PEYĞƏMBƏRİMİZİN (SƏV) GÖZƏL ƏXLAQI

Allah Quranda Peyğəmbərimizin (səv) çox gözəl əxlaqlı olduğunu belə bildirir:
“Nun. And olsun qələmə və qələmə alınanlara! Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır”(Qələm surəsi, 1-7)

Rəbbimiz bu ayədə, həmçinin, Peyğəmbərimiz (səv) üçün tükənməz mükafat hazırlandığını bildirir. Bu, hz. Muhəmmədin (səv) hər zaman gözəl əxlaq nümayiş etdirdiyini, heç vaxt təqvadan uzaqlaşmadığını göstərir.

Peyğəmbərimizin (səv) "imanın kamilliyi gözəl əxlaqladır" 4 sözləri ilə bildirdiyi kimi, imanın əlamətlərindən biri də gözəl əxlaqdır. Buna görə gözəl əxlaqın ən yaxşı nümunələrlə öyrənmək və tətbiq etmək vacib ibadətdir.

Bu bölmədə Peyğəmbərimizin (səv) Quranda bildirilən gözəl xüsusiyyətlərindən bəzilərinə toxunacağıq.


Peyğəmbərimiz (səv) ancaq ona vəhy olunanlara tabe olmuşdur

Peyğəmbərimizin (səv) Quranda da dəfələrlə vurğulanan ən gözəl xüsusiyyətlərindən biri yalnız Allahın nazil etdiyinə tabe olması, insanların razılığını deyil, Allahın rizasını güdməsi, insanlardan çəkinmədən yalnız Allahın buyurduğunu yerinə yetirməsidir. Hətta müşriklər və digər dinlərin mənsubları Peyğəmbərimizdən (səv) öz mənfəətlərinə uyğun hökmlər tələb etmişlər. Onlar sayca çox və daha güclü olsalar da Peyğəmbərimiz (səv) Quranı və Allahın hökmlərini daima diqqət və qətiyyətlə qorumuşdur. Bir ayədə Allah Peyğəmbərimizin (səv) bu insanların təkidlərinə necə cavab verdiyini belə xəbər verir:

“Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər:

“Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”(Yunus surəsi, 15-16)


“Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq.
Şübhəsiz ki, sən göndərilən elçilərdənsən”

(Bəqərə surəsi, 252)

 

 

 

 

Allah qövmünün bu rəftarlarına qarşı Peyğəmbərimizi (səv) bir çox ayəsi ilə xəbərdar etmişdir. Maidə surəsində belə buyurulur:

“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. Onların aralarında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir” (Maidə surəsi, 48-49)

Peyğəmbərimiz (səv) də Allahın ona vəhy etdiyindən başqasına uymayacağını qətiyyətlə təkrarlamışdır. Onun bu üstün əxlaqını xəbər verən ayələrdən biri belədir:



Hamid Aytaç. Cəli Sülüs Lövhə. Hədisdə: "Hz. Peyğəmbər, insanların ən xeyirlisi insanların faydalı olanıdır" buyurulmuşdur. (şəkil)

De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”(Ənam surəsi, 50)

Peyğəmbərimiz (səv) Allah yolunda qətiyyətli və təmkinli olduğu üçün haqq din ən gözəl və ən doğru şəkildə insanlara çatdırılmışdır. İnsanların böyük bir qismi ilə müqayisə etdikdə Peyğəmbərimizin (səv) bu gözəl xüsusiyyətini daha yaxşı başa düşmək olar. İnsanların həmişə müəyyən zəiflikləri, hərislikləri olur. Böyük bir qismi dini qəbul etsə də bu zəifliklərinə məğlub olurlar. Zəifliklərindən və nəfslərinin istəklərindən xilas olmaq əvəzinə dinin hökmlərində məsuliyyətsizlik edirlər.

Məsələn, dostlarından, qohumlarından çəkinərək dinin bəzi hökmlərini yerinə yetirmir və ya dinə uyğun gəlməyən bəzi vərdişlərdən uzaqlaşmırlar. Bu səbəblə dini öz mənfəətlərinə görə şərh edir, mənfəətlərinə uyğun gələn hökmləri qəbul edir, digərlərini qulaq ardına vururlar.

Peyğəmbərimiz (səv) isə heç vaxt bu insanların istəklərinə uymamış, Allahın endirdiyinə heç bir əlavə və ya əksiltmə etmədən və heç kimdən mənfəət güdmədən ancaq Allahdan qorxub çəkinərək Quranı təbliğ etmişdir. Allah Peyğəmbərimizin (səv) bu üstün xüsusiyyətini Quranda belə bildirir:

“And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi.”(Nəcm surəsi, 1-5)

“Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır”(Hucurat surəsi, 7)


“Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır” deyəcəklər. Allahın lənəti olsun zalımlara!”
(Hud surəsi, 18)

 

 

 

 

Peyğəmbərimizin (səv) nümunəvi təvəkkülü

Quranda Peyğəmbərimizdən (səv) bəhs edən ayələrdə onun təvəkkülü və Allaha qəlbən itaəti aydın görünür. Məsələn, Peyğəmbərimizin (səv) Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi mağaradakı sözləri onun təvəkkülünə ən gözəl nümunələrdən biridir:

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir” (Tövbə surəsi, 40)

Peyğəmbərimiz (səv) hər şəraitdə Allaha təslim olmuş, Onun yaratdığı hər şeydə xeyir və gözəllik olduğunu bir an belə unutmamışdır. Quranda Peyğəmbərimizə (səv) qövmünə çatdırması əmr edilən sözlər də bu təvəkkülün bir göstəricisidir:

“Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”(Tövbə surəsi, 50-51)
Peyğəmbərimizin (səv) təvəkkülü bütün müsəlmanlara nümunədir. O, daima insanlara heç bir insanın Allahdan gələni dəyişdirməyə gücünün çatmayacağını belə xatırlatmışdır:

"Bir nəfs üçün təqdir edilmiş şey mütləq olar" . 5

"... Bir şey istədikdə Allahdan istə. Kömək istəyirsənsə Allahdan dilə. Çünki qullar Allahın yazmadığı xeyiri bir yerə yığışsalar belə sənə verə bilməzlər. Allahın yazmadığı zərəri də bir yerə yığışsalar da sənə verə bilməzlər." 6
Peyğəmbərimizin (səv) sünnəsini izləyən hər bir mömin də müsibət kimi görünən hadisələri onun kimi təvəkküllə qarşılamalı, hər şeydə xeyir və gözəllik olduğunu bilməlidir. Unudulmamalıdır ki, Allahın ən təqvalı qullarından biri olan Peyğəmbərimiz (səv) çox böyük çətinliklərlə və əziyyətlərlə sınanmışdır.

Əvvəla təbliğ etdiyi xalqın içində hər cür pisliyi etməyə hazır insanlar var idi. Riyakarlıq edərək Peyğəmbərimizə (səv) tələ quranlar, atalarının dinindən dönməyən müşriklər, Peyğəmbərdən (səv) nəfslərinə uyğun ayə tələb edənlər, Peyğəmbərimizi (səv) öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər və bir çoxları daima ona mane olmağa çalışmışlar.

Peyğəmbərimiz (səv) isə inkarçıların bu rəftarlarına səbir göstərmiş, qətiyyətlə Allahın dinini yaymağa davam etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun əzmi, müvəffəqiyyəti və cəsarəti Allaha olan güclü imanından, təvəkkülündən və təslimiyyətindən qaynaqlanır. Peyğəmbərimiz (səv), mağarada olduğu kimi, hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bir an belə unutmamış, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və xeyirli şəkildə nəticələndirəcəyinə qəlbən inanmışdır. Peyğəmbərimizin (səv) bu hədisi onun təvəkkülünə bir nümunədir:

"Möminin vəziyyəti necə təəccüblüdür. Hər işi onun üçün xeyirdir. Bu, ancaq möminə xas vəziyyətdir, başqasına deyil. Ona razı qalacağı bir şey gəlsə şükr edər, bu xeyirdir. Bir zərər gəlsə yenə səbir edər, bu da xeyirdir" . 7

Peyğəmbərimiz (səv) hadisələr qarşısında əlindən gələni etmiş, lakin nəticəni yaradanın Allah olduğunu bilərək Ona təvəkkül etmişdir. Allah bu təvəkkülünün qarşılığında onu daima güclü və müvəffəqiyyətli etmişdir.

Allah Peyğəmbərimizə (səv) fitnəkarlara qarşı təvəkküllü olmağı buyurmuş, Peyğəmbərimiz (səv) də həyatı boyu Rəbbimizin bu əmrinə tabe olmuşdur. Ayədə belə buyurulur:

“Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” (Nisa surəsi, 81)

Bir digər ayədə isə Rəbbimiz:



Hacı Nazif bəy. Qurandan bir ayə yazılı; "Zalımların əməllərindən Allahın xəbərsiz olduğunu düşünmə..." (İbrahim surəsi, 42) (şəkil)

“Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görür” (Ali-İmran surəsi, 20) – deyə buyurur.

Peyğəmbərimiz (səv) hədislərindən birində təvəkkül edənlərin mükafatını belə izah edir:

"Siz Allaha haqqı ilə təvəkkül etsəniz quşlar kimi ruziləndirilərsiniz. Onlar ac gedər, tox dönərlər". 8

Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin (səv) sözləri və rəftarıdır. Buna görə hər hansı bir çətinliklə, nəfslərinə ağır gələn vəziyyətlərlə qarşılaşan möminlər Quran ayələri üzərində, hər şeyi yaradanın Allah olduğunu düşünməli, Peyğəmbərimizin (səv) təvəkkülünü nümunə götürməli, onun hər şəraitdə Allahın yaratdığı qədərə necə təslim olduğunu xatırlamalıdırlar.

