Peyğəmbərimizin (səv) təbliği

Hz. Muhəmməd (səv) Allahın “Buna görə də sən tovhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get…” (Şura surəsi, 15) ayəsi ilə də bildirildiyi kimi, insanları xəbərdar etməklə vəzifələndirdiyi son peyğəmbəridir. Peyğəmbərimiz (səv) bütün digər elçilər kimi insanları doğru yola, Allaha iman gətirməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa çağırmışdı. Bu dəvəti zamanı istifadə etdiyi üsullar, mövzuları izah etmə tərzi, üslubu hər müsəlmana örnək olmalı, hər müsəlman da insanları dinə dəvət edərkən Peyğəmbərimiz kimi danışmalı və davranmalıdır.

Quranda Peyğəmbərimizə (səv) özünün insanları xəbərdar etməklə vəzifəli olduğunu bildirməsi belə əmr edilmişdi:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allah’a tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. (Yusuf surəsi, 108 )

Peyğəmbərimiz (səv) insanları xəbərdar etmək üçün əlindən gələnin ən çoxunu etmiş, bacardığı qədər çox sayda insanı xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:

De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allah’la yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”. (Ənam surəsi, 19)

Peyğəmbərimiz (səv) Quranı təbliğ edərkən müşriklərin atalarından onlara miras qalan azğın dinlərini tamamilə dəyişdirmiş və bu səbəbdən onların təzyiqləri və qarşı çıxmaları ilə qarşılaşmışdı. Ancaq o, Allahın əmrinə uyaraq onların təzyiq və istehzalarına heç vaxt əhəmiyyət verməmişdi. Allah Peyğəmbərimizə (səv) ayələrdə belə buyurur:

“Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik”. (Hicr surəsi, 94-95)

İndiki dövrümüzdə də müsəlmanlar insanların razılığını güdmədən, kim nə deyər deyə düşünmədən Quran əxlaqını insanlara izah etməli, Peyğəmbərimizin (səv) sünnətinə riayət edərək “qınayanın qınamasından qorxmamalı”dırlar. Bu Allahın razı qalacağı və cənnəti ilə müjdələdiyi əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz (səv) müsəlmanlara bu sünnətinə uymalarını belə bildirmişdir:

“Mənim təbliğ etdiklərimi məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsin, eşitdirsin”. 33

Peyğəmbərimiz (səv) insanlara Allahın sonsuz güc sahibi olduğundan bəhs etmişdi.



İsmail Hakkı Altunbezer. Celi sülüs levha. Qurandan bir ayə: “Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Bəqərə surəsi, 20)

İnsanların Allahın gücünü lazımi şəkildə təqdir edib Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün Peyğəmbərimiz insanlara Allahın gücündən və yaratmasındakı ehtişamın dəlillərindən bəhs etmiş, onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə vəsilə olmuşdu. Quranda Peyğəmbərimizə (səv) Rəbbimizin yaratmasının dəlillərini və gücünü bu ayələr ilə izah etməsi bildirilmişdi:

De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allah’dan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?” De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allah’dan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?” (Qəsəs surəsi, 71-72)
Hz. Muhəmməd (səv) axirətə inanmayanlara da Allahın dünyadakı yaradılış dəlillərindən bəhs etmiş və bütün bunları yaratmağa qadir olan Allahın, əlbəttə, axirətdə bunların bənzərlərini yaratmağa da gücü çatdığını açıqlamışdı. Peyğəmbərimiz (səv) bu əhəmiyyətli həqiqəti qövmünə belə bildirmişdi:

De: “Yer üzünü gəzib dolaşın və Allah’ın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir”.(Ənkəbut surəsi, 20)

Peyğəmbərimizin (səv) insanlara Allahın hər cür əskiklikdən münəzzəh olduğunu, heç bir şeyə ehtiyac duymadığını təbliğ etdiyini göstərən ayələrdən bəziləri belədir:

De: “Mən göyləri və yeri Yaradan Allah’dan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir”. De: “Mənə Allah’a təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma." De: “Əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram”. (Ənam surəsi, 14-15)

Allahın bənzərinin olmayacağı və Rəbbimizin hər şeyin tək sahibi olduğu Quranda belə bildirilib:
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 16)

Hz. Muhəmməd (səv) Allahın varlığını bildikləri halda Onun üstün qüdrətini düşünməyən, bu səbəbdən Onun böyüklüyünü təqdir edə bilməyən qövmünə Allahın varlığını və böyüklüyünü bəyan etmişdi. Bunun ardınca onları nəsihət dinləməyə və qorxub çəkinməyə dəvət etmişdi:
De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”Onlar: “Allah’ındır!” – deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?”De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”Onlar: “Allah’dır!” – deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allah’dır!” – deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (Muminun surəsi, 84-89)

Peyğəmbərimiz (səv) insanlara tək doğru yolun Allahın yolu olduğunu bildirmişdir

İnsanların bir qismi özlərinə azğın, batil inanc və zərərli fikir və üsullarla, yanlışlarla dolu yolları seçirlər. Bunların hər biri insanlara dünyada və axirətdə itkidən başqa bir şey vermir. Peyğəmbərimiz (səv) isə insanları ən şərəfli və gözəl olan yola - Allahın yoluna çağırmış, insanların dünyada və axirətdə qurtuluşlarına vəsilə olmaq üçün böyük səy göstərmişdi.

