Peyğəmbərimizin şəmaili şərifi

Saytın əvvəlki hissələrində Peyğəmbər Əfəndimizin (səv) Quran ayələrində bildirilən və bütün insanlar üçün nümunə olan gözəl əxlaq xüsusiyyətlərindən bəhs edildi.Onun ədalətli, şəfqətli, mərhəmətli, sülhsevər, mehriban, səbirli, təvəkküllü, cəsur, təvazökar və qərarlı xarakteri müxtəlif nümunələr əsasında araşdırıldı.

Quran ayələr ilə yanaşı, səhabələr tərəfindən də Peyğəmbərimizlə (səv) əlaqədar bir çox məlumat verilir. Peyğəmbərimizin (səv) ailəsi və ətrafındakı möminlərlə olan münasibəti, gündəlik həyatından nümunələr, xarici görünüşü, görənləri heyran edən heybəti (hörmətlə yanaşı, şiddətli həyəcan hissi verən halı, əzəməti), sevdiyi yeməklər, geyimi və gülüşü kimi həyatına aid hər bir şeyi İslam alimləri tərəfindən "şəmail " sözü ilə ifadə edilir. Şəmail sözü "şimal"dan törəmişdir.Bu söz "xarakter, xasiyyət, hal, hərəkət, davranış və rəftar" kimi mənalar ifadə edir.Şəmail sözü ilk başlarda daha geniş mənalar ifadə etsə də, zaman keçdikcə xüsusiləşmiş və Peyğəmbərimizin (səv) necə həyat sürdüyü ilə əlaqədar xüsusiyyətləri ifadə edən terminə çevrilmişdir.

Rəbbimizin aləmlərə üstün etdiyi bu qulunun xarakterinə və görünüşünə dair bildirilən hər bir xüsusiyyət onun üstün əxlaqının göstəricisidir.Peyğəmbərimizin (səv) şəmailinin izah edildiyi bu hissənin hazırlanmasındakı məqsəd onun müxtəlif qaynaqlarda bildirilən gözəl xüsusiyyətlərini araşdırıb nümunə götürməkdir.

Peyğəmbərimizdə (səv) təzahür edən gözəlliklər

Peyğəmbərimizin səhabələri bu mübarək insanın xarici görünüşünün gözəlliyi, heyranedici heybətindən nuruna və duruşuna, gülüşünə qədər Allah`ın onda təzahür etdiyi müxtəlif gözəlliklər haqqında bir çox məlumatı bizlərə çatdırıblar.Sayca çox olan səhabələr bu gözəllikər haqqında müxtəlif məlumatlar vermiş, Peyğəmbərimizlə eyni zamanda yaşamayan müsəlmanlara Allah`ın Rəsulunu bir çox cəhətdən tanıtmışlar. Bəzi səhabələr Peyğəmbərimiz haqqında ümumi danışmış, bəziləri isə ətraflı məlumatlar vermişlər. Bunlardan bəziləri belədir:

Peyğəmbərimizin xarici görünüşü və gözəlliyi

Səhabaləri Peyğəmbərimizin gözəlliyini belə izah edir:

“Allahın Elçisi səllallahu əleyhi və səlləm çox yaraşıqlı və cazibədar idi.Mübarək üzü ayın on dördündəki bütöv ay kimi parlayırdı...Burnu çox gözəl idi...Gur saqqallı, iri gözlü, düz yanaqlı idi. Ağzı geniş, dişləri inci kimi parlaq...Boynu sanki bir gümüş silsiləsi idi...Kürəyi enli, çiyni böyük idi...” 66

Ənəs b. Malik (rə) izah edir:

“Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa idi. Bədəni də nə çox ağ, nə də qara idi. Saçları isə nə düz, nə də buruq idi.Qırx yaşı olanda Allah Təala Onu peyğəmbər olaraq göndərdi. Peyğəmbər olduqdan sonra Məkkədə 10 il, Mədinədə də 10 il qaldı və 60 yaşında vəfat etdi. Bu fani həyata vida edəndə saçında və saqqalında 20 tel belə ağ saç yox idi.”67

“Rəsulullah (səv) ağ, gözəl ve mötədil (yavaş və mülayim, etidallı) idi.”68

Peyğəmbərimizin (səv) fiziki və əxlaqi gözəlliyi, mükəmməl əxlaqı, insanların ona bəslədiyi sevgi və hörmətin izah edildiyi Hilyəyi-şərif.

Ənəs ibn Malik (rə) izah edir:

“Peyğəmbərimiz (səv) orta boylu idi; uzun da deyildi, qısa da deyildi; xoş görünüşü var idi.Saçı isə nə buruq, nə də düz idi.Mübarək (İlahi xeyirin olduğu şey, bərəkətlənən, çoxalmış, xeyirli, uğurlu) üzünün rəngi isə nurani ağ idi.”69

Bəra ibn Əzib (rə) belə deyir:

“... Rəsulallahdan daha gözəl birini görmədim.Çiyinlərinə qədər uzanan saçları var idi.İki çiyninin arası geniş idi.Boyu isə nə qısa idi, nə də uzun idi.”70



Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər.

(Maidə Surəsi, 55)

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.

(Həşr Surəsi, 22)

 

 

 

 

Hz. Əlinin nəvəsi İbrahim ibn Muhəmməd (rə) belə deyir:

“Peyğəmbərimiz (səv) nə çox uzun, nə də çox qısa idi. O, orta boylu idi. Saçları nə buruq, nə də dümdüz idi, azca dalğalı idi. Mübarək üzünün rəngi qırmızıya çalan ağ, gözləri qara, kirpikləri sıx və uzun, çiyinləri iri idi... O, insanların ən səxavətlisi, ən dürüstü, ən mülayimi və ən dostcanlısı idi. Onu anidən görənlər onun heybəti qarşısında çox həyəcanlanırdılar, üstün əxlaqına bələd olan həmsöhbətləri onu hər şeydən çox sevirdilər.Onun üstünlüklərini və gözəlliklərini tanıtmağa çalışanlar “mən həm ondan əvvəl, həm ondan sonra onun kimi birini görmədim” deyərəl öz acizliklərini etiraf edirdilər.Allahın salat və salamı onun üzərinə olsun.”71

Hz. Həsən (rə) belə deyir:

“Rəsulullah yaradılışdan heybətli və möhtəşəm idi.Mübarək üzü bütöv ay kimi nur saçırdı.Orta boyludan uzun, azca uzun insanlardan qısa idi.Saçları nə buruq idi, nə də düz.Əgər öz-özlüyündə ikiyə ayrılıblarsa, onları başının iki yanına salar, elə deyilsə ayırmazdı.Uzadanda saçları qulağından aşağı keçərdi. Peyğəmbərimizin (səv) rəngi əzhərül-ləvn (çox ağ və parlaq rəng) idi, yəni nurani ağ idi. Alnı açıq idi, qaşları ayparaya bənzəyirdi, gur və bir-birinə yaxın idi.