Peyğəmbərimiz (səv) insanlardan heç bir qarşılıq gözləmədən ancaq Allahın rizasını axtarmışdır

İslam dininin əsas şərtlərindən biri insanın bütün həyatını Allah qorxusu üzərində qurması və bütün ibadətlərini yalnız Allahın razılığını, rəhmətini və cənnətini arzulayaraq yerinə yetirməsidir. Allah bir ayəsində möminlərə: "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!" (Ənam surəsi, 162) –deyə buyurur.

Quranın "Ancaq tövbə edənlər, islah edilənlər, Allaha sıx sarılanlar və dinlərini qatqısız olaraq Allah üçün (xalis) qılanlar; məhz onlar möminlərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir." (Nisa surəsi, 146 ) ayəsində də möminlərə dini yalnız Allah üçün, başqa heç bir məqsəd güdmədən yaşamaları əmr edilir. Bir insanın Allaha qəlbən bağlanması, Allahdan başqa bir ilah olmadığını bilərək həyatını yalnız Onu razı etməyə həsr etməsi və nə olurolsun Allaha olan sədaqətindən dönməməsi o insanın ixlas sahibi olduğunu göstərir.

İxlaslı mömin əməlləri və ibadətləri ilə Allahdan başqasının sevgisini, razılığını, təqdirini və rəğbətini qazanmağa çalışmaz. Onlara ən gözəl nümunə hz. Muhəmməd (səv) və digər peyğəmbərlərdir.

Peyğəmbərimiz (səv) ancaq Allahın rizasını istəmiş, heç bir mənfəət və ya dünyəvi qazanc düşünmədən, həyatı boyu Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərmişdir:
De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram" (Sad surəsi, 86)

De: “Mən sizdən bir haqq istəmişəmsə onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə Şahiddir”(Səba surəsi, 47)


“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! “
(Muminun surəsi, 44)

 

 

 

 


Peyğəmbərimizin (səv) çətinliklər qarşısında gözəl rəftarı

Daha əvvəl qeyd etdiyimiz kimi, hz. Muhəmməd (səv) peyğəmbərlik etdiyi dövrdə müxtəlif çətinliklərə məruz qalmışdır. Qövmündən inkar edənlər və müşriklər ona çox incidici sözlər söyləmiş, hətta onu cadugər və ya dəli adlandırmışlar. Bəziləri də Peyğəmbərimizi (səv) öldürməyə cəhd etmişdir. Lakin bütün bu çətinliklərə baxmayaraq, Peyğəmbərimiz (səv) hər mədəniyyətdən olan müxtəlif xarakterli insanlara Quranı, dolayısı ilə, gözəl əxlaqı və rəftarı öyrətməyə çalışmışdır.

Quranda bildirildiyi kimi, bəzi insanlar ən kiçik ədəb qaydalarından belə xəbərsiz olduqları üçün Peyğəmbərimiz (səv) kimi incə düşüncəli, üstün əxlaqlı bir insana çətinlik törətdiklərini düşünməmişlər. Peyğəmbərimiz (səv) isə böyük səbir göstərərək hər vəziyyətdə Allaha yönəlmiş, yalnız Ondan kömək istəmiş və möminlərə də səbri və təvəkkülü tövsiyə etmişdir.

Allah Quranda Peyğəmbərimizə (səv) bir çox ayəsi ilə inkar edənlərin söylədiklərinə qarşı səbirli olmasını belə tövsiyə edir:

“Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! “ (Qaf surəsi, 39)

“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir”(Yunus surəsi, 65)

“Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik”(Hicr surəsi, 97)

“Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.” (Hud surəsi, 12)

Peyğəmbərimizin (səv) səbrini, üstün əxlaqını bilən möminlər qarşılaşdıqları çətin vəziyyətlərdə özlərinə onu nümunə götürməlidirlər. Nəfslərinə ağır gələn ən kiçik hadisədə belə ümidsizliyə düşənlər, kiçicik bir etirazda dözümsüzlük göstərənlər, Allahın dinini təbliğ etməkdən imtina edənlər və ya ticarətlərində müvəffəqiyyətsizə uğradıqda bədbəxt olanlar bu rəftarlarının Allahın Kitabına və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmadığını bilməlidirlər. İman gətirənlər hər hadisədə səbir göstərməli, Allahı vəkil tutaraq Ona həmd etməli, Peyğəmbərimiz (səv) kimi gözəl əxlaq göstərməli və Rəbbimizin razılığını, rəhmətini və cənnətini ummalıdırlar.


“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu”


(Kəhf surəsi, 55)

Peyğəmbərimiz (səv) yanındakılara daima şəfqətlə yanaşmışdır

Yuxarıda da ifadə etdiyimiz kimi, Peyğəmbərimizin (səv) yanında müxtəlif əqidəli, fərqli xarakterli insanlar var idi. Ancaq Peyğəmbərimiz (səv) həyatı boyu hər biri ilə tək-tək maraqlanmış, əskikliklərini və səhvlərini düzəltmək barədə onları xəbərdar etmiş, təmizlikdən imana qədər hər mövzuda öyrətməyə çalışmışdır. Onun şəfqətli, sevgi dolu, anlayışlı və səbirli rəftarı bir çox insanın ürəyinin dinə isinməsinə və Peyğəmbərimizə (səv) səmimi sevgi ilə bağlanmasına vəsilə olmuşdur. Allah Peyğəmbərimizin (səv) bu gözəl əxlaqını Quranda belə vurğulayır:

“Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevir”(Ali-İmran surəsi, 159)



G. Mesara Kolleksiyası, Hat, Esma-i Nəbi, Qurandan bir ayə: “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik”. (Ənbiya surəsi, 107)

Rəbbimiz bir başqa ayədə isə Peyğəmbərimizə (səv) yanındakılarla necə davranmalı olduğunu belə bildirmişdir:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! “ (Qaf surəsi, 45)

Peyğəmbərimiz (səv) qövmünə dini çətinləşdirərək və ya şərt qoşaraq qəbul etdirməyə çalışmamış, hər vəziyyətdə gözəlliklə izah etmişdir.
Dərin vicdanlı Peyğəmbərimiz (səv) ümmətinə hər tərəfli sahib çıxmış, onların himayəçisi olmuşdur. Bu xüsusiyyətlərinə görə Peyğəmbərimiz (səv) barədə Quranın bir çox ayəsində "sahibiniz" (yoldaş, yaxın dost, sahib) ifadəsi keçir. (Səba surəsi, 46; Nəcm surəsi, 2; Təkvir surəsi, 22)

Peyğəmbərimizin (səv) bu əxlaqını təqdir edib anlayan möminlər də onu özlərinə hər kəsdən daha yaxın görmüş və öz nəfslərindən belə üstün tutmuşlar. Bir ayədə Allah buyurur:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır” (Əhzab surəsi, 6)

Böyük İslam alimi İmam Qəzali Peyğəmbərimizin (səv) ətrafındakılara qarşı münasibətini hədis alimlərindən topladğı məlumatlarla belə yekunlaşdırmışdır:

"... Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verər, iltifat edərdi. Buna görə hüzurundaki hər kəs onun yanında özündən daha qiymətlisi olmadığını fikirləşərdi. Bəli, onun oturuşuğu, dinləməsi, sözləri, gözəl lətifələri və təvəccöhü həmişə yanında oturanlar üçün idi. Bununla yanaşı onun məclisi həya, təvazu və təhlükəsizlik məclisi idi.”

“...Onlara hədiyyə verər və könüllərini xoş tutmaq üçün səhabələrini ləqəbi ilə çağırardı, müxtəlif ləqəb taparaq onunla xitab edərdi.”

“Qəzəblənməz və bir şeyə tez razılıq verərdi. İnsanlara qarşı insanların ən şəfqətlisiydi. İnsanların ən xeyirlisi xeyri toxunan, ən yararlısı da faydalı olandır ". 9

Peyğəmbərimizin (səv) ətrafındakıları dinə bağlayan və ürəklərini imana isindirən sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanların, xüsusilə, üzərində dayanmalı olduqları əxlaq üstünlüyüdür.



“Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!”
(Tövbə surəsi, 129)
“...Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan) qorxsanız, sizə böyük bir mükafat verilər.”
(Ali-İmran surəsi, 179)

 

 

 

 

Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə nümunə olan ədaləti

Allah Quranda möminlərə: "Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır." (Nisa surəsi, 135) – deyə buyurur. Peyğəmbərimiz hz. Muhəmməd (səv) həm müsəlmanlar arasında verdiyi ədalətli hökmlər, həm digər din, dil, irq və müxtəlif qövmlərdən olan insanlara qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allahın ayəsində bildirdiyi kimi, zəngin-kasıb ayırd etmədən hər kəsə bərabər davranması ilə bütün insanlar üçün ən gözəl nümunədir.

Allah bir ayədə Rəsuluna belə buyurur:

“Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir”(Maidə surəsi, 42)
Peyğəmbərimiz (səv) belə çətin bir qövmün içində Allahın əmrinə tabe olmuş, heç vaxt ədalətsizlik etməmişdir. "Rəbbim ədalətli olmağı əmr etdi". (Əraf surəsi, 29) - deyərək bütün insanlara nümunə olmuşdur.

Hz. Muhəmmədin (səv) peyğəmbərlik etdiyi dövrdə onun nümunəvi ədalətini göstərən bir çox hadisə baş vermişdir. Peyğəmbərimizin (səv) yaşadığı torpaqlarda müxtəlif din, dil, irq və qəbilədən olan insanlar birgə yaşayırdılar. Bu insanların dinc və təhlükəsiz şəraitdə yaşamaları, aralarına nifaq salmağa çalışanların zərərsizləşdirilməsi, əlbəttə,çox çətin idi. Kiçik bir sözdən və ya hərəkətdən dərhal bir qrup digərinin üzərinə hücuma keçirdi. Ancaq Peyğəmbərimizin (səv) ədaləti müsəlmanlar qədər bu icmalar üçün də dinclik və zəmanət mənbəyi olmuşdur. Əsri-səadət dövründə Ərəbistan yarımadasında yaşayan xristianlara, yəhudilərə, bütpərəstlərə heç bir fərq qoymadan hər kəsə ədalətli davranmışdır. Peyğəmbərimiz (səv) Allahın "Dində məcburiyyət yoxdur." (Bəqərə surəsi, 256) ayəsinə uyğun olaraq hər kəsə haqq dinitəbliğ etmiş, ancaq heç kimi heç nəyə məcbur etməmişdir.