De: “Biz Allah’ı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allah’ın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq." (Ənam surəsi, 71)

Peyğəmbərimiz (səv) hədislərində də ən doğru yolun Allahın və Rəsulunun yolu olduğunu ifadə etmişdi:

“Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Muhəmmədin yoludur”. 34

Peyğəmbərimiz (səv) insanları şirkdən çəkindirmişdi

Peyğəmbərimizin (səv) insanları çəkindirdiyi ən əhəmiyyətli mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi, hz. Muhəmməd (səv) insanlara daima Allahın tək ilah olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə sahib olmadığını söyləmiş və müşrikliyə qarşı onları xəbərdar etmişdir. Bir çox ayədə Peyğəmbərimizə (səv) insanları şirkə qarşı tənbeh etməsi xəbər verilmişdi. Bu ayələrdən bəziləri belədir:

De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allah’a tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.(Yusuf surəsi, 108)

De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!” De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!” De: “Həqiqətən, məni Allah’dan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!" (Cin surəsi, 20-22)

De: “Mənə, dini yalnız Allah’a məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur."Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.De: “Mən dinimi məhz Allah’a məxsus edərək yalnız Ona ibadət edirəm."Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!” (Zumər surəsi, 11-15)


"Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml surəsi, 64)


Heç Allah’la yanaşı başqa bir məbudmu var? De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml surəsi, 64)

 

 

 

 

Qövmünə Allahın tək ilah olduğunu xatırladan hz. Muhəmməd (səv) eyni zamanda Allaha ortaq qoşduqlarının heç bir şey yarada bilməyəcəyini, kimsəyə zərər və ya fayda verə bilməyə güclərinin yetməyəcəyini də müxtəlif yollarla təbliğ etmişdi. Bu mövzu barədə ayələrdən bəziləri belədir:

De: “Allah’dan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər”. (İsra surəsi, 56)

De: “Bir deyin görək, sizin Allah’dan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”. (Əhkaf surəsi, 4)

De: “Allah’dan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allah’a yardımçı olanı da yoxdur. (Səba surəsi, 22)

De: “Allah’dan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər." (Fatir surəsi, 40)

İnsanların bir çoxu Allahın varlığını qəbul edir, ancaq Allahın gücünü və böyüklüyünü təqdir edə bilmir, Allahdan başqa varlıqların ona yarar gətirə biləcəyini zənn edir, tək dost və yardımçısının Allah olduğunu qavramır. Peyğəmbərimiz (səv) isə qövmünə bu həqiqətləri izah etmiş və onları şirkdən təmizləməyə çalışmışdı. Ayələrdə belə buyurulur:



Mustafa Rakım Efendi. 1797. “Allahı tənzih edirəm və Ona həmd edirəm. Ondan başqa ilah yoxdur” And olsun ən böyükdür və Allahdan başqa qüvvət yoxdur.

Peyəmbərimizin (səv) xatırlatdığı bu həqiqəti unutmayan möminlər çətinliklə qarşılaşmadan da özlərinə yardım edən, sıxıntı və çətinlikləri aradan qaldıran yeganə gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”" De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”. (Ənam surəsi, 63-64)

“(Ən böyük günah) Allah səni yaratmış ikən Ona şərik qoşmağındır”. 35

Peyğəmbərimiz (səv) başqa ifadəsində isə Allahın şirkdən başqa bütün günahları bağışlayacağını belə bildirmişdi:

Allah buyurur: “Bir insan bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayıram. O şirk qoşmadıqca Mən onu bağışlayaram”. 36

Peyğəmbərimiz (səv) xüsusilə gizli şirkin nə qədər vacib təhlükə olduğunu isə bu sözləri ilə açıqlamışdı:

"Mənə görə sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verimmi? O gizli şirkdir ki, bir insanın digəri qarşısında gözə girə bilmək üçün əməl etməsidir" 37

Rəsulallah hədislərində də bütün müsəlmanları şirkə qarşı xəbərdar etmişdi:
"Şirk ümmətimdə qaranlıq gecədə düz daş üzərindəki qarışqaların yerişindən daha gizlidir. Əlaməti ədalətsizliyə görə sevmək, ədalətə görə nifrət etməkdir. Din Allah üçün sevgi və Allah üçün nifrətdən başqa nədir? Əgər siz Allah'ı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin." (38) 38


De: “Allah’dan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər”.
(Nəml surəsi, 65)

 

 

 

 

Peyğəmbərimiz (səv) qeyb haqqında məlumatın sadəcə Allaha aid olduğunu açıqlamışdı

Quranda “qeyb” sözü insanların bilmədikləri, görmədikləri gizli olan şeyləri ifadə etmək üçün istifadə edilib. Məsələn, gələcəkdə olacaq hadisələr bizim üçün qeybə aid məlumatlardır. Ancaq gələcəyə dair bütün məlumatlar hər insanın, hər ölkənin, hər binanın, hər əşyanın gələcəyi hər anı ilə birlikdə Allah Qatında bilinir. Peyğəmbərimizə (səv) qeyb məlumatının sadəcə Allaha aid olduğunu insanlara açıqlaması belə bildirilir:
"De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”" (Kəhf surəsi, 26)

De: “Allah’dan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər. (Nəml surəsi, 65)

"De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”." (Səba surəsi, 48)

Rəsulallaha müəyyən zamanlarda qeyb barədə bəzi şeylər soruşulduqda onlara bu cavabı verirdi:
“Bilmirəm. Mən qulam. Mövlam nəyi bildirərsə onu bilərəm. Onun bildirmədiyini bilmərəm…” "39


Peyğəmbərimiz (səv) insanlara Allahın ən gizli danışıqları belə bildiyini xatırlatmışdı.