Boynu xalis mərmərdən düzəldilən heykəllərin boynu kimi şəffaf idi. Bədəninin bütün əzaları bir-biri ilə uyğun, yaraşıqlı idi...” 72



Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik.



(Nisa Surəsi, 80)

 

 

 

 

Əbu Hüreyrə (rə) deyir:

“Həzrəti Peyğəmbər (səv) sanki gümüşdən yaradılmış kimi nurlu, ağ, saçları da azca dalğalı idi.”73

“Əfəndimiz (səv) ağ və çəhrayı qarışıq rəngdə idi.Gözləri qara, kirpikləri sıx və uzun idi.”74

“Allah Rəsulunun alnı geniş, qaşları aypara şəklində və gur idi.Qaşlarının arası açıq olub xalis bir gümüş kimi parlayırdı.Gözləri çox gözəl, bəbəkləri qapqara idi.Kirpikləri bir-birinə keçəcək şəkildə gur idi...Güləndə dişləri şimşək kimi parıldayırdı.Dodaqları çox gözəl idi...saqqalı gur idi.Boyu normal idi, nə uzun, nə qısa idi.Boynunun açıq qismi qızıl ərintili gümüş kuzə kimi parıldayırdı. Gümüşün ağını və qızılın da qırmızısını əks etdirirdi…Geniş sinəsi güzgünü, rəngi isə ayı xatırladırdı... Çiyinləri geniş, qolları və bazuları iri idi.Ovucları ipəkdən daha yumşaq idi.”75



Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir.

Allah Eşidəndir, Biləndir.


(Tovbə Surəsi, 103)

 

 

 

 

Peyğəmbərin (səv) hicrəti zamanı çadırını ziyarət etdiyi Ümmü Məbəd adlı comərdliyi, iffəti və cəsarəti ilə tanınan biri onu tanımırdı. Ancaq Peyğəmbərimizi (səv) eşitdiklərindən tanıyan yoldaşına onu belə təsvir etmişdir:

“Nur üzlü və gözəl yaradılışlı idi, zəif və incə də deyildi.Gözlərinin qarası və ağı bir-birindən yaxşıca ayrılmışdı.Saçı, kirpiyi və bığları gur idi.Səsi qalın idi.Susanda təmkinli (ciddilik, həlim və heybətli hal yaranardı), danışanda heybətli idi.Uzaqdan baxanda insanların ən gözəli və ən sevimlisi görünüşündə; yaxından baxılanda da şirin və xoş bir görünüşü vardı.Çox şirin danışırdı.Orta boylu idi, baxan kimsə nə qısa, nə də uzun olduğunu hiss edərdi.Üç adamın arasında ən gözəl görünəni və nur üzlüsü idi.Dostları həmişə onun ətrafına yığışaraq qulaq asardılar.Bir şey buyuranda da dərhal buyruğunu yerinə yetirərdilər.Danışığı dəqiq və qərarlı idi.”76

Onu görənlərin dediyi kimi, Peyğəmbərimiz (səv) çox yaraşıqlı, görənlərin nəfəsini kəsəcək qədər gözəl üzlü və gözəl əndamlı idi. Həmçinin idmançı və göz qamaşdıran fiziki quruluşu var idi və çox qüvvətli idi.

Peyğəmbərimizin (səv) şəmaili

Osmanlı dövrünün tanınmış alimlərindən olan Əhməd Cövdət Paşa Peyğəmbərin təsvir edilən xüsusiyyətlərini qısaltmışdır. Bu çalışması “Qisasi-Ənbiya” adlı əsərinin IV hissəsində, “Bəzi Əvsaf-i Səniyyə-Muhəmmədiyyə” başlığı altında reallaşmışdır:

“... Mübarək cismi gözəl, əzası həmişə mütənasib (uyğun, aralarında müntəzəm bir nisbət olan), əndamı çox geniş, alnı, sinəsi və kürəyi enli, ovucları böyük, boynu uzun, yaraşıqlı və gümüş kimi saf, çiyinləri, qolları və baldırları iri və qalın, biləkləri, barmaqları uzun, əlləri və barmaqları qalın idi. Mübarək dərisi isə ipək kimi yumşaq idi.

Kamal-i etidal üzrə başı böyük, qaşları hilal, burnu cəlbedici, üzü oval idi.

Kirpikləri uzun, gözləri iri, qara və gözəl, iki qaşının arası açıq, lakin bir-birinə yaxın idi.

O, Nəbiyyi-i Müctəba (seçilmiş, qiymətli peyğəmbər), əzhərülləvn (rəngi nurlu, parlaq) idi, yəni nə ağ, nə də qaraşın idi. Gül qırmızısına mail (bənzər) ağ və nurani olub, mübarək üzündə nur parlayardı. Dişləri inci kimi abdar (parlaq) və tabdar (işıqlı, parlaq, dalğalı) olub, danışarkən ön dişlərindən nur saçılar; gülərkən, fəm-i səadəti (səadətli ağzı) lətif (mülayim, yumşaq, nəzakətli, gözəl) şimşək kimi ziyalar (işıqlar) saçaraq açılırdı...

Aləm-i bəkaya (geridə qalanların dünyasını) rihlət (köçmək, ölmək) buyuranda saçı, saqqalı hələ təzə ağarmağa başlamışdı, başında bir az və saqqalında iyirmiyə yaxın ağ tük var idi.