Allah bir başqa ayədə Peyğəmbərimizə (səv) fərqli dinlərin mənsublarına qarşı ədalətliolmağı belə əmr etmişdir:

“Buna görə də sən (tövhidə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”(Şura surəsi, 15)

Peyğəmbərimizin (səv) Qurana uyğun nümayiş etdirdiyi bu gözəl əxlaqı bu gün müxtəlif dinlərin mənsublarına nümunə olmalıdır.



“Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir”
(Furqan surəsi, 20)

 

 

 

 

Peyğəmbərimizin (səv) ədaləti müxtəlif irqlərdən olan insanlar arasında da bərabərlik yaratmışdır. Peyğəmbərimiz (səv) bir çox xütbəsində, hətta vida xütbəsində də üstünlüyün irqlərə görə olmadığını, Allahın Quranda xəbər verdiyi kimi, yalnız "təqvaya görə olduğunu" bildirmişdir. Ayədə belə buyurulur:
“Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”(Hücurat surəsi, 13)

Peyğəmbərimiz (səv) də Quranın bu hökmünə əsasən belə buyurmuşdur:

"Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar şübhəsiz irqləri ilə öyünməməlidirlər." 10

"Sizin soy-kökünüz üstünlük və qürur göstərməyə səbəb deyil. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçü içindəki bir-birinə bərabər buğda dənələri kimisiniz. Halbuki, heç kimin heç kimə din və təqva müstəsna üstünlüyü yoxdur. İnsana pis olması üçün: başqalarını tənqid etməsi, kiçik görməsi, xəsis, pis xasiyyətli, hədd və hüdudu aşmasi yetər ". 11
Peyğəmbərimiz (səv) vida xütbəsində də müsəlmanlara belə müraciət edir: 12

Ərəb yarımadasının cənubunda yaşayan xristian nəcran xalqı ilə bağlanmış müqavilə Peyğəmbərimizin (səv) ədalətinə çox gözəl bir nümunədir. Bu müqavilənin bir maddəsinə nəzər yetirək:

"Nəcranlıların və onlarla birlikdə yaşayanların canları, malları, dinləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın Peyğəmbərinin zəmanəti himayəsi altına alınacaq". 13



Hacı Nazif. Qurandan bir ayə; "... İnsanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir." (Nisa surəsi, 58)

"Bən-i Əvf yəhudiləri möminlərlə eyni ümmətdirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir" 14

Mədinə müqaviləsinin bir maddəsində "Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmayacaq və düşmənlərimizə kömək etmədikcə kömək və dəstəyimizi qazanacaqlar" 15

- deyə bildirilmişdir. Peyğəmbərimizdən (səv) sonra səhabələri onun müqavilədə yazdırdığı bu hökmə sadiq qalmış və eyni hökmü bərbəri, buddist, brahman və bənzər inanclara sahib insanlar üçün tətbiq etmişlər. 16

Əsri-səadət dövründə sülhün və əmin-amanlığın hakim olmasının əsas səbəblərindən biri Peyğəmbərimizin (səv) Quran əxlaqına uyğun ədalətli qərarları olmuşdur.

Peyğəmbərimizin (səv) ədaləti qeyri-müsəlmanlarda da güvən hissi yaratmış, hətta bəzi müşriklər Peyğəmbərimizin (səv) himayəsində yaşamaq istəmişlər. Allah Quranda müşriklərin bu istəklərindən və Peyğəmbərimizin (səv) də bu kəslərə necə davranmalı olduğunu ona vəhy etmişdir:

“Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir”(Tövbə surəsi, 6-7)

Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir”(Tövbə surəsi, 7)

Hazırda dünyanın hər yerində tüğyan edən qarşıdurmaların, müharibələrin, münaqişələrin tək həlli Quran əxlaqına tabe olmaq və Peyğəmbərimiz (səv) kimi din, dil və irqi ayrı-seçkilik qoymadan ədaləti qoruyub saxlamaqdir.


“Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir”
(Hud surəsi, 56)
“Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər”
(Kəhf surəsi, 58)

 

 

 

 

Peyğəmbərimizə (səv) itaət edən Allaha itaət etmişdir

Allah elçilərinə itaət edilməyini əmr etmişdir. Elçilər Allahın əmrlərini yerinə yetirən, insanlara Onun vəhyini çatdıran və hərəkətləri, danışıqları, bir sözlə bütün həyatları ilə Allahın razı qaldığı, necə yaşamalı olduğumuzu göstərən mübarək insanlardır. Allah Quranda elçilərinə itaət edənlərin qurtulacaqlarını bildirmişdir. Buna görə Peyğəmbərimizə (səv) itaət vacib ibadətdir. Allah elçiyə itaəti Quranda belə xəbər verir:

“Biz hər bir elçini Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər” (Nisa surəsi, 64)

“Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”(Nisa surəsi, 69)

Quranın bir çox ayəsində isə peyğəmbərlərə itaət edənlərin əslində Allaha itaət etmiş olduqları bildirilir. Elçilərə qarşı gəldikdə isə, əslində, Allaha qarşı gəlmişlər. Bu ayələrdən bəziləri belədir:

“Kim Peyğəmbərə itaət edərsə Allaha itaət etmiş olar, kim üz çevirərsə (bil ki) Biz səni onlara gözətçi göndərməmişik”(Nisa surəsi, 80)

“Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər”(Fəth surəsi, 10)

Peyğəmbərimizin (səv) bir hədisində itaətin əhəmiyyətini belə vurğulanır:

"Kim mənə itaət etsə,şübhəsiz ki, Allaha itaət etmişdir. Kim də mənə üsyan etsə, şübhəsiz ki, Allaha üsyan etmişdir" 17

Allah Quranda Peyğəmbərimizin (səv) möminlərin qoruyucusu və idarəçisi olduğunu bildirir. Buna görə müsəlmanlar hər mövzuda Peyğəmbərimizlə (səv) məsləhətləşir, hər hansı bir işə onun fikrini və razılığını alaraq başlayırdılar. Eyni zamanda aralarında ixtilaf düşdükdə və həll yolu tapa bilmədiklərində və ya ümmətin təhlükəsizliyi, sağlamlığı, iqtisadi vəziyyəti ilə bağlı bir məlumat öyrəndiklərində dərhal Peyğəmbərimizə (səv) üz tutur, ondan ən xeyirli və etibarlı həll yolunu öyrənərək tətbiq edirdilər.

Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox vacib əxlaqdır. Məsələn, Allah bir ayəsində bütün xəbərlərin peyğəmbərə və ya onun özünə vəkil təyin etdiyi şəxslərə çatdırılmasını əmr etmişdir:

“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla (hamınız) şeytana uyardınız”(Nisa surəsi, 83)

Bu, əlbəttə ki, bir çox xeyiri və hikməti olan əmrdir. Hər şeydən əvvəl Peyğəmbərimizin (səv) hər əmri və hökmü Allah tərəfindən qorunur. Buna görə verdiyi qərarlar daima xeyir olur. Həmçinin Peyğəmbərimiz (səv) ümmətin ən ağıllı və hikmətli insanıdır. İnsan hər işdə dərin ağla və vicdana sahib olan, ən çox güvəndiyi insanla məsləhətləşmək, öyrəndiyi bir xəbəri nəticə çıxarması üçün ona bildirmək istəyir.
Peyğəmbərimizin (səv) gözəl xüsusiyyətlərinin nəzərə alınması ilə yanaşı, bütün xəbərlərin bir şəxsdə toplanmasının bir hikməti də bu xəbərlərin ümumumilikdə daha ağıllı və müvafiq şəkildə şərh edilməsidir. Allah bir başqa ayədə möminlərə aralarındakı anlaşmazlıqlarda Peyğəmbərimizi (səv) hakim tutmalarını əmr etmişdir. Həllində çətinlik çəkilən məsələlərin dərhal Peyğəmbərimizə (səv) çatdırılması Allahın əmridir və bu, ağla, vicdana və ədəbə uyğundur. Eyni zamanda Peyğəmbərimizin (səv) verdiyi hökmə qəlbən və heç bir şübhə etmədən itaət etmək də çox əhəmiyyətlidir. Onun verdiyi qərar o insanın mənfəətləri ilə ziddiyyət təşkil etsə belə, səmimi iman gətirənlər bundan əsla narazı olmaz və Peyğəmbərin (səv) hökmünə itaət edərlər. Allah bu əhəmiyyətli xüsusiyyəti Quranda belə bildirmişdir:

“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”(Nisa surəsi, 65)

Peyğəmbərimizin (səv) bütün qərarlarının Allahın qoruması altında olduğunu qavramayan bəzi zəif imanlı və ya riyakar insanlar onun hər mövzudan xəbərdar olmasına qarşı çıxmış və fitnə çıxarmağa çalışmışlar. Bu vəziyyətin bildirildiyi ayə belədir:

“Onlardan elələri də var ki, Peyğəmbərə əziyyət verib: “(O) (hər sözü eşidən) bir qulaqdır!” deyirlər. De: “O, sizin üçün ancaq xeyirli sözlər eşidir. O, Allaha iman gətirir, möminlərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Elçisinə əziyyət verənlər üçün isə üzücü bir əzab vardır”(Tövbə surəsi, 61)

Bu insanlar imanın mahiyyətini qavraya bilmədikləri və Peyğəmbərimizi (səv) layiqincə təqdir edib tanıya bilmədikləri üçün onun hər şeydən xəbərdar olmasını cahilliyyə düşüncəsi ilə dəyərləndirmişlər. Çünki cahil insanlar sahib olduqları məlumatları xeyir, gözəllik, insanların yaxşılığı və təhlükəsizliyi üçün istifadə etməzlər. Onlar bunu ancaq dedi-qodu və fitnə üçün istifadə edir, insanları bir-birinə qarşı qoyaraq tələlər qurmağa çalışırlar. Halbuki Peyğəmbərimiz (səv) ona çatdırılan hər xəbərlə həm müsəlmanların, həm də himayəsi altında olan digər insanların təhlükəsizliyini, sağlamlığını, dincliyini təmin etmiş, möminlərə qurulan tələləri pozmuş, iman zəifliyi yaşayanları müəyyən edərək imanlarını gücləndirən tədbirlər almış, möminləri zəiflədən, şücaətlərini qıran bütün ehtimalların qarşısını almış, möminlərə gözəllik və xeyir gətirəcək tədbirlər tökmüşdür. Buna görə Allah ayələrdə onun "bir xeyir qulağı" olduğunu bildirmişdir. Peyğəmbərimizin (səv) hər sözü, qərarı, tədbirləri möminlərə və əslində bütün insanlara xeyir və gözəllik gətirmişdir.