Bəzi insanlar pislik düşündükdə, ya da tərəfdarları olan insanlarla pis planlar qurduqda, qeybət edəndəbunları insanlardan gizlədiklərini zənn edirlər. Halbuki, Allah hər insanın bütün düşündüklərini, ağlından keçirdiklərini, iki insan arasında keçən söhbəti, göydə və yerdə olan hər şeyi bilir. İnsanın anbaan etdiyi hər şeyə şahiddir və hər insan gizli-gizli etdiyini və ya danışdığını zənn etdiyi hər şeyin hesabını axirətdə verəcək. Bəlkə o insan etdiyi o pislik dolu danışığı unudacaq, ancaq Allah insanların unutduqları hər şeyi hesab günündə onların önlərinə gətirəcək.

Peyğəmbərimiz (səv) də bu mövzuya diqqət çəkərək insanları verəcəkləri hesab üçün xəbərdar etmişdi. Bu mövzudakı ayələrdən bəziləri belədir:

De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir." (Ali İmran surəsi, 29)

De: “Mənimlə sizin aranızda Allah’ın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir”.(İsra surəsi, 96)

“Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm." Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.” (Ənbiya surəsi, 109-110)

De: “Siz dininizi Allah’amı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir. (Hucurat surəsi, 16)

Peyğəmbərimiz (səv) insanlara Quranın Allah qatından endirildiyini açıqlamışdı

Peyğəmbərimizin (səv) dövründə və sonrakı dövrlərdə də Quranın haqq kitab olduğunu inkar edənlər olmuşdu və bu insanlar Quranı Peyğəmbərimizin (səv) yazdığını iddia edəcək qədər hədlərini aşmışdılar. Halbuki Quranın insan əli ilə yazılmadığı çox aydındır. Allah'ın sözü olan Quran içində bir çox möcüzəyə, insanların anlaya bilməyəcəyibənzərsiz hikmətə sahibdir. Peyğəmbərimiz (səv) də insanlara bu həqiqəti xatırlatmış və Quranı Allah'ın göndərdiyini bildirmişdi. Bu mövzuya aid ayələrdən bəziləri belədir:

De: “Onu göylərdə və yerdə olan sirləri bilən Allah nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!” (Furqan surəsi, 6)

De: “Bir deyin görək, əgər Quran Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, bunu necə başa düşmək olar?! Elə isə haqdan uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər?” (Fussilət surəsi, 52)

Qurani Kərimin ilk orijinal nüsxəsi (Qədir surəsi) Topkapı sarayında göstərilməyən arxiv bölməsində mövcuddur.

Quranın insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allah'ın özündə sonsuz hikmətləri ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran nəinki bir insanın, bütün insanların və cinlərin belə bir araya gəlib yaza bilməyəcəkləri kitabdır. Hz. Muhəmmədə (səv) bu mövzu ilə əlaqəli olaraq qövmünə bunları bildirməsi əmr edilmişdi:

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)

Yoxsa: “Muhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allah’dan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” (Yunus surəsi, 38)

Peyğəmbərimiz (səv) digər hədislərində isə Quranın Allahın sözü olduğunu belə qeyd etmişdi:
“Quran Allah Azzə və Cəllənin kəlamıdır. Elə isə, Quran sahibi Rəbbinin qadağan etdiklərini etməmək surəti ilə ona təzim (hörmət) etsin”. 40


Bu Kitab Qüdrətli və Müdrik Allah
tərəfindən nazil edilmişdir.
(Zumər surəsi, 1)
“Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allah’ın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.”
(İbrahim surəsi, 1)

 

 

 

 

Peyğəmbərimiz (səv) Quranın müsəlmanlar üçün müjdə və hidayət rəhbəri olduğunu bildirmişdi

Peyğəmbərimiz (səv) Quranın insanları hidayətə qovuşdurduğunu söyləmiş və onlara Quranı özlərinə rəhbər etmələrini nəsihət etmişdi. Bu mövzu ilə əlaqəli ayələrdən bəziləri belədir:

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102)

De: “Əgər mən haqq yoldan çıxsam, öz əleyhimə çıxmış olaram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vəhyə görədir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”. (Səba surəsi, 50)

Peyğəmbərimizin bir hədisində Quranın qurtuluşa aparan rəhbər olduğu belə açıqlanır:
“Kim Quranı önünə alarsa Quran onu cənnətə aparar. Kim də arxasında qoyarsa onu cəhənnəmə sürükləyər”. 41

Peyğəmbərimiz (sav) hesab günü kimsənin başqasının günahını yüklənməyəcəyini bildirmişdi

Cahil cəmiyyətlərdə yayılmış azğın inanclardan biri də bir kimsənin digərinin günahını yüklənə biləcəyini güman etmələridir. Məsələn, dostlarının bir ibadəti yerinə yetirməsinin qarşısını alır və onlara "mən sənin günahını yüklənərəm" deyirlər. Bu insan, əlbəttə ki, bir ibadətin qarşısını almağın günahını alır, ancaq qarşısındakı insan da bu ibadəti yerinə yetirməməyin günahını qazanacaq. Hesab günündə hər kəs sadəcə öz etdiklərindən məsul olacaq. Heç kimdən başqalarının günahları soruşulmayacaq. Heç kim dəheç kimin günahını yüklənməyəcək. Allah hz. Muhəmmədə (səv) bu mövzunu belə açıqlamasını bildirmişdi:

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi, 164)
Peyğəmbərimiz (səv) "Heç kim heç kimin günahını çəkməz" 42 sözləri ilə də xalq arasındakı bu batil inanca açıqlama gətirmişdi.