Havassı (duyğular) fövqəladə kavi (möhkəm, qüvvətli) idi.Çox uzaqdan gələn səsləri eşidir və heç kimin görə bilməyəcəyi məsafədən görürdü.Xülasə, ən mükəmməl və müstəsna surətdə yaradılmış bir vücud-i məsud (xoşbəxt bədəni) və mübarək idi ... Onu qəflətən görən kimsəni sevgi bürüyərdi və onunla ülfət və musahabət (söhbətlər, görüşmələr) edən kimsə ona can-ü könüldən aşiq və mühib olardı.Əhli-i Fazla (kərəm, elm sahibi) dərəcələrinə görə ehtiram (hörmət) edərdi.Qohumlarına belə bir çox şeylər verərdi.Lakin onları özlərindən üstün (daha fəzilətli, daha layiq, daha yaxşı) olanların üzərinə təqdim etməzdi.Qulluqçularına xoş münasibət bəslərdi.Özü nə yeyər, nə geyinərdisə, onlara da onu yedirdər və geyindirərdi.

Qulluqçularına xoş münasibət bəslərdi.Özü nə yeyər, nə geyinərdisə, onlara da onu yedirdər və geyindirərdi.

Sahi (comərd, əliaçıq, hərkəsə yaxşılıq etmək istəyən), kərim (hər şeyin ən yaxşısı, faydalısı), şəfiq (şəfqətli, bağışlayan, mərhəmətli), rəhim (bağışlayan), şəci (qəhrəman, igid) və həlim (mülayim) idi.Vədlərində sabit, sözündə sadıq idi. Əlhasıl (nəticəsi) hüsn-i əxlaqca (əxlaq gözəlliyi) ve əql-ü zəkavətcə (iti zehin baxımından) bütün insanlara faiq (üstün) və hər cür mədhü sənaya (tərifə) layiq idi.

Yeməkdə, geyinməkdə qədər-i zərurət (zəruri dərəcədə) ilə kifayətlənər və ziyadəsindən (ifratından) iba edərdi (çəkinərdi).”77



Hz. Əlinin Peyğəmbərimizin (səv) üstün əxlaqını, insanları heyrətə salan gözəlliyini,

davranışındakı qüsursuzluğu anlatdığı və içində hikmətli sözlərin olduğu başqa bir Hilyəyi-şərif.

Peyğəmbərimizin (səv) nübuvvət (peyğəmbərlik) möhürü

Allah hz. Məhəmmədi (səv) seçmiş və onun “peyğəmbərlərin sonuncusu” (Əhzab surəsi, 40) olduğunu bildirmişdir.Ondan sonra heç bir peyğəmbər göndərilməyəcəkdir.Quran isə insanlara hidayət rəhbəri kimi göndərilən ən sonuncu kitabdır.Allah Peyğəmbərimizin (səv) bu bənzərsiz bu xüsusiyyətini onun mübarək bədənində bir izlə əks etdirmişdir.

İslam qaynaqlarında və rəvayətlərdə Peyğəmbərimizin (səv) kürək sümükləri arasında olan bu işarəyə “peyğəmbərlik möhürü” deyilir. Peyğəmbərimizin (səv) möhürünə bənzər peyğəmbərlik işarələrinin digər peyğəmbərlərdə də olması, amma Peyğəmbərimizinkinin (səv) daha fərqli olduğunu əl-Müstədrək tərəfindən Vəhb b. Münəbbihdən (rə) belə bildirmişdir:

“… Allah heç bir peyğəmbər göndərməmişdir ki, onun sağ əlində peyğəmbərlik xalı (şamətün-nübuvvə) olmamış olsun.Amma bizim peyğəmbərimiz Muhəmməd (səv) istisnalıq təşkil edir.Çünki Onun peyğəmbərlik xalı (sağ əlində deyil), kürək sümükləri arasındadır. Peyğəmbərimizdən (səv) bu haqda soruşduqda: “Kürək sümüyüm arasında olan bu xal məndən əvvəlki peyğəmbərlərin xalı kimidir ...” 78 demiştir.

Cabir ibn Səmürə (ra) belə bildirir:

“Mən Rəsulullahın kürək sümükləri arasında olan peyğəmbərlik möhürünü gördüm. O, göyərçin yumurtası böyüklüyündə qırmızıya çalan bir yumru idi.” 79

Hz. Əlinin nəvələrindən biri olan İbrahim ibn Muhəmməd (rə) belə deyir:

“Babam hz. Əli Peyğəmbərimizin (səv) xüsusiyyətlərini izah edərkən Rəsulullahın Hilyəsi (gözəl sifətlər, bəzək, zinət, cövhər, gözəl üz, surət, görünüş) haqqındakı hədisi uzun-uzun yada salar və: “

Kürək sümükləri arasında peyğəmbərlik möhürü var idi və O, peyğəmbərlərin sonuncusudur” deyərdi. 80

Əbu Nadrə (rə) belə deyir:

“Səhabələrdən Əbu Səid əl-Hudridən Rəsulullah Əfəndimizin peyğəmbərlik möhürünün necə bir şey olduğunu soruşdum.Mübarək kürəyində gül tumurcuğu kimi bir ət parçası olduğunu söylədi.”81

“İki kürəyi arasında peyğəmbərlik möhürü var idi. Bu möhür sağ çiyninə daha yaxın idi.” 82

Muhəmməd ibn Müsənna, Muhəmməd ibn Hazm, Şubə Simakda (rə):

“Cabir İbn-i Səmurənin belə dediyini eşitdim: “Allah`ın Rəsulu (səv) kürəyində möhür gördüm: göyərçin yuvası kimi.” 83



Peyğəmbərin (səv) saçı, saqqalı və geyim tərzi

Peyğəmbərimizin (səv) saçının uzunluğu ilə əlaqədar müxtəlif məlumatlar var. Verilən məlumatlar arasında belə müxtəlifliyin olması isə təbiidir, çünki bu məlumatları nəql edənlər Peyğəmbərimizi fərqli zamanlarda gördükləri üçün saçının uzunluğu da fərqli ola bilər. Ancaq bu məlumatlardan aydın olur ki, Peyğəmbərimiz (səv) saçını ən qısa qulağına qədər, ən çoxu isə çiyinlərinə qədər uzatmıştır.





Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən agahdır!

(Təğabun Surəsi, 8)

Ənəs ibn Malik (rə) deyir:

“Həzrəti Peyğəmbərin (səv) saçları qulaqlarının orta xəttinə qədər uzanmışdı.”84

Həzrəti Aişə (rə) anamız deyir:

"Allah Rəsulunun mübarək saçları qulaqları və çiyinləri arasında idi. Allah`ın salat ve salamı üzərinə olsun." 85

Bəra ibn Əzib (rə) deyir:

“Peyğəmbərimiz (səv) orta boylu idi.Çiyinləri da geniş idi.Saçları ise qulağını örtürdü.”86

Əbu Talibin qızı ümmü Hani (rə) deyir:

“Rəsulallah Əfəndimiz Məkkəyə gələndə evimizə gəlmişdi.Həmin vaxt mübarək başında 4 hörük var idi.” 87





Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.


(Hucurat Surəsi, 7)

Peyğəmbərimizin (səv) saçlarına ve saqqalına qulluğu

Peyğəmbərimiz (səv) təmizliyə çok əhəmiyyət verdiyi üçün saç ve saqqalına əsaslı qulluq etmişdir.Bəzi mənbələrdə onun yanında həmişə daraq, misvaq, qayçı, sürmədan kimi əşyaların olduğu bildirilir. 88Peyğəmbərimiz (səv) əshabına da bunu tövsiyyə edib və “kim saçını uzadırsa, ona qulluq etsin” 89 deyə buyurub. Peyğəmbərimizin saçı və saqqalı ilə bağlı verilən digər məlumatlar belədir:

Hz. Adda ibn Xaliddən (rə) :

“Mübarək saqqalı çox gözəl idi.” 90

Hz. Aişə (rə) anamız deyir:

“Rəsul-i Əkrəm (səv)…saçlarını darayıb yağlayanda…” 91

Simak ibn Harb (rə) məlumat verir:

"Cabir ibn Səmürədən eşitdim. Ona həzrəti Peyğəmbərin (səv) saçlarının ağlığı haqqında soruşurdu. O isə: “Mübarək saçını yağlayanda saçlarının ağı bilinmirdi, ancaq saçını yağlamayanda ağları görünürdü” dedi. 92 dedi.

Peyğəmbərimizin (səv) xarici görünüşünə və təmizliyinə qarşı diqqətcilliyi digər müsəlmanlara da nümunə olmuşdur. Bir rəvayətdə Peyğəmbərimizin (səv) bununla bağlı davranışı belə bildirilir:

“Bir gün Peyğəmbər (səv) səhabələrinin yanına gəldikdə küpədəki suya baxaraq sarığını və saqqalını düzəltdi və belə dedi: Qardaş və bacılarının yanına gedəndə qulunun qardaşları üçün bəzənməsini Allah sevir.” 93

Peyğəmbərimizin (səv) geyim tərzi

Peyğəmbərimizin (səv) geyimi haqqında da səhabələr çoxlu məlumatlar veriblər. Bununla yanaşı, Peyğəmbərimizin (səv) möminlərə necə geyinməli olduğu ilə bağlı tövsiyyələri də onun bu mövzuya nə qədər diqqət yetirdiyini sübut edir. Məsələn, Peyğəmbərimiz (səv) bir hədisdə belə buyurur:

“Allah gözəldir, gözəlliyi sevir, gözəl geyinmək təkəbbür deyil, təkəbbür (sahib olduğu neməti özündən bilmək) haqqı inkar etmək, xalqı xor görməkdir” 94

“Allah gözəldir, gözəli sevər və quluna verdiyi nemətin gözəlliyini onun üzərində görməyi sevir” 95

Peyğəmbərimizin nəvəsi həzrəti Həsən onun geyimi haqqında belə demişdir:

“Peyğəmbərimiz (səv) bizə əlinizdə olan geyimlərin ən gözəlini geyinməyimizi və ən yaxşı ətirlərdən istifadə etməyimizi buyurdu” 96

Bu barədə Peyğəmbərimizin (səv) başqa hədisi belədir:

“Ey möminlər! Könlünüz istədiyini yeyin, için, geyinin və Allah yolunda sərf edin. Ancaq israf etməyin və təkəbbürlənməyin.” 97

Peyğəmbərimiz, səhabələrindən biri xarici görünüşünə əhəmiyyət verməsə və yaxud baxımsız olsa, ona dərhal xəbərdarlıq edərdi.

Bu barədə bir rəvayəti Əbu Havas (rə) atasından belə nəql edir:
“Üzərində sadə paltar olsa da, Rəsulallah əleyhissalatu vəsəlləmin yanına gəlmişdim. Mənə:
“sənin malın yoxdur?” deyə soruşdu.
“Bəli var”-deyə cavab verəndə
“Hansı növ maldan?” deyə soruşdu.
“Hər növ maldan Allah mənə verib” - dedim və o isə“Allah sənə bir mal verəndə Allahın bu nemətinin görüntüsü və fəziləti sənin üzərində görünməlidir” deyə buyurdu98

Buna bənzər başqa bir hadisəni isə hz. Cabir (rə) belə bildirir:

“Rəsulallah (səv) minik heyvanlarımızı qoruyan bir adamımızı gördü. Əynində köhnə geyim var idi.