“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik dönüş də yalnız Sənədir!”
(Bəqərə surəsi, 285)

 

 

 

 

Peyğəmbərimiz (səv) insanların vicdanlarına toxunaraq hikmətlə xəbərdar edib qorxutmuşdur


Peyğəmbərimiz (səv) ona Quran vəhy edildikdən etibarən həyatı boyu insanları Allahın dininə dəvət etmiş, onlara haqq yolu göstərərək rəhbərlik etmişdir. Quranın bir ayəsində Peyğəmbərimiz (səv) qövmünə belə müraciət edir:

“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm” (Yusuf surəsi, 108)

Ayələrdən də aydın olduğu kimi, Peyğəmbərimiz (səv) insanları xəbərdar edib qorxudarkən və onlara Quranı, gözəl əxlaqı öyrədərkən bir çox çətinliklərlə qarşılaşmışdır. Hər kəs hidayət əhli olmadığı üçün qısqanclığından, kinindən, Peyğəmbərimizə (səv) çətinlik yaradan, onun sözlərini qavramayanlar, başa düşdükləri halda qulaqardına vuranlar, Peyğəmbərimizə (səv) inandıqlarını deyib, əslində isə inanmayanlar, ikiüzlülük edənlər insanlar Peyğəmbərimizin 9səv) ətrafında heç də az olmamışdır. Bütün bunlara baxmayaraq, Peyğəmbərimiz (səv) dini təbliğ etməyə qorxmadan, qətiyyətlə davam etmişdir. Bu insanların Peyğəmbərimizə (səv) münasibətləri bir ayədə belə bildirilir:

“...Siz Kitabın hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir.” (Ali-İmran surəsi, 119)


“De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!””

 

 

 

 

Peyğəmbərimizin (səv) münafiqlərə qarşı rəftarı və səbri isə ayədə belə bildirilir:

“Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən (sizi) yalnız Ona (ibadət etməyə) çağırıram və qayıdışım da yalnız Onadır!”(Rəd surəsi, 36)

Peyğəmbərimiz (səv) münafiqlərə təbliğ etməyə davam etmiş, dinə və özünə düşmənçilik bəsləmələrinə baxmayaraq, bəlkə inkarlarından əl çəkib hidayət taparlar deyə onlara dini ən təsirli şəkildə izah etmişdir. Münafiqlərin Peyğəmbərimizin (səv) təbliğinə cavabları isə” Nisa” surəsində belə xəbər verilir:

“Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən” (Nisa surəsi, 60-61)

Münafiqlərin ikiüzlülük etsələr də, Peyğəmbərimiz (səv) Allahın əmrini yerinə yetirmiş, onlara öyüd-nəsihət vermiş, onların vicdanlarına təsir edərək haqqı görmələriüçün onlarla danışmışdır. Bir ayədə belə buyurulur:

“Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə” (Nisa surəsi, 63)

Düşmənlərinə öyüd vermək, səhvlərini açıq şəkildə söyləyərək onları doğru yola çağırmaq, əlbəttə ki, çətin məsuliyyətdir. Ancaq Peyğəmbərimiz (səv) kimi Allaha güvənən, hidayəti verənin Allah olduğunu bilən, insanlardan deyil yalnız Allahdan qorxub çəkinən bir insan üçün, hər işdə olduğu kimi, bunda da Allahın köməyi vardır.


“De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, (insanları) Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm””
(Yusuf surəsi, 108)

 

 

 

 

Allah Quranın bir çox ayəsində azğınlıq içində olan insanları doğru yola yönəltmək, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Yuxarıda da bildirildiyi kimi, Peyğəmbərimiz (səv) Allahın ona verdiyi bu vəzifəni böyük bir səbr, şövq və qətiyyətlə həyatı boyu yerinə yetirmişdir. Vəfatına çox az qalmış “Vida xütbəsi”ndə belə müsəlmanlara öyüd-nəsihət vermişdir.

Allahın Peyğəmbərimizə (səv) verdiyi məsuliyyətlər ayələrdə belə bildirilir:

“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik” (Bəqərə surəsi, 151)

“Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları (günahlardan) təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər”(Ali-İmran surəsi, 164)



Sami Əfəndi (1838-1912). Cel'i daxilində lövhə. Kəlam-ı nəzakətli; "Hikmətin başı Allah qorxusudur."

“Savadsızlara özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər” (Cümə surəsi, 2)

Allah bir ayəsində Peyğəmbərimizin (səv) nəsihətlərinin, xatırlatma və xəbərdarlıqlarının inananlar üçün "həyat verəcək şeylər" olduğunu bildirir:

“Ey iman gətirənlər! (Peyğəmbər) sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız” (Ənfal surəsi, 24)

Buna görə Peyğəmbərimizin (səv) dinə dəvəti və nəsihətləri hər hansı bir insanın dəvəti və nəsihəti kimi deyildir. Bu dəvətə tabe olmaq dünyada və axirətdə qurtuluşa çatmaq deməkdir. Peyğəmbərimizin (səv) hər dəvətində insanı pisliklərdən, zülmdən, bədbinliklərdən, əzabdan qurtaracaq hikmətlər vardır. Onun hər öyüdü Allahın ilhamı olduğu üçün səmimi bir müsəlman bu öyüdlərə könüldən təslim olaraq hidayət tapar. .

Peyğəmbərimizin (səv) dövrümüzə gəlib çatan sözlərində də möminlər üçün gözəl nəsihətlər var. Səhabəsi Muaza (r.a) verdiyi nəsihətdə:

"Muaz! Sənə Allahdan qorxmağı, sözün düzünü deməyi, sözündə durmağı, əmanətə toxunmamağı, xəyanətdən uzaq olmağı, qonşu haqqını qorumağı, yetimə qayğı göstərməyi, gözəl sözlü olmağı, çox salam verməyi, işin yaxşısını etməyini, az tamahkarlığı, imana sarılmağı, Quranı dərindən anlamağı, axirət sevgisini, haqq-hesabdan qorxmağı, təvazö qanadlarını endirməyi tövsiyə edirəm.

Muaz! Sənə hikmət sahiblərini söyməkdən, doğru söyləyənə yalan danışmaqdan, günahkara boyun əyməkdən, ədalətli bir hökmdara qarşı çıxmaqdan, yer üzündə fitnə çıxartmaqdan uzaq olmağı tövsiyə edirəm.

Muaz! Sənə hər daşın, ağacın və divarın yanında, harada olursan ol, Allahdan qorxmağı, işlədiyin hər günahın ardından – gizlisinə gizli, aşkarına da aşkar tövbə etməyini tövsiyə edirəm ". 18
Peyğəmbərimiz (səv) yaxınlarını və müsəlmanları belə öyrətmiş, onları hər zaman gözəl xasiyyətli olmağa dəvət etmişdir.


“Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”
(Bəqərə surəsi, 257)

 

 

 

 


“Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər”
(Tovbə Surəsi, 70)

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar”
(Ənkəbut surəsi, 2-4)

 

 

 

 

Peyğəmbərimiz (səv) söhbətlərində daima Allahı zikr edirdi

Peyğəmbərimiz (səv) Allahın "Onu tərifləyərək Uca tut" (İsra surəsi, 111) əmrinə uyğun olaraq hər hansı bir mövzunu izah edərkən, möminlərə öyüd-nəsihət verərkən, insanlara səslənərkən və ya dua edərkən həmişə Rəbbimizi ən uca və ən gözəl adları ilə Onun gücünü, üstünlüyünü və böyüklüyünü zikr edərdi. Allah Peyğəmbərimizə (səv) insanlara necə xitab etməli olduğunu Quranda belə bildirmişdir:

“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən” (Ali-İmran surəsi, 26-27)

“De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir” (Ali-İmran surəsi, 29)

“De ki: " Hökm yalnız Allahındır. O, doğru xəbəri verər və O, ayırd edənlərin ən yaxşısıdır." (Ənam surəsi, 57)

“De ki: "Ey insanlar, mən Allahın sizin hamınıza göndərdiyi bir elçisiyəm (peyğəmbəri). Ki göylərin və yerin hökmü Onundur. Ondan başqa ilah yoxdur, O dirildir və öldürür. Elə isə Allaha və ümmi peyğəmbər olan Rəsuluna iman edin. O da Allaha və Onun sözlərinə inanır. Ona iman gətirin ki hidayətə çatmış olarsınız” (Əraf surəsi, 158)

“De: “Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı”. (Kəhf surəsi, 109)

“De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (İxlas surəsi, 1-4)


“Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, (qoy bilsin ki) Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir”.
(Ənkəbut surəsi, 5)

“Kim cəhd etsə (səy göstərsə) yalnız öz nəfsi üçün cəhd etmiş olar. Həqiqətən Allahın aləmlərə ehtiyacı yoxdur”.
(Ənkəbut surəsi, 6)

 

 

 

 

Peyğəmbərimiz (səv) bir müsəlmana öyüd-nəsihət verərkən də ona əvvəl Allahın ucalığını xatırlatmış və belə demişdir:

"Allahdan başqa heç bir ilah yoxdur, o təkdir, şəriksizdir. Ərş və səmanın mülkü Ona məxsusdur. Bütün həmdlər Onadır, O hər şeyə qadirdir."- de ... Qovulmuş şeytandan Allaha sığın". 19

Peyğəmbərimizin (səv) həyatını, əxlaqını və təqvasını nümunə götürən, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə tabe olan hər bir möminin danışığı da insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, daima Allaha dəvət edən, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə vəsilə olan bir üslubda olmalıdır. Möminin hər sözündə Allahı unutmadığı, hər zaman Rəbbimizə yönəldiyi duyulmalıdır.