Peyğəmbərimiz (səv) qövmünə özlərindən əvvəlkilərin başlarına gələnlərdən bəhs edərək ibrət almalarını nəsihət etmişdi

Tarix boyunca Allah'a, dinə və Allah'ın elçilərinə qarşı gələn cəmiyyətlər hər zaman həlak olaraq yox olmuş, hətta özlərindən sonra heç bir şey qalmayacaq şəkildə izləri itmişdi. Bu cəmiyyətlərin məruz qaldıqları sonluğu bütün insanlar özlərinə ibrət götürməlidirlər və Allah'ın qəzəblənməsindən qorxub çəkinərək Allah'a yönəlməlidirlər.
De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”. (Nəml surəsi, 69)
De: “Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu”. (Ənam surəsi, 11)


“…Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır.”
(Əzab surəsi, 6)

 

 

 

 

De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allah’a şərik qoşanlar idi”. (Rum surəsi, 42)

Peyğəmbərimiz (səv) yuxarıdakı ayələr əsasında bir sözündə "Ey qövmüm diqqətli (ağır) olun. Sizdən əvvəlki ümmətlər bu etdiyiniz şeylə həlak oldu. Peyğəmbərlərinə qarşı ixtilaf etdiklərinə görə və kitablarının bəzisini bəzisinə qarışdırmaları səbəbindən" 43 bildirərək ətrafındakıları keçmişdəkilərin başlarına gələnlər ilə xəbərdar etmişdi.

İnsanlara ölümü xatırlatmışdı

Axirətin varlığına inanmayan və ya şübhə edən insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Ölümlə birlikdə hər şeylərini itirəcəklərini düşündükləri və dünyaya böyük ehtirasla bağlı olduqları üçün ölümü qətiyyən düşünmürlər. Halbuki, hər insan Allahın onun üçün qədərində təqdir etdiyi vaxtda öləcək və bundan əsla qaçış yolu tapmayacaq. Peyğəmbərimiz də bu insanlara ölümdən qaçışın özlərinə fayda verməyəcəyini açıqlamış və onların ölümdən sonrakı həqiqi həyatlarını düşünmələriüçün çalışmışdı.


“Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara müxtəlif cür izah etdik ki, bəlkə küfrdən əl çəkələr.”

(Əhqaf surəsi, 27)

 

 

 

 

De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçırsınızsa, bu qaçmaq qətiyyən sizə xeyir gətirməz. Belə olduğu təqdirdə siz ancaq əcəliniz çatana qədər çox az bir müddət ərzində gün-güzəran görəcəksiniz”. (Əhzab surəsi, 16)

De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz”. (Səba surəsi, 30)

Peyğəmbərimiz (səv) ölümün düşünülməsini də tövsiyə etmiş və belə demişdi:

“Ölümü ən çox zikr edən və özlərinə gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlığı görənlərdir. Məhz ağıllılar bunlardır”. 44

Qiyamət saatı haqqında məlumatın sadəcə Allah'a aid olduğunu açıqlamışdı

İnsanların maraqlandıqları mövzulardan biri qiyamət saatının nə vaxt gələcəyidir. Halbuki, Allah qiyamət saatının Özündən başqa heç kimin bilməyəcəyini bildirmiş və hz. Muhəmmədə (səv) bu mövzuda ona verilən suallara belə cavab verməsini əmr etmişdi:

“Camaat sənə o Saat barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır.” (Əhzab surəsi, 63)

De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm”. (Cinn surəsi, 25)

Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.” (Ənbiya surəsi, 109)

Cəhənnəmdə bəzi şəxslərin sonsuza qədər qalacağını bildirmişdi

Cahil cəmiyyətlərdə yayılan batil inanclardan biri cəhənnəmdə müəyyən müddət qalıb çıxılacağıdır. Halbuki, Allah cəhənnəm əzabının bəzi şəxslər üçün sonsuza qədər davam edəcəyini bildirmişdi. Peyğəmbərimiz də (səv) Allah'ın əmrinə riayət edərək cəhənnəmdə bir müddət qalınacağını iddia edənlərə Allah'ın diləməsindən başqa insanların bəzilərinin cəhənnəmdə sonsuza qədər qalacaqlarını xəbər vermişdi:

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allah’dan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allah’a qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)



(Şəkil) “Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.”

(Tövbə surəsi, 109)

Peyğəmbərimiz (səv) bir ifadəsində cənnət və cəhənnəmlə bağlı bunları bildirmişdir:
“Cənnətliklər cənnətdə, cəhənnəmliklər də cəhənnəmdə olduqları zaman ölüm gətirilir. Cənnətlə cəhənnəmin arasına qoyulub orada kəsilir. Sonra bir carçı səs edər: “Ey əhli-i cənnət! Artıq əbədiyyət var! Ölüm yoxdur! Ey əhli-i nar! Artıq əbədiyyət var, ölüm yoxdur” Cənnətliklərin sevinci bununla daha da artar. Cəhənnəmliklərin də hüznü artar”. 45

Allah'ı ən gözəl isimləri ilə anmamızı söyləmişdi.

Daha əvvəl də qeyd edildiyi kimi Peyğəmbərimiz (səv) təbliğ edərkən, bir şeyi açıqlayarkən, dua edərkən Allah'ı təsbeh edərdi. Onu ən gözəl isimləri ilə ucaldardı. Peyğəmbərimizin (səv) insanları bu gözəl rəftara dəvət etməsi belə əmr edilmişdi:

De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allah’a həmd olsun!” Onu tərifləyərək uca tut. (İsra surəsi, 110-111)

Peyğəmbərlər arasında ayrı seçkilik etməməyi xatırlatmışdı

Peyğəmbərimiz (səv) Allah'ın əmrinə uyğun olaraq Allah'ın göndərdiyi peyğəmbərlər arasında heç bir fərq qoymamağı bildirmiş və hədisində “Peyğəmbərləri bir-birinə təfdil (birini digərindən üstün görmək) etməyin.” 46 deyə buyurmuşdu. Peyğəmbərlərimizin hamısı Allah'ın sevdiyi, dost bildiyi, güvəndiyi, cənnəti ilə müjdələdiyi mübarək, müqəddəs, təqva sahibi insanlardır. Bütün peyğəmbərlər Allah'ın dinini insanlara təbliğ etmiş, qarşılaşdıqları hər kəsi hz. Muhəmməd (səv) kimi Allah'ın yoluna çağırmışlar. Bu Peyğəmbərimizin (səv) bizə bildirdiyi çox vacib davranış və inancdır. Quranda isə bu mövzuya belə yer verilib:


“Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.”
(Ənbiya surəsi, 73)

 

 

 

 

De: “Biz Allah’a, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” (Ali İmran surəsi, 84)

Deyin: “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Peyğəmbərimiz (səv) insanları gözəl əxlaqa çağırmışdı

Peyğəmbərimiz (səv) bütün aləmə örnək olan əxlaqa sahib idi və insanları da gözəl əxlaqlı olmağa çağırmış, onlara Allah'ın razı qalacağı əxlaqın və davranışların necə olmalı olduğunu açıqlamışdı. Quranda Peyğəmbərimizə (səv) gözəl əxlaqla bağlı insanlara xatırlatması əmr edilən bəzi ayələr bunlardır:

De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allah’ın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.” (Ənam surəsi, 151-152)

De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allah’ın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allah’ın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf surəsi, 33)

Peyğəmbərimizin (səv) gözəl əxlaqı tövsiyə etdiyi hədislərindən bəziləri isə belədir:

“Rəbbim mənə 9 şeyi əmr etdi: Gizli halda da, açıq halda da Allah'dan qorxmağımı, əsəbi və sakit halda da ədalətli söz söyləməyimi, kasıblıqda da, varlılıqda dainfaq etməyimi, məndən ayrılana da sila-ı rəhm (dostluq) etməyimi, məni məhrum edənə də verməyimi, mənə zülm edəni bağışlamağımı, susqunluğumun təfəkkür halı olmasını, danışığımın zikr olmasını, baxışımın ibrət olmasını, mərufu (doğru və gözəl olanı) əmr etməyimi". 47
“Sənə zülm edəni bağışla. Səndən küsənin yanına get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə”. 48
“Harada olursan ol Allahdan qorx və pisliyin ardınca yaxşılıq et, bu onu yox edər. İnsanlarla gözəl əxlaq ilə rəftar et.” 49
“İnsanlarla gözəl əxlaq ilə rəftar et”. 50

Peyğəmbərimiz (səv) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdi:
“Sirkə balı xarab etdiyi kimi pis xasiyyət də əməli puç edər”. 51
“Möminin şərəfi dini,əsaləti gözəl əxlaqı, mürüvvəti də ağlıdır”. 52

Peyğəmbərimiz (səv) insanları təkəbbürlənməyə qarşı xəbərdar etmişdi

Peyğəmbərimiz (səv) təkəbbür və qürurlanmağın pis əxlaq xüsusiyyəti olduğunu və təkəbbürlü insanların cəhənnəmlə qarşılaşa biləcəklərini bildirmişdi. Onları bu böyük təhlükəyə qarşı da xəbərdar etmişdi. Peyğəmbərimiz (səv) hər vəziyyətdə təvazökarlığı, sevgi dolu, şəfqətli rəftarı ilə insanlara ən gözəl nümunə olmuşdu. Peyğəmbərimizin (səv) təkəbbür haqqındakı xəbərdarlıqlarından bəziləri bunlardır:

“Allah Təala Həzrətləri gözəldir, gözəlliyi sevir. Təkəbbür isə haqqın dəyərsiz edilməsi, insanların xor görülməsidir”. 53

“İnsan özünü xalqdan üstün görüb uzaq tuta-tuta cəbbarlar sırasına keçir və onların başına gələn müsibətə düçar olur”. 54

Peyğəmbərimiz (səv) ataları və ailələri ilə öyünən və buna görə təkəbbürlənən insanları da xəbərdar etmiş və belə demişdi:

“İnsanlar ya cəhənnəm kömüründən başqa bir şey olmayan ölmüş əcdadları ilə öyünməkdən əl çəkərlər, ya da Allah Qatında burnu ilə murdar kütlə yuvarlayan may böcəyindən daha aşağı səviyyəyə düşərlər. Allah Təala sizdən cahillik təkəbbürünü təmizlədi. Artıq o müttəqi mömin və ya bədbəxt facirdir (günahkardır). İnsanların hamısı hz. Adəmin övladlarıdır. Adəm isə torpaqdan yaradılmışdır”. 55

Peyğəmbərimiz (səv) səhabələrinə hər zaman gözəl geyinmələrini, səliqəli və xoş görünmələrini tövsiyə etmişdi. Ancaq, eyni zamanda, onlara geyimlərinə və ya gözəlliklərinə görə təkəbbürlənən insanın dünyada və axirətdə alçalacağını da xatırlatmış, hər şəraitdə təvazökar olmalarını söyləmişdi. Bu sözlərindən biri belədir:



Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.
(Səba surəsi, 28)

“Bir insan nəfsinin bəyəndiyi paltarları geyinib saçlarını da düzəldib gedərkən yeridiyi anda təkəbbürə düşdü və birdən yerə batdı. Qiyamət qopana qədər orada çətinliklə batmağa davam edəcək”. 56

Peyğəmbərimizin (səv) infaq mövzusu ilə əlaqəli açıqlamaları

İnfaq etmək insanın malını və canını Allahın yolunda, Allahın razı qalacağı şəkildə sərf etməsidir. Ətrafındakı insanlar Peyğəmbərimizə (səv) infaq ilə bağlı bəzi suallar vermişlər və o da onlara infaqın necə edildiyini açıqlamış və onları infaq etmək üçün şövqləndirmişdi. Quranda Peyğəmbərimizə (səv) infaq mövzusunda söyləməsi bildirilən ayələr bunlardır:

“Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.”(Bəqərə surəsi, 215)

Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 219)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, istədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səba surəsi, 39)


“Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatə edəndir, Biləndir.”
(Bəqərə surəsi, 261)

 

 

 

 

Peyğəmbərimizin müsəlmanları xəsislikdən çəkindirən, onlara comərdliklə infaq etmələrini xatırladan sözlərindən bəziləri belədir:

“Zülm etməkdən çəkinin. Çünki zülm qiyamət günü qaranlıqlar olacaq. Xəsislikdən də çəkinin, çünki xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birilərinin qanını tökməyə, haramlarını halal etməyə sövq etmişdi”. 57

“Kasıbları sevin və onlara yaxın olun. Siz onları sevsəniz, Allah da sizi sevər. Siz onlara yaxın olsanız, Allah da sizə yaxın olar. Siz onları geyindirsəniz, Allah da sizi geyindirər. Siz onları yedirsəniz, Allah da sizi yedirdər. Siz comərd olun ki, Allah Təala da sizə qarşı comərd olsun”. 58

Hz. Muhəmməd (səv) cinlərin də peyğəmbəri idi

Quranın 72-ci surəsi olan Cin surəsində Allah cinlərin də hz. Muhəmmədin (səv) təbliğini və Quranı dinlədiklərini və bəzilərinin müsəlman olaraq Peyğəmbərimizə (səv) tabe olduqlarını bildirir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir:

"De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!" O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq." (Cinn surəsi, 1-2)

Allah Cinn surəsində müsəlman olan cinlərin belə dediklərini bildirir:

“Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.” (Cinn surəsi, 13-14)

Bu cinlər içlərindən bir qisminin Allaha qarşı yalan söyləyərək batil inanclar uydurduqlarını ifadə edirlər. Cinlərin əvvəllər inandıqları bu batil dinin xüsusiyyəti Cinn surəsində belə bildirilir:
"Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır."Bizim səfehimiz İblis Allah’a qarşı hədsiz yalanlar danışır."Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allah’a iftira atmazlar."(Cinn surəsi, 3-5)

Bir başqa ayədə Peyğəmbərimiz (səv) ibadət üçün qalxdıqda cinlərin ətrafında toplanıb çəpər yaratdıqları bildirilir:

Allah’ın qulu qalxıb Allah’a dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar. (Cinn surəsi, 19)


“Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”.
(Zəriyət surəsi, 55-56)

 

 

 

 

Ayələrdən də göründüyü kimi, hz. Muhəmməd (səv) bütün insanlara və bütün cinlərə peyğəmbər olaraq göndərilmişdi. Quran da həmçinin həm insanlar, həm də cinlər üçün yol göstəricidir.


“Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allah’ın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.”
(Ənfal surəsi, 24)
“Ey iman gətirənlər! Allah’dan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.”
(Hədid surəsi, 28)

 

 

 

 

Peyğəmbərimizin (səv) inkar edənlərə xəbərdarlıqları

Quranı və hz. Muhəmmədin (səv) peyğəmbərliyini inkar edənlər Peyğəmbərimizə (səv) bir çox çətinliklər yaşatmışlar. Onun təbliğ fəaliyyətlərinə mane olmağa, hətta onu öldürməyə, həbs etməyə, sürgün etməyə çalışmışlar. Ancaq Peyğəmbərimiz (səv) hər dəfə onlara Allah'ın gücündən, varlığından, özünün haqq elçi və Quranın da haqq kitab olduğundan bəhs etmiş, onları axirət əzabı ilə xəbərdarlıq edib qorxutmuşdu. Ancaq Peyğəmbərimiz (səv) fəthdən sonra belə inkarcılara qarşı təzyiq göstərməmiş, heç kəsi zorla dini qəbul etməyə məcbur etməmiş, hər kəsin öz inancını yaşamaqda sərbəst olduğunu açıqlamışdı. Bu mövzudakı bəzi Quran ayələri belədir:

“Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.” (Yunus surəsi, 41)

De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?”Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm."Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.” Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür”.Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 108-112)

De: “Ey qövmüm! Əlinizdən gələni edin. Mən də edəcəyəm. Yurdun aqibətinin (Axirət evinin) kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. (Ənam surəsi, 135)


“Çünki onlar səni heç bir vəchlə Allah’dan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.”
(Casiyə surəsi, 19)

 

 

 

 

İnkarçılarla lazımsız mübahisələr etməmişdi

Peyğəmbərimizin (səv) hər sözündə və hər davranışında Allaha olan güvənini, təslimiyyət və bağlılığını görmək mümkündür. Peyğəmbərimiz (səv) ən çətin zamanlarda belə Allahın mütləq yardım edəcəyindən, möminlərin qalib gələcəyindən və inkar edənlərin ziyana məruz qalacaqlarından əmin idi. Ona Quranda söyləməsi əmr edilən bu ayələr də buna nümunədir:

“Buna görə də sən tovhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allah’ın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”.” (Şura surəsi, 15)

İnkarçıları tövbə etməyə çağırmışdı

Allah sonsuz mərhəmətli, şəfqətli və bağışlayandır. Allah Quranda hər qulunun tövbəsini qəbul edəcəyini, bir insan əl çəkdiyi təqdirdə günahlarını bağışlayacağını müjdələmişdir. Peyğəmbərimiz (səv) də inkar edənlərə Allah'ın bu müjdəsini çatdırmışdı:

“Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.”(Ənfal surəsi, 38)

Peyğəmbərimiz (səv) hədislərində də insanlara hər zaman tövbə edə biləcəklərini belə xatırlatmışdı:
“Tövbə qapısı açıqdır. Günəş qərbdən doğana qədər bağlanmaz". 59