“Onun bu köhnə geyimdən başqa geyimi yoxdur?”- deyə soruşdu. “Bəli var” dedim. “Paltar torbasında iki paltarı da var. Mən onları geyindirmişdim”

o isə “Elə isə çağır onu, bunları geyinsin” deyə əmr etdi. (çağırdım, əmri nəbəvini dedim) o da onları geyindi. O gedəndə:

“Niyə bu yeniləri geyinmir, bu daha qəşəngdir” deyə buyurdu. 99

Peyğəmbərimizin (səv) geyim tərzi ilə əlaqədar səhabələrin verdiyi məlumatlardan bəziləri isə bunlardır:

İbni Abbas (rə) deyir:

“Mən Rəsulallah əleyhissalatu vəsəlləm üzərində ən gözəl paltarı gördüm.” 100

Ümmü Sələmə (rə) deyir:

“Peyğəmbərin (səv) ən çox sevdiyi paltar köynək idi.” 101

Səhabələrdən Qurrə (rə) deyir:

“Mən, beyət etmək üçün Müzeynə qəbiləsindən bir qrup insanla birlikdə Rəsulallahın hüzuruna çıxdım. Peyğəmbərimizin köynəyinin yaxası düyməli olduğu üçün ...” 102

Ənəs ibn Malik (rə) belə deyir:

“Peyğəmbərimiz (səv) geyindiyi paltarlar içərisində Hibərə-i Yəmanini çox sevirdi”. 103 (Hibərə Yəməndə toxunan pambıqdan qırmızı çubuqlu yaşıl bir geyim. Köhnələrin “alaca” dedikləri naxışlı parçalar üçün işlədilən bir ifadədir. Bu da parçanın düz deyil, naxışlı olduğunu və bir neçə rəngdən yarandığını göstərir.

Əl-Bəra ibn Azib (rə) deyir:

“Qırmızı naxışlı paltarın Peyğəmbərimiz (səv) qədər başqa birinə yaraşdığını görmədim. Bu paltarla Rəsulullahı (səv) görəndə saçı çiyinlərinə dəyəcək qədər uzanmışdı.” 104

Səmurə ibn Cündüb (rə) rəvayət edir:

“Həzrəti Peyğəmbər (səv): “Ağ paltar geyinin. Çünki o, son dərəcə təmiz və xoşdur”- deyə buyurmuşdur.” 105

Hz. Aişə (rə) buyurur:

“Rəsulullah Əfəndimiz bir səhər üstündə qara yundan toxunmuş bir izar (pəştəmal, Futa, sinədən aşağı örtülən paltarlar) olduğu halda evindən çölə çıxmışdı”. 106



Peyğəmbərimizin (səv) üst geyimi

Əsas ibn Süleym (rə) deyir:

“Mənə bibi dedi. Ona da əmisi deyib. Bibimin əmisi demişdi ki: Bir gün Mədinə küçələrində izarımı (beldən aşağı geyinilən geyim) sürüyərək gedirdim. Bu zaman arxamdan bir səs eşitdim: “İzarını yuxarı qaldır. Çünki izarın yerdə sürünməməsi onun daha təmiz qalmasına və möhkəm olmasına səbəb olar” -deyirdi. Çevrilib baxanda bu sözləri söyləyənin Rəsulullah (səv) olduğunu gördüm.” 107

Sələmə ibn Əl-Əkvadan (rə):

“Hz. Osman uzunluğu ayaqlarının yarısına qədər çatan bir izar geyinir və “Yoldaşımın, yəni Rəsulullahın (səv) izarı da eynilə belə idi” deyirdi. 108

Peyğəmbərimizin (səv) üzüyü və möhürü



Peyğəmbərimizin möhürü Topqapı sarayındadır.

Ənəs ibn Malik (rə) bildirir:

“Peyğəmbərimizin (səv) Mühr-i Şərif (şərəfli, mübarək möhür) gümüşdən hazırlanmışdı. Qaşı isə Həbəşistan daşından idi.”

Rəsulullah xarici dövlət nümayəndələrinə məktub yazanda möhür üzük hazırlanmasını buyurdu.

“Peyğəmbərimizin (səv) barmağındakı üzüyün parıltısı hələ də gözümün qarşısındadır.”

“Peyğəmbərimizin (səv) mübarək möhürünün qaşına üç sətirdə “Muhəmməd Rəsulullah” ifadəsi yazılmışdı. Birinci sətirdə “Muhəmməd”, ikinci sətirdə “Rəsul”, üçüncü sətirdə isə “Allah” sözləri yazılmışdı.” 109

Peyğəmbərimizin (səv) yeriş tərz

Əbu Hüreyrə (rə) belə deyir:

“Mən Rəsulullah Əfəndimizdən daha gözəl birini görmədim. Sanki günəş onun mübarək üzündə parlayırdı. Peyğəmbərimizdən (səv) daha sürətli gedən birini də görmədim. Yeriyərkən yer üzü ayaqları altında sanki axırdı. Biz ardınca gedərkən geridə qalmamaq üçün böyük səy göstərərdik.” 110

Hz. Əlinin nəvələrindən İbrahim ibn Muhəmməd (rə) “Babam hz. Əli Rəsulullahı təsvir edərkən belə deyirdi: “Rəsulullah gedərkən sanki yoxuşdan aşağı enərcəsinə, ayaqlarını sərt qaldırırdı”111 deyərək Peyğəmbərimizin (səv) rahat yeriş tərzi olduğunu bildirmişdir.

Hz. Yezid ibn Mirsad (rə) isə belə demişdir:

"Yeridiyi zaman təmkinli, lakin sürətlə gedərdi. Yanındakılar ona çata bilməzdi." 112

Hz. Əbu Ətabə belə demişdir:

“Yeriyərkən qüvvətli addımlarla gedirdi.” 113

“... Gedərkən ayaqlarını yerdən bir az qaldırıb, qarşıya azca əyilərək yeriyərdi. Ayaqlarını səs çıxarıb toz qaldıracaq şəkildə yerə sərt vurmazdı. Addımlarını uzun və ardıcıl atmaqla birlikdə sakit və ciddiyyətlə yeriyərdi. Gedərkən sanki maili və kələ-kötür bir yerdən enirmiş təəssüratını yaradardı. Bir tərəfə çevrilib baxdıqda bütün vücudu ilə bərabər çevrilərdi. Təsadüfi sağa-sola baxmazdı. Yuxarı baxmaqdan çox yerə baxardı. Gözucu baxardı. Səhabələri ilə birlikdə gedərkən onları önə keçirər, özü arxada gələrdi. Yolda qarşılaşdığı insanlara onlardan əvvəl salam verərdi.” 114

"Həmişə hərəkətı ölçüsündə idi. Bir yerə gedəndə tələsik və sağa, sola baxmayıb, kamal-i vəkar (ciddiyyətli) şəkildə düz yolu ilə gedər və lakin sürət (sürətli) və sühulət (asanlıqla) ilə gedərdi . Belə ki, sanki gedirmiş kimi görünür, lakin yanındakılar sürətlə getdikləri halda ondan geridə qalırdılar.” 115





1871-ci ildə çəkilmiş “Lilium Auratum” adlı əsər.