Peyğəmbərimiz (səv) möminlərə hər zaman Allahı sevmələrini və onu da Allah üçün sevmələrini nəsihət etmişdir. Bir hədisdə belə bildirilir:

"Sizə verdiyi nemətlərindən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin" .
(Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 4-cü cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh.594) 20


Peyğəmbərimiz (səv) müjdəçi idi

Allah "Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik" (Əhzab surəsi, 45) ayəsində Peyğəmbərimizin (səv) müjdəçi və xəbərdar edən olduğunu bildirir.

Peyğəmbərimiz (səv) insanları həm cəhənnəm əzabından xəbərdar edərək qorxutmuş, həm də onları dünyada yaxşıların daima üstün gəlməsi və axirətdə sonsuz cənnət həyatı ilə müjdələmişdir. Peyğəmbərimizin (səv) bu xüsusiyyəti Quranda belə bildirilir:

“Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən (bir peyğəmbər) göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan”.(Bəqərə surəsi, 119)

“Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də ancaq müjdə verən və xəbərdar edən (bir elçi )kimi göndərdik”(İsra surəsi, 105)



Hüseyn Kutlu, "MaşaAllah" yazılı xətt.

“Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan” (Şuəra surəsi, 192-194)

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir” (Səba surəsi, 28)

Peyğəmbərimizin (səv) sünnəsini izləyənlər də onun kimi insanları xəbərdar etməli və onlara müjdələr verməlidirlər. Peyğəmbərimiz (səv) də ümmətinə müjdəçilərdən olmağı buyurmuşdur:

"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı dolanın, ixtilafa düşməyin" 21

Müjdə vermək möminlərin şövq və həyəcanlarını artırar, saleh əməllər daha çalışqan və müvəffəqiyyətli olmalarına vəsilə olar. Bir işi cənnətdə gözəl bir qarşılıq alacağını ümid edərək yerinə yetirən insan, əlbəttə ki, o işimonoton tərzdə, vərdişlə və ya məcburiyyətdən edən adamdan çox fərqlənir. Allah bu səbəblə Peyğəmbərimizə (s.ə,v) “Möminləri də təşviq et!" (Nisa surəsi, 84) – deyə buyurmuşdur.
Allah bir başqa ayəsində isə buyurur ki, "Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır" (Əhzab surəsi, 47). Allahın əmrinə və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olaraq hər bir mömin bütün müsəlmanları müjdələmək və onları təşviq edərək şövqləndirməklə məsuldur. Ruhdan salan danışıqlar, asanı çətin göstərib möminləri yollarından döndərməyə çalışmaq, gözəllikləri, Allahın Quranda verdiyi müjdələri unutduraraq möminləri qəflətə salmaq müsəlmana yaraşmaz. Quran əxlaqınauyğun olan Peyğəmbərimiz (səv) kimi Allahın müsəlmanlara vəd etdiyi gözəllikləri tez-tez xatırlatmaq və onların həmişə şövqlü olmasına vəsilə olmaqdır.

Peyğəmbərimizə (səv) müjdələmək əmr edilən mövzulardan biri Allahın günahları bağışlayan olmasıdır:
“...De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53)

“Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən O, Bağışlayandır, Rəhmlidir”.(Ənam surəsi, 54)
Digər bir müjdə isə cənnətdir:

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür.(Ali İmran surəsi, 15)

“İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının ) oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar”
(Bəqərə surəsi, 25)

 

 

 

 

Peyğəmbərimiz (səv) qövmünə özünün də bir insan olduğunu xatırlatmışdır

İnkarçıların əsas xüsusiyyətlərindən biri təkəbbürdür. Təkəbbürləri səbəbi ilə Allahın elçilərinə itaəti rədd etmiş və müxtəlif bəhanələr uyduraraq tabe olmaqdan boyun qaçırmışlar. Bu bəhanələrdən biri dəelçilərə ancaq fövqəlbəşər varlıq olduqları təqdirdə itaət edəcəklərini demələridir. Peyğəmbərimiz (səv) isə qövmünə Allahın bir qulu olduğunu, onların bu tələblərinin yersiz olduğunu və qurtuluşa çatmaq üçün Allaha yönəlmələrini söyləmişdir. Bu barədə Quranda Allah Peyğəmbərimizə (səv) belə əmr etmişdir:

“De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”(Kəhf surəsi, 110)

“De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı əlbəttə onlara göydən bir mələk (elçi) göndərərdik”. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 95-96)

Peyğəmbərimiz (səv) qövmünə özünə də müsəlman olmaq və Allaha itaət etmək əmr olunduğunu, ancaq xəbərdarlıq etməklə məsul olduğunu və inkar edənlərin əməllərindən məsul tutulmayacağını bildirmişdir:

“De: “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, (Rəbbim) onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!” De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək siz də onları tanıyacaqsınız. Rəbbim sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”(Nəml surəsi, 91-93)


“Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir”.

(Nəhl surəsi, 127-128)

 

 

 

 

“Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər”. br /> (Ənam surəsi, 124)
“Sizə bir uğur nəsib olsa (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən Allah onların nə etdiklərini əhatə edir”.
(Ali-İmran surəsi, 120)

 

 

 

 

Peyğəmbərimiz (səv) müsəlmanların yüklərini yüngülləşdirmişdir

Peyğəmbərimiz (səv) yuxarıda sadaladığımız xüsusiyyətləri ilə möminlərə qavraya bilmədikləri və ya çətinliklə yerinə yetirdikləri işlərdə onlara yol göstərmişdir. Bununla yanaşı insanların bir qismi özlərinə zülm etməyə, çətinlik yaratmağa, özlərindən qaydalar uydurub, bu qaydalara riayət edərək nicat tapacaqlarına inanırlar. Tarix boyu dinlərin təhrif edilməsinin səbəblərindən biri də insanların bu xüsusiyyətidir. Bir çox topluluq dində olmayan qaydalar uydurmuş, bunlara riayət edilsə daha təqvalı olacaqlarına özlərini və insanları inandırmışlar. Peyğəmbərimizin (səv) isə insanların öz əlləri ilə özlərinə yaratdıqları bu çətinlikləri ortadan qaldırmışdır. Allah bir ayəsində Peyğəmbərimizin (səv) bu xüsusiyyətini belə bildirir:

“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.(Əraf surəsi, 157)

Ayədə bildirilən "ağır yük" və "zəncirlər" insanların üzərindəki çətinliklərdir. Peyğəmbərimiz (səv) isə həm həyatı ilə onlara nümunə olmuş, həm də ayədə bildirildiyi kimi, onları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirərək üzərilərindəki çətinlikləri qaldırmışdır.

Peyğəmbərimizin (səv)nümunə olan gözəl əxlaqi keyfiyyətlərindən biri də təqvası, yəni təkcə Allahın rizasını güdməsidir. Ancaq Allahdan qorxub çəkindiyi və heç vaxt insanların istəklərinə uymadığı üçün daima ən doğru yolda olmuşdur. Quranın bu əxlaqi xüsusiyyəti insan üçün çox böyük asanlıq və gözəllikdir. İnsanları razı salmağa, özünü onlara bəyəndirməyə çalışan, həm Allahın, həm də insanların razılığını axtararaq təqdir və tərif güdən şəxslərin bütün işləri onlar üçün çox ağır yükə çevrilir.

Bu insanlar həm daxilən hiss etdikləri kimi, səmimi, müstəqil düşünüb davranmır, həm də bütün insanları eyni anda razı salmaq mümkün olmadığı üçün axtardıqları tərif və təqdiri də tapa bilmirlər. Ən kiçik səhvdə belə təşvişə düşür, gözünə girməyə çalışdıqları insanların narazı olduqlarını gördükdə onların hörmət və etibarlarını itirmə qorxusu yaşayırlar.

Halbuki, ancaq Allahın rizasını istəyən və ancaq Allahdan qorxub çəkinən müsəlman heç vaxt yerinə yetirə bilməyəcəyi, dünyada və axirətdə çətinlik və itki gətirəcək bir yükün altına girməz, heç vaxt insanların rizasına, nə düşündüklərinə, onların qınamasına görə hərərkət etməz. Buna görə həmişə daxilən çox rahatdırlar. Səhv etdiklərində də bunun hesabını ancaq Allaha verəcəklərini, ancaq Allahdan bağışlanma diləməli olduqlarını bildikləri üçün də bir çətinlik və narahatlıq duymazlar.

Bir sözlə,Peyğəmbərimiz (səv) həm sözləri, həm də həyatı ilə möminlərə ixlaslı yaşamağı öyrətmiş və bütün bəşəriyyət üçün ağır yük olan "insanların rizasını güdməyi" onların üzərindən götürmüşdür. Əlbəttə, bu, Peyğəmbərimizin (səv) inananların üzərindən götürdüyü çətinliklərdən təkcə biridir. Hz. Muhəmməd (səv) dünyada və axirətdə xeyir və gözəlliyə vəsilə olacaq bir çox mövzuda bütün müsəlmanlara nümunə olmuşdur.