“Buna görə də sən tovhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allah’ın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir…””
(Şura surəsi, 15)

 

 

 

 

İnkar edənlərə mütləq məğlub olacaqlarını bildirmişdi

Peyğəmbərimizin (səv) hər sözündə və rəftarında Allaha olan etibarını, təslimiyyət və bağlılığını görmək mümkündür. Peyğəmbərimiz (səv) ən çətin vaxtlarda belə Allahın mütləq kömək edəcəyindən, möminlərin qalib gələcəyindən və inkar edənlərin ziyana uğrayacağından əmin olmuşdu. Ona söyləməsi əmr olunan Qurandakı bu ayələr də bunun bir nümunəsidir:

Kafirlərə de: “Siz məğlub olacaq və Cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali İmran surəsi, 12)

Peyğəmbərimiz bir hədisində belə buyurub:
“Sizə vəd edilən mütləq yerinə yetəcək. Siz Allahı aciz qoya bilməzsiniz”. 60

İnkar edənlərə Axirətin varlığını xatırladaraq onları xəbərdar etmişdi

İnkar edənlərin ən gözə çarpan xüsusiyyətlərindən biri axirətin varlığına inanmamalarıdır. Peyğəmbərimizin (səv) dövründə də inkar edən insanlar axirətdə yenidən dirildiləcəklərinə inanmamışdılar. Peyğəmbərimiz (səv) isə onların iddialarına ən hikmətli və əsaslı şəkildə cavab vermişdi. Quranda Peyğəmbərimizə (səv) bu hikmətli ayələri söyləməsi əmr edilmişdi:

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”De: “İstər daş olun, istər dəmir və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?” – deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” (İsra surəsi, 49-51)

“Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı dirildiləcəklər?”De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”. (Saffat surəsi, 16-18)
Peyğəmbərimiz (səv) bəlkə bu insanlar inkarlarından əl çəkər və iman gətirərlər deyə onlara axirətin dünya həyatından daha xeyirli və üstün olduğunu xatırlatmışdı. Onun bu sözlərindən bəziləri belədir:

“Dünya nəğd verilən maldır. Yaxşı da, pis də ondan nəsibini alır. Axirət isə sadiq vəddir. Orada Qadir olan Məlik hökm edir. Haqq bərqərar olur. Batil isə puç olur. Ey insanlar, axirət övladı olun, dünya övladı olmayın. Çünki övlad anaya tabedir (Yəni dünya övladı olsanız, dünya kimi məhv olmağa layiq olarsınız). Allah qorxusu ilə əməl edin. Bilin ki, əməlləriniz sizlə üzləşəcək və sizlər mütləq Allaha qovuşacaqsınız. Kim zərrə qədər xeyir işlərsə, onu görəcək və kim də zərrə qədər şər işlərsə, onu görəcək”. 61


“Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”
(Zumər surəsi, 15)

“Kafirlərin malları da, övladları da onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.”
(Ali İmran surəsi, 116)

 

 

 

 

İnkar edənləri cəhənnəm ilə xəbərdar etmişdi

“Mənim əlimdən gələn ancaq Allah’ı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allah’a və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”. (Cinn surəsi, 23)
Peyğəmbərimiz (səv) cəhənnəmi uzaq görənlərə cəhənnəmdəki əzabı ətraflı şəkildə təsvir etmiş, Quranda bildirilənlərə əsasən inkar edənlərin cəhənnəmdəki vəziyyətlərindən, əzabdan qurtulmaq üçün necə yalvaracaqlarından bəhs etmiş və insanların cəhənnəmdən qorxub çəkinmələrinə vəsilə olmaq üçün səy göstərmişdi.

İnkar edənlərə qarşı qəti və əmin üslubdan istifadə etmiş və onlara tabe olmayacağını bildirmişdi

O dövrdəki inkarçılar say və qüvvə cəhətdən daha üstün görünmələrinə baxmayaraq, Peyğəmbərimiz (səv) onların rəftarlarına və təhdidlərinə əhəmiyyət verməmiş, Quranı böyük qərarlılıqla insanlara izah etmiş və doğru yoldan əsla dönməyəcəyini açıq və qəti şəkildə bildirmişdi. Qərarlılıq və səbir möminlərə aid olan əhəmiyyətli xüsusiyyətdir və hər müsəlman Peyğəmbərimizin (səv) qərarlılığını və əzmini örnək götürməlidir. Bu mövzu ilə əlaqəli bəzi ayələr belədir:

De: “Allah’dan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”.De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allah’a məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”. (Ənam surəsi, 56-57)

De: “Ey kafirlər!Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.Sizin dininiz sizə, mənim dinim də mənədir!”(Kafirun surəsi, 1-6)


De: “Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz” ”
(Zumər surəsi, 39)

 

 

 

 

Peyğəmbərimizin (səv) Kitab əhlinə etdiyi xatırlatmalar

Peyğəmbərimiz (səv) Kitab əhlini də ən gözəl şəkildə xəbərdar etmiş, onların təhrif edilmiş, şirk içində olan dinə deyil, Allah’ın son vəhyinə inanmalarını təbliğ etmişdi. Peyğəmbərimiz (səv) inkarçılar kimi Kitab əhlinə də heç bir təzyiq göstərməmiş, onlara sadəcə nəsihət vermişdi.