Peyğəmbərimizin (səv) oturuş tərzi

Qaylə binti Mahrəmə Kaylə (rə) belə deyir:

“Rəsulullahı (səv) sonsuz bir mahviyət (təvazökarlıq) və təvazökarlıqla oturarkən görəndə heybətindən bədənim titrəməyə başladı.” 116

Cabir ibn Səmürə (rə):

“Mən Peyğəmbərimizi (səv) sol tərəfinə qoyulmuş bir yastığa söykənmiş vəziyyətdə gördüm.” 117

İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.
(Saff Surəsi, 7)

Peyğəmbərimizin (səv) danışıq tərzi

Peyğəmbərimiz (səv) təsirli üslubu, hikmətli və qəti sözlülüyü ilə tanınan insan idi. Onun təbliği insanlar üzərində çox böyük təsir yaradır, söhbətindən hər kəs çox zövq alırdı. Səhabələrdən bizlərə gəlib çatan müxtəlif rəvayətlər də onun bu xüsusiyyətini ortaya çıxarır. Onlardan biri belədir:

“Allah Elçisi insanların ən bəlağətlisi (bəlağətli kimsə, məramını nöqsansız və gözəl sözlərlə izah edə bilən, kifayət qədər olan, yetərli olan), ən düzgün danışanı və ən şirinsözlü olanı idi! O, belə deyirdi: “Mən Ərəbistanın ən fasihiyəm (qüsursuz danışan, açıq və gözəl danışan).” 118



Devid Robertsin (David Roberts) “Nubiya və Misir” adlı əsəri (solda) və “Sultan Həsən” mədrəsəsi adlı əsəri (altda)

Hz. Aişə (ra) Rəsulullahın (səv) sözlərini belə ifadə edir:

“O, sizlərin danışdığınız kimi sözləri tez tez və ard-arda deməzdi, sözləri az və özünəməxsusdu. Halbuki sizlər cümlələri bir-birinə əlavə edirsiniz.” 119

“Allah Rəsulu çox yığcam (qısa, xüsusi, az sözlə çox şey ifadə edən tərzdə) danışardı. Bu cür danışığını ona Allah Qatından Cəbrayıl gətirmişdi. Qısa cümlələrlə bütün məqsədini ifadə edirdi. Yığcam sözlü cümlələr söyləyərdi, sözlərində nə çoxluq, nə də əskiklik olardı. Sözləri ahəng içində bir-birini izləyər, arada fasilə verərdi və beləcə dinləyənləri sözlərini öyrənib əzbərləyərdilər. Səsi gur və şirin idi. Zəruri məqamlarda danışardı, pis sözlərdən uzaq idi. Hirsli və sakit zamanlarında (nəfsi üçün deyil, Allah’ın rizası üçün) həmişə haqqı söyləyərdi. 120

“Pis sözlər danışanlardan üz çevirirdi. Xoşlamadığı, pis hesab etdiyi bir sözü danışmaq məcburiyyətində qalanda onu dolayı yolla deyərdi.” 121

“O susanda yanındakılar danışardı. Yanında müzakirə aparılmırdı.” 122

“Səhabələrə çox gülümsəyərdi. Onların danışdıqlarını bəyənər, diqqətlə dinləyər, özünü onlardan biri hesab edərdi.” 123



Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

(Həşr Surəsi, 18)

 

 

 

 

Hz. Aişə (rə) belə deyir:

“Mübarək kəlamları seçmə idi. Hər dinləyən onu başa düşürdü.” 124

Hz. Əbu Ümamə (rə):

“İnsanların ən gülərüzü və seviləni idi.” 125

Hz. Ənəs (rə) bildirmişdir:

“Əfəndimiz (səv) xalqın ən zarafatcılı (xoş söz, zarafat, yumorla kompliment deyəni) idi.” 126

Peyğəmbərimizin (səv) gözəl qoxusu

Peyğəmbərimiz (səv) təmizliyə çox əhəmiyyət verərdi. Davamlı tərtəmiz, xoş və gözəl ətir saçar, müsəlmanlara da təmizliyi tövsiyə edərdi. Səhabələrin bildirdiyi məlumatlarda Peyğəmbərimizin (səv) bu gözəl xüsusiyyəti haqqında təfsilatlar verilir. Bunlardan bəziləri bunlardır:

Ənəs ibn Malik (rə) belə deyir:

“Rəsulullah Mədinə küçələrinin birindən keçdikdə onun gözəl qoxusu dərhal hiss edildiyinə görə camaat o yoldan həzrəti Peyğəmbərin (səv) keçdiyini deyərdilər. Bizlər Peyğəmbərimizin (səv) gəlişini qoxusunun gözəlliyindən anlayardıq.” 127

İbn-i Əbi Adi, Humeyd, Ənəs (rə):

“Rəsulullahın (səv) əlindən daha yumşaq bir yun parçasına, nə də bir ipəyə toxunmamışam. Rəsulullahın (səv) qoxusundan daha gözəl qoxunu da qoxulamamışam.” 128

Muaz ibn Hişam (rə) atasından, Qatadə, Ənəsdən belə rəvayət etmişdir:

“Rəsulullah (sav) gözəl qoxusu ilə tanınırdı. Rəsulullah (sav) gözəl idi. Qoxusu da gözəl idi. Bununla yanaşı ətiri sevərdi.” 129

“Cismi nəzif (təmiz), qoxusu lətif (xoş) idi. Ətir istifadə etsə də, etməsə də, bədənindən ən gözəl qoxular gələrdi. Kimsə onunla musafaha (əl verib görüşmək, qucaqlaşmaq, sevgisini bildirmək) etsə, bütün gün onun rayiha- i tayyibəsini (təmiz qoxusunu) duyardı və mübarək əli ilə bir uşağın başına məsh çəksə, rahiya-i Tayyibəsi ilə (təmiz qoxusu ilə) o uşaq digər uşaqlar arasında bəlli (bilinərdi) olardı.” 130



Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik.(Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik).
(Əhzab Surəsi, 45-46)

Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.