Allah ixlaslı qulu ilə Allaha şərik qoşan insanın bir olmadığını Quranda belə bildirir:
“Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir”.(Zumər surəsi, 29)

Peyğəmbərimizin (səv) möminlərin üzərindən qaldırdığı çətinlik tək şirk deyil. O, insanlara ağır gələn hər cür çətinliyi aradan qaldırmış, onları ən asan, ən gözəl olanadəvət etmiş və hər şeyin həllini göstərmişdir. Bu səbəblə Peyğəmbərimizin (səv) sünnəsini izləyənlər asan və gözəl həyat yaşayırlar. Rəsulullahın (səv) bu mövzudakı hədislərindən bəziləri belədir:

"... Sən yəqin bir imanla, tam bir razılıq ilə Allah üçün cəhd etməyə müqtədir ola bilirsənsə cəhd et; əgər buna müqtədir ola bilmirsənsə xoşuna gəlməyən şeydə səbir göstərməkdə çox xeyir vardır. Bunu da bil ki,qələbə səbirlə birlikdə gəlir, qurtuluş da çətinliklə gəlir, çətinlikdə də asanlıq vardır, bir çətinlik iki asanlığa əsla qələbə çalmayacaqdır." (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, səh. 315) 22
"Çətinlik gəlib bu qayanın içinə girsə mütləq asanlıq arxasından gəlib içəri girər və oradan çətinliyi çıxarar"(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, səh. 315) 23



“Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır”
(Tövbə surəsi, 16)

“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”
(Əraf surəsi, 157)

 

 

 

 

Peyğəmbərimiz (səv) möminləri çox sevirdi və onlara qarşı çox şəfqətliydi

Peyğəmbərimiz (səv) çox şəfqətli, başa düşən, sevgi dolu bir insan idi. Dostlarının, yaxınlarının, ona tabe olan bütün möminlərin bütün maddi və mənəvi problemi ilə maraqlanar, sağlamlıqları, təhlükəsizlikləri, şən olmaqları üçün hər cür tədbir görər, onları şəfqət“qanadlarının”altına alar, imanlarını və təqvalarını davamlı möhkəmləndirərək axirət həyatlarını düşünərdi. Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə nümunə olan gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir”(Tövbə surəsi, 128)

Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!”(Şuəra surəsi, 215)

Peyğəmbərimizin (səv) öyrətdiyi möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürdükləri üçün çox fədakar, şəfqətli və mərhəmətli olmuşlar. Bir ayədə möminlərin bir-birləri üçün etdikləri fədakarlıq belə bildirilir:

“Mühacirlərdən Mədinədə yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (Həşr surəsi, 9)



“Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar”
(Nəml surəsi, 89)

“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”
(Nəml surəsi, 90)

 

 

 

 

Peyğəmbərimizin (səv) yanında əxlaqi cəhətdən yetişən və Quranaqəlbən bağlı olan möminlər əsirlərə qarşı belə gözəl əxlaqlı olmuş, onları qorumuşlar. Onların bu nümunəvi əxlaqları ayələrdə belə bildirilir:

“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”(İnsan surəsi, 8-10)

Peyğəmbərimiz (səv) səhabələrinəmərhəmətli olmağı tövsiyə etmiş, özü də onlara ən gözəl nümunə olmuşdur:

"Mərhəmət edin ki, mərhəmət olunasınız. Əfv edin ki, əfv olunasınız. Günahlarında bilərək təkid edənə, istiğfar etməyənlərətəəssüflər olsun." 24
"Mərhəmət etməyənə mərhəmət edilməz." 25
Allah mərhəmətli və şəfqətlidir, mülayim davranışı sevər və qarşılığında verdiyini başqa heç nə ilə verməz. 26

Peyğəmbərimizin (səv) möminlər üçün bağışlanma diləməsi və dua etməsi

Peyğəmbərimizin (səv) möminlərə olan sevgisi və bağlılığı səbəbindən onların səhvləri üçün Allahdan bağışlanma diləmişdi. Allahın Peyğəmbərimizə (səv)bu barədə əmrləri isə belədir:

“Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən Allah Bağışlayandır, Rəhmlidir”(Mumtəhənə surəsi, 12)

“Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir”(Muhəmməd surəsi, 19)

" Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən Allah Bağışlayandır, Rəhmlidir" (Nur surəsi, 62)

Allah Tövbə surəsində isə Peyğəmbərimizə (səv) möminlər üçün dua etməsini belə bildirir:

"Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir" (Tövbə surəsi, 103)

Ayədə bildirildiyi kimi, Peyğəmbərimizin (səv) duası möminlər üçün rahatlığa vəsilə olmuşdur. Əsla unudulmamalıdır ki, qəlbə dinclik və rahatlıq verən ancaq Allahdır. Allah möminlərə vəli, qoruyucu kimi vəkil etdiyi peyğəmbərinin duasını möminlərin rahatlığı, dincliyi üçün vəsilə etmişdir. Rəbbimizin şəfqəti, mərhəməti,möminləri qoruyan olması ən çox Peyğəmbərimizin (səv) əxlaqında təcəlli etmişdir.

Peyğəmbərimiz (səv) bir hədisində möminlərə dua haqqında mühüm bir sirri belə xatırlatmışlar:
"Qəbul olunacağından əmin olaraq Allaha dua edin."(Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, səh. 327) 27


“Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar”
(Yunus surəsi, 26)

 

 

 

 

Peyğəmbərimizin (səv) müsəlmanların mənfəəti üçün aldığı sədəqələr onların təmizlənməsinə vəsilə olmuşdur

Allah “Tövbə” surəsinin 103-cü ayəsinin əvvəlində "Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan"- deyə buyurur. Yəni Allah sevimli qulu olan Peyğəmbərimizin (səv) müsəlmanların mənfəəti üçün aldığı sədəqələri vəsilə edərək onları təmizləyib paklaşdıracağını bildirir. Peyğəmbərimiz (səv) Allahın elçisidir, onun hər sözü və hərəkəti Rəbbimizin əmrlərinə və göstərdiyi yola uyğun olmuşdur. Peyğəmbərimizin (səv) gözəl və üstün əxlaqının əsasında şirk qoşmaması, həmişə ancaq Allaha yönəlməsi dayanır. Allahın hər əmrini yerinə yetirdiyi üçün bütün aləmlərə nümunə olmuş, bənzərsiz gözələxlaqa yiyələnmişdir.

Bu həqiqət bütün müsəlmanlar üçün yol göstərici olmalıdır. İman gətirənlər ancaq Allahın vəhyi olan Qurana və ancaq Qurana tabe olanPeyğəmbərimizin (səv) sünnəsinə uyğun yaşayaraq bütün aləmlərə nümunə əxlaq göstərməlidirlər.


“Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək”

(Kəhf surəsi, 7)

 

 

 

 

Peyğəmbərimiz (səv) möminlərlə məsləhətləşərdi

Peyğəmbərimiz (səv) Allahın əmrinə uyğun olaraq möminlərlə müşavirə edir, onların da fikirlərini öyrənirdi. Allahın bu əmri Quranda belə bildirilir:

"…Sən onların günahından keç (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevir"(Ali-İmran surəsi, 159)

Peyğəmbərimiz (səv) möminlərin də fikirlərini öyrəndikdən sonra qərar verir və nəticəsi üçün Allaha təvəkkül edirdi. Unudulmamalıdır ki, qəbul edilən bütün qərarlar Allah qatında əvvəldən müəyyən olunmuşdur. Allah qədərdə hər qərarı, hər qərarın nəticəsini təyin etmişdir. Hər hansıbir mövzuda məsləhətləşmək, bir hökmə və ya nəticəyə gəlmək isə möminlər üçün ibadətdir. Peyğəmbərimiz (səv) də bu həqiqəti bilərək möminlərlə məsləhətləşmiş, qərar qəbul etmiş, lakin nəticə üçün Allaha güvənərək Onun ən xeyirli şəkildə yaradacağını unutmamışdır.

Məsləhətləşmək möminlər üçün də gözəl və xeyirli nəticələr vəsilə olan xüsusiyyətdir. Əvvəla məsləhətləşən adam təvazökar davranaraq gözəl əxlaq göstərir. Məsələn, Peyğəmbərimiz (səv) ümmətinin ən ağıllı, ən bəsirətli və ən fərasətli insanı idi. Buna baxmayaraq ətrafındakılarla məsləhətləşməsi, onların fikirlərini öyrənməsi onun nə qədər təvazökar bir insan olduğunugöstərir.


“Kim (Qiyamət günü) yaxşılıq gətirərsə ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”(Ənam surəsi, 160)
“Göylərdə və yerdə nə varsa Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür”
(Nəcm surəsi, 31)

 

 

 

 

Möminlər də təvazökarlıq göstərib, “bunu onsuz da məndən yaxşı heç kim bilməz” deməyib digər möminlərlə məsləhətləşdikdə bunun xeyrini və gözəlliklərini görərlər. Beləliklə həm Peyğəmbərimizin (səv) bu gözəl əxlaqını mənimsəyib ona bənzəyərlər, həm də möminlərə göstərdikləri təvazökarlıq və hörmətə görə Allahın və möminlərin sevgisini qazanarlar. Eyni zamanda öz ağlını bəyənmək kimi pis əxlaqdan da uzaqlaşarlar. Allah Quranda buyurur: “Şübhəsiz ki bu açıq-aydın bir sehrdir!”– dedilər. (Yunus surəsi, 76). Buna görə insan ancaq öz ağlına güvənməyib başqalarının da fikirlərindən və təcrübələrindən faydalandığında daha yaxşı nəticə əldə edə bilər. Tək ağılın əvəzinə, məsələn, 10 nəfərlə məsləhətləşər, 10 ağıla sahib olar. Peyğəmbərimiz (səv) möminlərə bir-birləri ilə müşavirə etməyi belə buyurmuşdur:

"Kim bir işə başlayarkən bir müsəlmanla məsləhətləşərsə Allah onu işlərin ən doğrusunda müvəffəq edər" (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, səh. 136) 28

Allahın Quranda insanlara göstərdiyi hər yol və Peyğəmbərimizin (səv) hər hərəkəti ən xeyirlisi və ən gözəlidir. Məsləhətləşmək də bunlardan biridir. Buna görə Allahın əmrlərini yaxşı bilmək və Peyğəmbərimizi (səv) yaxşı tanımaq ibadətlərimizi ən gözəl şəkildə yerinə yetirmək və ən gözəl əxlaqa sahib olmaq üçün çox əhəmiyyətlidir.