Kitab əhlinin ən gözəçarpan xüsusiyyətlərindən biri, əsasən də, yəhudilərin özlərini Allahın sevgili qulları olaraq görmələri və özlərindən başqa heç kimin cənnətə girə bilməyəcəyini iddia etmələridir. Yəhudilərin bu iddialarına Quranda bir çox ayədə yer verilmişdir. Peyğəmbərimizin (səv) isə onların bu əsassız, heç bir dəlillə dəstəklənməyən iddialarına verdiyi qarşılıq Quranda belə bildirilir:

Onlara: “Allah’ın nazil etdiyinə inanın!” – deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq” – deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allah’ın peyğəmbərlərini öldürürdünüz?” (Bəqərə surəsi, 91)

De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!”Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.(Bəqərə surəsi, 94-95)

Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Bəqərə surəsi, 111)

Yəhudilər və xaçpərəstlər: “Biz Allah’ın oğulları və Onun sevimliləriyik” – dedilər. De: “Onda nə üçün Allah sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allah’a məxsusdur. Dönüş də ancaq Onadır.(Maidə surəsi, 18)

Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (Bəqərə surəsi, 135)

Peyğəmbərimiz (səv) möminlərə də Kitab əhli ilə danışarkən “Biz Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə inandıq deyin” 62 deyə buyurmuşdu.

“Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allah’dan daha yaxşı hökm verən kim ola bilər?”
(Maidə surəsi, 50)


Peyğəmbərimiz (səv) Kitab əhli ilə mübahisə etməmiş və onlara iman gətirmələri üçün təzyiq göstərməmişdi

Peyğəmbərimiz (səv) Kitab əhlini Allah'a şirk qoşmadan iman gətirməyə və Quran əxlaqını yaşamağa dəvət etmiş, ancaq onlardan özünə itaət etməyənlərə qarşı da çox həlim və ədalətli davranmışdır. Kitab əhlini ibadətlərini yerinə yetirməkdə sərbəst buraxmış, hər cür adətlərini tətbiq etmələrinə icazə vermiş, öz əhlinə də onlarla ədalətli davranmalarını buyurmuşdu. Bu mövzuda Peyğəmbərimizin (səv) belə dediyi rəvayət edilir:

“Kim bir zimmiyə əziyyət edərsə, mən onun şikayətçisiyəm. Mən kimin (bu dünyada) şikayətçisi olsam, qiyamət günündə də şikayətçisi olaram”. (63) (Zimmi: İslam dövləti tabeliyində olan qeyri-müsəlmanlara deyilir.)

Hz. Peyğəmbərin (səv) və onun davamçılarının müxtəlif xristian, yəhudi və digər dini qruplarla bağladıqları razılıq müqavilələrinin hər biri sənəd olaraq qorunub saxlanılır. Məsələn, Peyğəmbərimizin (səv) xristian olan İbn Harris b. Ka'b və dindaşları üçün hazırlatdığı razılıq müqaviləsində: “Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, namusu və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsraniyyət dini üzrə yaşayanlardan heç kim istəməyərək İslama icbar edilməyəcək. Xristianlardan biri hər hansı cinayətə və ya haqsızlığa məruz qalarsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər.” 64 maddələrini yazdırdıqdan sonra: “Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin” (Ənkəbut surəsi, 46) ayəsini oxumuşdu.

Quranda Peyğəmbərimizə (səv) Əhli Kitaba qarşı göstərilməli olan münasibəti qövmünə belə açıqlaması bildirilir:

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”(Bəqərə surəsi, 139)

KİTAB ƏHLİNİ DƏ ALLAHA ŞİRK QOŞMADAN İMAN GƏTİRMƏYƏ ÇAĞIRMIŞDI

Peyğəmbərimiz (səv) Kitab əhlini dinə dəvət edərkən onlara Allaha şərik qoşmamalarını söyləmiş və onları ortaq nöqtədə birləşməyə çağırmışdı:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah'dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran surəsi, 64)

De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”. (Maidə surəsi, 77)

Hz. Muhəmməd (səv) hz. Muazı (rə) Yəmənə göndərmiş və gedərkən ona Kitab əhlini hər şeydən öncə sadəcə Allaha ibadət etməyə çağırmasını söyləmişdi:
“Sən Əhli kitab qövmünə gedirsən. Onları dəvət edəcəyin ilk şey Allaha ibadət olsun…” 65


"Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir."
(Şuəra surəsi, 192)

 

 

 

 

Mənbə:

33- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 398
34- Buhari, I'tisam 2, Ebed 70; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.338
35- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s. 130
36- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 329/1
37- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 163/6
38- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 215/16
39- Molla Cami, Nefahatü'l-Üns, çev. Abdulkadir Akçiçek, İstanbul 1981, s. 325; http://www.aitco.com/~islam/islam/islam-164/trk/nefahatul_uns.htm
40- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 227/10
41- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 227/9
42- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 364/7
43- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 450/10
44- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.330
45- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 14. cilt, Akçağ Yayınları, Ankara, s.417
46- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 470/5
47- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 317
48- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 317
49- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 328
50- İbni Kesir, Sire, 4:194-195; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.507
51- İbn Hıbban; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111
52- İbn Hıbban, Hakim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111-112
53- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 24
54- Tirmizi, Birr 61, (2001); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.28
55- Ebu davud, Edeb 120, (5116); Tirmizi, Menakıb (3950, 3951); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.29
56- Buhari, Libas 5; Müslim, Libas 49, (2088); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 32
57- Muslim, Birr 56; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16. cilt, Akçağ Yayınları, Ankara, s. 357
58- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 17/15
59- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 242/2
60- Buhari, I'tisam 2, Ebed 70; Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2. cilt, Akçağ Yayınları, Ankara, s.338
61- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 184/4
62- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 42/4
63- Acluni, Keşfu'l-Hafa' II, 218
64- İbn Hişam, Ebu Muhammed Abdulmelik, (v.218/834), es-Siretü'n-Nebeviyye, Daru't-Turasi'l-Arabiyye, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, el-Vesaik, s.154-155, No.96-97; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s.95
65- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, s.327