildə doğulmuş birinə görə təxminən 35 il daha uzun yaşayacağı təxmin edilir. 278 Bu mövzu ilə bağlı təəccüblü başqa nümunə də keçmişdə 100 ildən çox yaşayan insanların olduqca nadir, hal-hazırda isə çox sayda olmasıdır.


NƏTİCƏ

Allah Quranda peyğəmbərlərindən bir çoxunu möcüzələrlə göndərdiyini bildirir. Məsələn, hz. Musa əsasını atdıqda əsası ilan şəklinə bürünmüşdü, əlini qoynuna saldıqda əli ağ olaraq çıxmışdı, əsasını dənizə vurduqda isə dəniz ikiyə ayrılaraq inananlara quru yol açmışdı. Hz. İsa isə atasız dünyaya gəlmişdi, hələ beşikdə ikən danışmışdı, möcüzəvi şəkildə xəstələri sağalda bilirdi... Bütün bu möcüzələr peyğəmbərlərin insanları razı etmələri, onların özlərinə inanmalarını təmin etmələri üçün Allah qatından onlara verilmiş böyük dəstək və köməkdir.

Allah hz. Muhammədi (səv) də həm Quranda qeyd edilən möcüzələrlə, həm də özünə bildirdiyi qeyb xəbərləri ilə dəstəkləmişdi. Peyğəmbərimiz (səv) yaxın və uzaq gələcəkdə baş verəcək hadisələri bəzi təfərrüatları ilə birlikdə xəbər verib. Bunların reallaşdığını görmək isə həm möminlərin şövqlərinin artmasına, həm də iman gətirməyənlərin qəlblərinin İslama isinərək iman gətirmələrinə vəsilə olur.

Yaşadığı dövrdə həyata keçməsi qeyri-mümkün kimi görünən, hətta necə baş verəcəyi təsəvvür belə edilə bilməyən hadisələrin bir-birinin ardınca həyata keçməsi Allahın Peyğəmbərimizə (səv) xüsusi elm verdiyinin açıq dəlilidir.

Bunu da qeyd etmək lazımdır ki, inkar edənlər Peyğəmbərimizin və Quranın açıq dəlil və möcüzələrinə baxmayaraq, iman gətirməyəcəklər. Allah bu həqiqəti Quranda belə bildirir:
“Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər onlara bir ayə gəlsə, mütləq ona inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz haradan biləsiniz ki, o ayələr gəldikdə onlar yenə də iman gətirməyəcəklər?”” (Ənam surəsi, 109)

 

Mənbə:

216- Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, s. 287-299
217- Warren Treadgold, A History of the Byzantine State and Society, Stanford University Press, 1997, s. 287-299
218- Elmalılı Hamdi Muhammed Yazır, Kuran-ı Kerim Tefsiri, http://www.kuranikerim.com/telmalili/isra.htm
219- İmam Taberi, Taberi Tefsiri, 5. cilt, Ümit Yayıncılık, İstanbul, s. 2276,
220- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 420
221- H.U. Rahman, İslam Tarihi Kronolojisi, Birleşik Yayıncılık, İstanbul 1995, s. 70-71
222- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 416
223- http://www.mustakiim.de/Islam/Islam%20Tarihi/bilgi5.htm
224- http://www.mustakiim.de/Islam/Islam%20Tarihi/bilgi5.htm
225- M.G.S. Hodgson, İslam'ın Serüveni, 1. cilt, İz Yayıncılık, İstanbul, 1993, s.61
226- Taberi, 1:260; Taberi, 3:91, İnsanü'l-Uyun, 3:292, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223
227- Taberi, 3/91, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223
228- İbn'i Sad, Tabakat, 1:260, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223
229- Taberi, 1:260; Taberi, 3:91, İnsanü'l-Uyun, 3:292, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223
230- Taberi, 3/91, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.223-224
231- Taberi, 3/91, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.224
232- Taberi, 3/91, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.224
233- İbni Sa'd, Tabakat, 1:260, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.225
234- Taberi, 3/91, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.225
235- Cevdet Paşa, Kısas-ı Enbiya ve Tevanih-i Hülefa, 1:182, Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998,s.225
236- H.G. Wells, A Short History of the World, http://www.bartleby.com/86/41.html; http://www.encyclopedia.com/printablenew/25555.html
237- Suyuti, Cami'üs Sagir, 3/211; Ahmed bin Hanbel, Müsned, 2/492
238- İmam Şarani, Ölüm-Kıyamet- Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, İstanbul, s.454
239- H. Akdağ - M. Sevgili, Son Zamanlarla İlgili Hadisler, Tekin Kitabevi, 1986, s. 85; Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s. 27
240- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s. 38
241- İmam Şarani, Ölüm-Kıyamet- Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, İstanbul, s. 440
242- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 448/8; İmam-ı Şa'rani, Ölüm Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1998, s. 480
243- H. Akdağ - M. Sevgili, Son Zamanlarla İlgili Hadisler, Tekin Kitabevi, 1986, s. 97
244- İmam-ı Şa'rani, Ölüm Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1998, s. 468
245- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s.59
246-Sahih-i Müslim, 11/320
247- Riyazü's Salihin, 3/332
248- İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1999, s.138
249- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s.47
250- İmam Şarani, Ölüm-Kıyamet- Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, İstanbul, s.440
251- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 54
252- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 54
253- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s.32
254- İmam Rabani, Mektubat-ı Rabbani, Çev. Abdulkadir Akçiçek, İstanbul Dağıtım A.Ş., İstanbul, 2/1170
255- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s.35
256- İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1999, s.166
257- İmam Şarani, Ölüm-Kıyamet- Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, İstanbul, s.461
258- Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, Adım Yayıncılık, 1983, s.175
259- Hürriyet, 23 Ocak 1991
260- Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, Adım Yayıncılık, 1983, s.175
261- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 47
262- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s.26
263- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 49
264- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 49
265- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 476/11
266- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 187/2
267- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 277/6
268- İmam-ı Şa'rani, Ölüm Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1998, s. 468
269- Buhari, Fiten, 25; Ahmed bin Hanbel, Müsned, 2/313
270- Buhari, Fiten, 25; Ahmed bin Hanbel, Müsned, 2/313
271- H. Akdağ - M. Sevgili, Son Zamanlarla İlgili Hadisler, Tekin Kitabevi, 1986, s. 95
272- İmam-ı Şa'rani, Ölüm Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1998, s.471
273- İmam-ı Şa'rani, Ölüm Kıyamet ve Diriliş, Pamuk Yayınları, İstanbul, 1998, s.471
274- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s.53
275- Ali bin Hüsamüddin, Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman (Ahir Zaman Mehdi'sinin Alametleri), Gonca Yayınevi, İstanbul, 1986, s.69
276- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 43
277- Heytemi Ahmet İbn-i Hacer-i Mekki, El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar (Beklenen Mehdi'nin Alametleri), Şafak Yayınevi, Manisa, 1985, s. 43
278- M. Encarta Encyclopedia 2000, "Aging"