“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”
(Yunus surəsi, 61)

De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
(Zumər surəsi, 38)

 

 

 

 

Allah Peyğəmbərimizə (səv) şan-şöhrət vermişdir

“Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!” (İnşirah surəsi, 4)

Yuxarıdakı ayədə qeyd edildiyi kimi, Peyğəmbərimiz (səv), Allahın izni ilə, həm yaşadığı dövrdə, həm də vəfatından sonra bütün dünyada tanınmışdır və tanınır. 1400 ildir milyardlarla insan Peyğəmbərimizə (səv) sevgi və hörmət bəsləmiş, görmədiyi halda ona çox yaxın olmuş, cənnətdə onunla sonsuza qədər birlikdə olmaq üçün dua etmişdir və etməkdədir.

Allah Peyğəmbərimizlə (səv) bağlı belə buyurmuşdur:

“Həqiqətən bu möhtərəm Elçimizin sözüdür. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır. Sizin dostunuz (Muhəmməd) divanə deyildir” (Təkvir surəsi, 19-22)

“Bu, möhtərəm bir Elçinin sözüdür”(Haqqə surəsi, 40)

Allah Quranda hz. Nuh (ə.s), hz. İlyas (ə.s), hz. Musa (ə.s) və hz. Harun (ə.s) kimi bir çox peyğəmbərin də şərəfli adları olduğunu bildirir. İnsanların böyük bir qismi həyatları boyu şan-şöhrət qaçırlar. Hətta bunun üçün var gücləri ilə çalışır və müvəqqəti olan dünya nemətlərinə aldanırlar. Şan-şöhrət arxasınca qaçarkən şərəf və qürurlarını itirirlər.

Halbuki şan-şöhrət və şərəf insana Allah dərgahından verilir. Allah bir insana şərəfin ancaq Quran əxlaqının yaşamaqla qazanmağın mümkün olduğunu bir ayədə belə bildirir:

“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara şan və şərəf (zikrlərini) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər” (Muminun surəsi, 71)

Bir insanın dünya həyatında şərəfli həyat yaşamasının tək yolu Allahın vəhyi olan Qurana və Peyğəmbərimizin (səv) üstün əxlaqına uyğun yaşamasıdır. Bunlardan başqa yolların insanlara dünyada da axirətdə də itkidən başqa bir şey gətirməyəcəyi açıq həqiqətdir.

Peyğəmbərimiz (səv) incə düşüncəli və nəzakətli idi

Peyğəmbərimizin (səv) dövründə ətrafında olan insanların bəzilərinin ədəb və mədəni səviyyələri aşağı idi. Bu insanların incə düşüncəli olmadıqlarını, hərəkətlərinin narahatlıq verə biləcəyini nəzərə almadıqları bəzi ayələrdən aydın olur. Məsələn, evlərə ön deyil, arxa qapılarından girdikləri, Peyğəmbərimizin (səv) evinə yemək vaxtında gəldikləri, çox danışaraq Peyğəmbərimizin (səv) vaxtını aldıqları ayələrdə bildirilmişdir. Peyğəmbərimiz hz. Muhəmməd (səv) isə olduqca incə düşüncəli, nəzakətli, səbirli, insanlara şəfqətlə yanaşan, səmimi və çox mədəni bir insan idi. Ətrafındakıları narahatlıq verən hərəkətləri ilə bağlı gözəl şəkildə xəbərdarlıq etmiş, onların könüllərini xoş tutmuş, böyük səbir və təmkinlə onlara başa salmışdır. Onun bu gözəl əxlaqi xüsusiyyəti də bütün möminlərə nümunədir.

Sonsuz mərhəmətli və şəfqətli olan Rəbbimiz Peyğəmbərimizə (səv) bu barədə də asanlıq yaratmış, onu ayələri ilə dəstəkləmişdir:

“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və (əvvəlcədən gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu (hərəkətiniz) Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin )zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır”(Əl-Əhzab surəsi, 53)

Səhabələrin bir çox rəvayətlərində də Peyğəmbərimizin (səv) nəzakətli, incə düşüncəli əxlaqından bəhs edilir. Peyğəmbərimiz (səv) həm peyğəmbər, həm də dövlət başçısı olduğu üçün hər təbəqədən insanla - dövlət və qəbilə başçılarından tutmuş zəngin, kasıb, zəif, kimsəsiz insanlarda, qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Həyat tərzləri, xasiyyətləri, vərdişləri bir-birindən tamamilə fərqli olan bu insanlarla hər sahədə gözəl dialoq qurmuş, hamısının könülünü xoş tutmuş, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl rəftar göstərmişdir.



Mahmud Cəlaləddin: "Muhəmməd də insandır, lakin hamı kimi deyil. Daşların arasında yaqut nədirsə, insanlar arasında o da elədir."

Peyğəmbərimizin (səv) ətrafında olan yaxın səhabələrinin rəvayətlərindən də aydın olur ki, Peyğəmbərimiz (səv) olduqca nəzakətli, sadə, zərif, mülayim və incə düşüncəli idi. Tərbiyə və ədəb qaydalarını həyatında ən gözəl şəkildə tətbiq edirdi.

Hz. Aişə (r.a) Peyğəmbərimizin gözəl əxlaqını belə izah edir: "Rəsulullahdan daha gözəl əxlaqa sahib heç kim yoxdur. Əshabədən və ailəsindən biri onu səsləyəndə “Buyurun”Hz. Aişə (r.a) Peyğəmbərimizin gözəl əxlaqını belə izah edir: "Rəsulullahdan daha gözəl əxlaqa sahib heç kim yoxdur. Əshabədən və ailəsindən biri onu səsləyəndə “Buyurun” 29 deyə cavab verərdi. Buna görə də Allah ona: "Sən yüksək əxlaq sahibisən”- buyurmuşdur.

Peyğəmbərimizin (səv) evində böyüyən və illərlə ona xidmət edən hz. Ənəs (r.a) Peyğəmbərimizin (səv) bənzərsiz nəzakətini belə izah etmişdir:

“Ondan bir şey soruşanı diqqətlə dinləyər, sualı soruşan yanından ayrılmadıqca, onu tərk etməzdi. Rəsulullah ilə bir kimsə qucaqlaşsa və ya bir kimsə qucaqlaşmaq üçün əlini uzatdığında, qarşısındakı adam əlini çəkmədən Rəsulullah əlini çəkməzdi. Biri ilə üz-üzə gəlincə də qarşısındakı üzünü çevirib ayrılmadıqca Rəsulullah o şəxsdən üzünü çevirməzdi. Önünə oturan şəxsə tərəf heç bir zaman ayaqlarını uzatmırdı. Qarşılaşdığı kimsəyə əvvəl özü salam verərdi. Səhabələri ilə əl verib görüşməyə əvvəl özü başlayardı”
"Səhabələrinə gözəl ləqəblər verərdi. Hz. Əliyə “Əbu Turab”, bir başqa səhabəsinə “Əbu Hüreyrə” kimi ləqəbləri vermişdi. Onları şərəfləndirmək üçün xoşlarına gələn adlarla çağırardı."

"Heç kimin sözünü kəsməzdi. Danışığını yarımçıq qoymazdı. Danışdığı adam sözünü bitirmədən yaxud getmək üçün ayağa qalxmadan söhbətinə davam edərdi.”

"Rəsulu Əkrəmə on il xidmət etdim. VAllah, mənə “uf” belə demədi. Onun gecikdirdiyim və ya etmədiyim bir əmrindən ötəri məni danlamaz, ailəsindən də danlayan olsa onlara: “Ona toxunmayın. Bu işi etməyi qədərində təqdir edilsəydi edərdi”- deyərdi.”

"Bir gün bir iş üçün bir yerə getməyimi əmr etdi. Hüzurundan ayrıldıqdan sonra küçədə bir neçə uşağın oynadığını gördüm və onları seyr etməyə başladım. Bu zaman arxadan bir nəfər iki əli ilə başımı tutdu. Döndükdə gördüm ki, odur. Gülərək mənə: "Enesiciyim, sənə dediyim yerə getdinmi?”- dedi. “
Xeyr, hələ getmədim, gedəcəyəm” - dedim.”

“Mən ona illərlə xidmət etdim. VAllah bir dəfə olsun etdiyim bir iş üçün “nə üçün etdin?”, etmədiyim bir iş üçün də “nə üçün etmədin?” dediyini xatırlamıram. 30

Peyğəmbərimiz (səv) həyatı boyu minlərlə insanı maarifləndirmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl rəftarlı, incə düşüncəli, fədakar, üstün əxlaqlı olmalarına səbəb olmuşdur. Özündən sonra da söhbətləri, hərəkətləri, əxlaqı ilə milyonlarla insanın imanına, gözəl əxlaqlı yetişməsinə vəsilə olan Peyğəmbərimiz (səv) çox xeyirli yol göstərici və müəllim olmuşdur.