(Ənbiya Surəsi, 73)

 

 

 

 

Peyğəmbərimizin (səv) sevdiyi yeməklər

“Çox isti yeməyi sevməzdi.” 131

“Ən çox xoşladığı yemək ət idi.” 132

“Balqabağı çox sevərdi.” 133

“Ovlanan quş ətlərini yeyərdi.” 134

“Xurmalardan acvə xurmasını sevərdi.”135

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının )oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

(Bəqərə Surəsi, 25)

Hz. Aişə (rə) Peyğəmbərimizin (səv) sevdiyi yeməklərlə bağlı bunları söyləmişdir:

“Şirin və balı sevirdi.” 136

“Həzrəti Peyğəmbərin (səv) yediyi yeməklərin bir qismi belə sıralana bilər: Qoyunun ön qolu və kürək əti, kotlet, kabab, toyuq, toy quşu, ət şorbası, tirit (çörək parçası), balqabaq, zeytun yağı, qovun, halva, bal, xurma, çuğundur, ənbər balığı...” 137

Hz. Aişə (rə) bunları da bildirmişdir:

“Qovun, qarpızı təzə xurma ilə yeyirdi.” 138

Hz. Cabirdən (rə):

“Təzə xurma və yemiş çox yeyirdi və “bunlar gözəl meyvədir” deyirdi.” 139

“Heç bir zaman bir yeməyi pisləməmişdir. Xoşuna gələrsə yeyər, gəlməzsə yeməzdi. Xoşuna gəlməzdisə, başqalarına pisləməzdi.” 140




Pieter Gysels Antwerp, (1621-1690)
Bağça isimli tablo.

Peyğəmbərimizin (səv) sevdiyi bəzi yeməklər üçün söylədiyi sözlərdən bir qismi isə belədir:

“Ətin ən gözəl yeri bel ətidir.” 141

“Sirkə nə gözəl nemətdir” 142

“Göbələk qüdrət halvasıdır.” 143

“Sinaməki və sənnut (kərə yağı tulumuna qoyulan bal) yeməyə davam edin. Çünki bu iki şeydə samdan (ölümdən) başqa hər xəstəliyə, şübhəsiz, şəfa vardır.” 144

“Zeytun yağını yeyin və istifadə edin. Çünki bu yağ mübarəkdir.” 145



İbrahim Safi. Natürmort tablo

Peyğəmbərimizin (səv) sevdiyi içkilər

Hz. Aişə (rə) bildirir:

“Şirin və soyuq şərbəti sevirdi.” 146

“Peyğəmbərimiz (səv) bal şərbətini, xurma və quru üzüm şirəsi kimi içkiləri sevirdi.” 147

“Peyğəmbərin (səv) ən çox sevdiyi içki soyuq, şirin şərbətlər idi.” 148

“Şərbətlər içində ən çox bal şərbətini sevirdi.” 149

“İçkilərdən ən çox südü sevirdi.” 150

Peyğəmbərimiz (səv) süd haqqında belə buyurub:

“Allah birinə yemək yedirdəndə o şəxs “Allahım bizə bu yeməyi bərəkətli et və bizə bundan xeyirli ruzi ver” deyə dua etsin. Allah birinə süd içirəndə də o şəxs “Allahım, biz bu südü bərəkətli et və bizə daha çox süd ver” deyə dua etsin. Çünki süddən başqa yeməyi və içkini əvəzləyən bir şey ola bilməz.” 151

Peyğəmbərimizin (səv) su haqqında dedikləri:

Peyğəmbərimiz (səv) xüsusilə səfər vaxtı əshabına su paylatdırırdı. Məsələn, bir səfəri zamanı bir yerdə durub və yanındakılardan su istəyib. Əlini və üzünü yuduqdan sonra sudan içib və yanındakı səhabələrinə də “siz də üzünüzə və boynunuza biraz su tökün.” 152 demişdi

Allahın Rəsulu su içəndən sonra belə dua etmişdir:

“Rəhməti ilə suyu şirin yaradan, acı və duzlu yaratmayan Allaha həmd olsun.” 153

Allahın Rəsulu başqa sözündə isə su haqqında belə buyurub:

“Allah suyu təmizləyici kimi yaradıb. Dadını, rəngini, ya da qoxusunu dəyişdirən maddələrdən başqa heç nə onu çirkləndirməz.” 154

PEYĞƏMBƏRİMİZİN (SƏV) GÖZƏL XASİYYƏTLƏRİNDƏN BƏZİLƏRİ

Hüccət-ul İslam olaraq bilinən İmam Qəzali Tirmizi, Təbərani, Buxari, Müslim, İmam Əhməd, Əbu Davud, İbni Macə kimi böyük İslam alimlərindən Peyğəmbərimizin (səv) gözəl xasiyyətlərindən bəzilərini toplayaraq belə yekunlaşdırmışdır:



“Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun (ağacları) altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur.”



(Rad Surəsi, 3)

 

 

 

 

"Rəsulullah insanların ən yumşaq xasiyyətlisi, ən igidi, ən ədalətlisi və ən namuslusu idi. O, insanların ən cömərdi idi. Allahın özünə verdiklərindən – xurma, arpa – nə olsa, bir illik yeməyini ayırardı, qalanını Allah yolunda xərcləyərdi. Özündə olan bir şey istənilərsə, onu verərdi.

O, həya olaraq da insanların ən mükəmməli idi. Rəbbi üçün hirslənər, şəxsi üçün əsəbiləşməzdi.

Özü və ya səhabələri zərər görsə belə, haqqı tətbiq edərdi.

Allah Rəsulu insanların ən təvazükürarı, sözü uzatmadan ən düzgün danışanı, ən gülərüzlüsü idi. Dünya işlərindən heç bir şey Ona narahatçılıq verməzdi.