De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən” (Ali-İmran surəsi, 26)
Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir”

(Bəqərə surəsi, 201-202)

 

 

 

 

Allah Peyğəmbərimizi (səv) hər zaman qorumuşdur

Allah Peyğəmbərimizin (səv) və bütün möminlərin köməkçisi və qoruyucusudur. Allah Peyğəmbərimizə (səv) hər zaman kömək etmiş, onun üçün çətinlikləri asanlaşdırmış, yolunu açmış, onu maddi və mənəvi cəhətdən gücləndirmiş, saleh möminlərlə qorumuş, düşmənlərinin isə bəsirətlərini bağlayaraq, güclərini alaraq, tələlərini pozaraq Peyğəmbərimizə (səv) zərər vermələrinə izin verməmişdir. Allah “Tövbə” surəsində Peyğəmbərimizin (səv) köməkçisi olduğunu belə bildirir:

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir” (Tövbə surəsi, 40)

Ayədə bildirildiyi kimi Peyğəmbərimiz (səv) heç vaxt başqalarına möhtac olmamışdır, Rəbbimiz daima kömək etmişdir. Buna görə Peyğəmbərimizin (səv) yanında olan heç kim etdiyi xidmət və ya yardıma görə ona minnət edə bilməzdi. Çünki, əslində, Peyğəmbərimizə (səv) kömək edən Allahdır və o insan olmasa da Allah başqa birini, mələkləri və ya cinləri vəsilə edib Peyğəmbərimiz hz. Muhəmmədə (səv) kömək edər.

Allah başqa bir ayəsində Peyğəmbərimizə (səv) insanlardan qorxmadan böyük bir cəsarətlə haqq dini təbliğ etməyini əmr etmiş və onu qoruyacağını vəd etmişdir:



Hafiz Halil Əfəndi. Təzhip. “Fatihə” surəsi 1-7. ayələr: "Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!"

“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz” (Maidə surəsi, 67)

Allahın gücünü, hadisələrin batinini qavraya bilməyən dayaz və dar düşüncəli inkarçılar Peyğəmbərimizə (səv) qarşı üstün olacaqlarını, onu qorxudacaqlarını və ya təsirsiz edə biləcəklərini düşünmüşlər və bu səbəblə davamlı tələlər qurmuşlar. Bu insanlar Allahın Peyğəmbərimizi (səv) qoruduğunu anlamırdılar. Özlərini Peyğəmbərimizdən (səv) daha üstün və güclü zənn edirdilər. Lakin Allah onların bütün hilələrini pozmuş, hətta möcüzəvi şəkildə qurduqları tələləri öz əleyhlərinə çevirmişdir. Heç bir hiylələri baş tutmamışdır. Bir yerə toplaşıb tələ qurarkən Allahın onları gördüyünü, eşitdiyini, qəlblərindəkini bildiyini anlamayan, Peyğəmbərimizdən (səv) gizlətsələr belə Allahdan gizlədə bilməyəcəklərini qavramayan, Peyğəmbərimizin (səv) bütün gücün sahibi olan Allahın sevimli qulu və dostu olduğunu düşünməyən bu insanlar üçün Allah Quranda belə bildirir:

“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır”(Ənfal surəsi, 30)

Bir başqa ayə də isə Rəbbimiz Peyğəmbərimizə (səv) heç kimin zərər verə bilməyəcəyini, Allahın, Cəbrailin və saleh möminlərin onun dostu, dəstəkçisi olduğunu belə xəbər verir:

“Əgər ikiniz də Allaha tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki,) Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır”(Təhrim surəsi, 4)

Allah “Duha” surəsində isə Peyğəmbərimizin (səv) üzərindəki kömək və nemətlərini belə bildirmişdir:

“Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu. Həqiqətən Axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı?”(Duha surəsi, 3-8)

Peyğəmbərimiz (səv) hər işində, ən çətin anlarında belə Allahın ona kömək edəcəyini bilərək Ona təvəkkül etmiş, qorxmamış və narahatlıq keçirməmişdir. Yanındakı möminlərə də Allahın onlarla olduğunu, hər şeyi görüb eşitdiyini söyləmiş, onların da rahatlanmaqlarına vəsilə olmuşdur.

Peyğəmbərimizi (səv) nümunə götürərək onun yolunu izləyənlər də Allahın rəhmətindən və köməyindən heç vaxt ümidlərini üzməməli, Allahın razılığını, rəhmətini və cənnətini arzulayaraq xeyrilərdə yarışdıqca Allahın daima onların yanında olduğunu bilməlidirlər. Allah bir ayəsində möminlərə belə bir ved edir:
“Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir”(Həcc surəsi, 40)


Peyğəmbərimiz (səv) təmizliyə çox böyük əhəmiyyət verirdi

Qəlbləri və əxlaqları qədər bədənlərinin, paltarlarının, məkanlarının və yedikləri yeməklərin təmizliyi də müsəlmanların ən çox diqqəti cəlb edən xüsusiyyətlərindəndir. Müsəlmanın saçları, əli, üzü, bədəni, paltarları daima tərtəmiz, baxımlı və səliqəli olar. İşlədiyi və ya yaşadığı məkanlar da hər zaman səliqəli, təmiz, xoş ətirli, havası təmiz və rahatlıq hissi yaradan olar. Möminlərin bu xüsusiyyətlərinə ən gözəl nümunə yenə Peyğəmbərimizdir (səv). Allah bir surədə Peyğəmbərimizə (səv) belə buyurmuşdur:

“Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (Muddəssir surəsi, 1-5)

Allah Quranda möminlərə təmiz qidaları yemələrini buyurmuş, Peyğəmbərimizə (səv) də, təmiz olan şeylərin halal olduğunu möminlərə bildirməsini söyləmişdir:
"Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən həqiqətən sizin nə etdiklərinizi bilirəm!”(Muminun surəsi, 51)

“Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və (ova göndərərkən) onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.(Maidə surəsi, 4)

Peyğəmbərimiz (səv) bir hədisində möminlərə təmiz olmağı belə nəsihət etmişdir:
"Müsəlmanlıq təmizdir, kirdən uzaqdır. Siz də təmiz olun, təmizlənin, Çünki cənnətə təmizlər girər." 31



Devid Roberts, Muayyad Məscidi

Peyğəmbərimizin (səv) duaları

Quranda Peyğəmbərimizin (səv) gecə dua üçün qalxdığı bildirilir:
“Bu birhəqiqətdir ki, Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!” (Cin surəsi, 19-20)

Quranda bir çox ayədə Peyğəmbərimizin (səv) dualarından bəhs edilir. Peyğəmbərimiz (səv) dualarında Allahı isimləri ilə zikr edərək ucaltmışdır. Onun Quranda bildirilən dualarından biri belədir:

“De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən"(Ali-İmran surəsi, 26)

Peyğəmbərimiz (səv) də digər bütün peyğəmbərlərdə olduğu kimi insan və cin düşmənlərinin təhdidi və təzyiqləri ilə üzləşirdi. Onların bu təzyiqlərinə qarşı səbir göstərən Peyğəmbərimizə (səv) şeytanın mənfi təlqinlərinə və mənəvi hücumlarına qarşı Allahdan belə kömək istəməsi əmr edilmişdir:

“De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”(Muminun surəsi, 97-98)

Peyğəmbərimizə (səv) dualarında Allahdan bağışlanma diləməsi və Rəbbimizin mərhəmətini zikr etməsi buyurulmuşdur:

“De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”(Muminun surəsi, 118)
Rəvayətlərdə isə Peyğəmbərimizin (səv) Allaha ona gözəl əxlaq və xasiyyət verməsi üçün necə dua etdiyi bildirilir:

"Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni əxlaqın pisliklərindən uzaqlaşdır." 32
Allahın “De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi…” (Furqan surəsi, 77) ayəsi ilə də bildirdiyi kimi dua möminlər üçün çox əhəmiyyətli bir ibadətdir. İnsan acizdir, Allah istəməsə heç bir şeyə gücü çatmayacağını bilərək, ümid edərək və qorxub çəkinərək, hər mövzuda Allaha üz tutmalı, hər şey üçün Ona dua etməlidir. Peyğəmbərimizin (səv) və Quranda bildirilən digər peyğəmbərlərin duaları möminlər üçün ən gözəl nümunədir. Onlar dualarında həm Allaha necə təslim olduqlarını, Allahı tək dost və köməkçi olaraq gördüklərini göstərmişlər, həm də Rəbbimizi ən gözəl adları ilə ucaltmışlar. Peyğəmbərlərimizin dualarında xüsusi vaxt təyin etmədən hər an dua etdikləri və ehtiyac içində qalanda dərhal Rəbbimizə yönəldikləri görülməkdədir.

“Həqiqətən Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə (bilsin ki) Allah tez haqq-hesab çəkəndir”
(Ali-İmran Surəsi, 19)



Luis-Klod Mouchot, Qaidə Bəy Məscid, Qahirə
“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı”
(İnfitar surəsi, 6-8)

Mənbə:

4- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 344/4
5- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, 1992, s. 499
6- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, 1992, s. 314
7- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, 1992, s. 208
8- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 357/1
9- Tirmizi, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 798
10- Sünen-i Ebu Davud, 4/331
11- Müsned-i Ahmed b. Hanbel, 4/158, İbnu Kesir, 4/128
12- www.enfal.de/veda.htm
13- Majid Khoduri, İslamda Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s . 209-210
14- Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, s.128
15- İbn Kesir, El-Bidaye, III/224-225; Hamidullah, El-Vesaik, No:1, s.39-44; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s.40
16- Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, s.162-163
17- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 482
18- Ebu Nuyam el-Ilye, Beyhaki, ez-Zühd'de açıklamışlardır; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.793
19- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 311
20- Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 4. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.594
21- Hz. Said İbni Ebu Berde; G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 510/5
22- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 315
23- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 315
24- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 70/10
25- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 446/11
26- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, s. 293
27- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 327
28- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 136
29- http://www.sevde.de/Pey-ornek/18.htm
30- Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buhari, 4. cilt, Üçdal Neşriyat, İstanbul 1993, s.340
31- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 96/2
32- Tırmizi, İmam Ahmed ve Hakim'den; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 789