Mədinənin o biri başındakı xəstələri ziyarət edir, gözəl qoxudan xoşlanır, pis qoxulardan diksinirdi. Kasıblarla oturur, yoxsullarla birlikdə yemək yeyirdi. Kimsəyə qarşı kobud davranmırdı, özündən üzr istəyənin üzrünü qəbul edirdi. Zarafat edir, amma haqqı söyləyirdi.

Mübah oyunları gördüyündə imtina etmirdi, xanımları ilə yarışırdı. Kasıblara yoxsulluqlarına görə xor baxmır, zənginə də varından ötəri hörmət göstərmirdi, onu da, bunu da Allaha bərabər olaraq çağırırdı. Allah Təala üstün xasiyyəti və mükəmməl siyasəti onda birləşdirdi ...

Allah Təala əxlaqın bütün gözəlliklərini, yaxşı yolları, əvvəlkilərin və sonrakıların başlarından keçmiş və keçəcək hadisələrin xəbərlərini, axirətdə nicata və səadətə çatdıracaq xüsusları, dünyada qibtə edilib arxasından gediləcək və gedilməyəcək hər şeyi ona öyrətmişdi.

Allah Təala onun buyruqlarına itaət etməyi və hərəkətlərimizdə Onun yolu ilə getməyə bizləri müvəffəq etsin." 155



“Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.”

(Bəqərə Surəsi, 151)

 

 

 

 

Mənbə:

66-Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, 5. cilt, İz Yayıncılık, s. 31
67- Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.cilt, s.201
68- Hz. Ebu Tufeyl (ra),G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 519/1
69- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 2. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 7-8
70- Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, IV.cilt, s. 210
71- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 18-19
72- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 18-22-23
73- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 28-29
74- Hz. Ali (ra), G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, s. 519/4
75- Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 820
76- İbni Sa'd, Tabakat, I, 230-231; Taberani, el-Mu'cem'ül-Kebir, IV, 49, nu:3605, VII, 105, nu:6510; Hakim, el-Müstedrek, III, 9-10; Beyhaki, Delail'ün-Nübüvve, I, 276-284; İbn'Asakir, Tarihu Medineti Dumeşk, III, 314-336, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s.48
77- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV. Cüz, Kanaat Matbaası, İstanbul 1331, s. 364-365
78- Tirmizı'nin Şemail isimli kitabının tercümesinden, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 73
79- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 36
80- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 38
81- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976,, s. 42
82- Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 820
83- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 36
84- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 49
85- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 50
86- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 50
87- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara,1976, s. 51
88- Ali el-Kari, Cem'ul-Vesail fi Şerh'iş- Şemail, İstanbul, s. 96-97
89- Ebu Davud, Sünen, IV, 74, nu:4062
90- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 519/16
91- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 58
92- İbn Adiyye el-Kamil; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 679
93- İbn Adiyye el-Kamil; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 679
94- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, s. 208
95- Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 7. cilt, Akçağ Yayınları, Ankara, s. 208
96- Buhari, et-Tarih'ul-Kebir, I, 382, nu:1222
97- Buhari, el-Cami'us-Sahih, VII, 33; İbn Mace, Sünen, II, 1192, nu:3605
98- Nesai, Zinet 83, (8, 196), Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 119
99- Muvatta, Libas 1, (2, 910); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s. 64-65
100- Ebu Davud., Libas 8, (4037); Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 15. cilt, Akçağ Yayınları, Ankara, s.69
101- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 85
102- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 88
103- Sünen-i Tirmizi Tercümesi, Çeviren: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 3.cilt, s. 283
104- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 94
105- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.98
106- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.99
107- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.154
108- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.155
109- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.114-117
110- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.157
111- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.158
112- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 541/1
113- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 541/2
114- Tirmizı'nin Şemail isimli kitabının tercümesinden; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 66-67 115- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV. Cüz, Kanaat Matbaası, İstanbul 1331, s. 364-365; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3. Baskı, İstanbul, 1998, s. 51
116- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s. 160
117- Et-Tirmizi İmam Ebu İ'sa Muhammed, Şemail-i Şerife, 1. cilt, Hilal Yayınları, Ankara, 1976, s.163
118- Taberani, Hakim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800,
119- El Fevaid, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800
120- Ebu Davud, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800
121- Buhari, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800
122- Tırmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800
123- Tırmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800
124- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 521/4
125- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 545/4
126- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 545/5
127- İbn Sa'd Tabakat, I, 398-399; Mecme'uz Zevaid, VIII, 282; el-Metalib'ül-Aliye, IV , 25; Behcet'ül Mehafil, II, 254; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3. Baskı, İstanbul, 1998, s.280
128- Buhari, 1/503; Müslim, 2/257; İbn-i Kesir, Peygamberimizin Şemaili, Mucizeleri, Çelik Yayınevi, s. 46
129- İbn-i Kesir, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 51
130- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV. Cüz, Kanaat Matbaası, İstanbul 1331, s.364-365
131- Beyhaki, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 802
132- Ebbuşeyh, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803
133- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 552/7
134- Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803
135- Ebuşşeyh, Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803
136- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 552/11
137- Ebu Davud, III, 496-497, nu: 3840; Nesai, VII, 207-209; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 219
138- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 552/5
139- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 549/1
140- Buhari ve Müslimde aynı anlamda rivayetler yer alır. Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 804
141- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 62
142- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi , Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 70
143- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 209
144- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 213
145- Haydar Hatipoğlu,Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 73
146- G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 521/15
147- Arızat'ül Ahzevi Şerhu Sünen'it Tirmizi, VIII, 89-90, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s. 255,
148- Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, 3 Baskı, İstanbul, 1998, s.261
149- G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 521/17
150- G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 521/18
151- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, 9. cilt, İstanbul 1983, s. 75
152- Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buhari, 4. cilt, Üçdal Neşriyat, İstanbul 1993, s.64-65
153- İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Huzur Yayınevi, İstanbul 1998, s.16
154- İmam Gazali, İhya'u Ulum'id-din, 1. cilt, Huzur Yayınevi, İstanbul 1998, s.295
155- Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 795-796